15 Aprel 2025 09:00
472
İQTİSADİYYAT
A- A+
Plastik tullantıların səbəb olduğu təhlükə

Plastik tullantıların səbəb olduğu təhlükə


Dünyanın ciddi ekoloji problemlərindən biri plastik tullantılardır. Təəssüf ki, gündəlik həyatımızda plastik materialdan istifadə etmədiyimiz sahə, demək olar ki,  yoxdur. Plastik istifadəsinin iqtisadi üstünlükləri onun yayılmasını artıran əsas səbəblərdəndir. Bu məhsullar ucuz, yüngül və çoxfunksiyalıdır. Onların parçalanma müddəti isə yüz illərlə ölçülür.

Plastik məhsullardan 1950-ci illərdən etibarən istifadə olunmağa başlanılıb. Həmin il plastik istehsalının həcmi 2,1 milyon ton olduğu halda sonradan artaraq təhlükəli həddə çatıb. Hazırda illik plastik material istehsalı 300 milyon tondan çoxdur. O zamandan indiyədək istehsal edilən plastik miqdarının təxminən 8,3 milyard ton olduğu güman edilir. Mütəxəssislər bildirirlər ki, 2050-ci ilə qədər bugünkü rəqəmlərə 33 milyard ton plastik əlavə ediləcək.

Tərkibində zəhərli maddələrin olması və ətraf mühitdə uzun illər yaşama qabiliyyəti plastik tullantılarını insan həyatı və ətraf mühit üçün böyük risk mənbəyinə çevirib. Bir tərəfdən, plastik materialların istehsalının sürətli templə artması, digər tərəfdən, bu materialların istehlakının günbəgün genişlənməsi nəticədə insan həyatı üçün təhlükə yaradır.

Təəssüf ki, dünyadakı plastiklərin, sadəcə, 20 faizi təkrar emal olunur. Plastik tullantılar torpaqda və suda yaşayan canlılar tərəfindən mənimsənilərək sonradan insanların qida zəncirinə daxil olur. Orqanizmdə təmas və ya qida yolu ilə toplanan mikroplastiklər immunitet sistemini zəiflədir, hormonal balansı pozur, ürək xəstəlikləri və xərçəng riskini artırır. 

İngiltərənin təkrar emal şirkəti mikroplastiklərin insan dərisinə təsirini göstərmək üçün süni intellektlə dəstəklənən bir araşdırma aparıb. Tədqiqat aşağı, orta və yüksəksəviyyəli mikroplastiklərə məruz qalan kişi və qadınların üzlərində və bədənlərində baş verə biləcək dəyişiklikləri simulyasiya edib.

Araşdırma nəticəsində məlum olub ki, gündəlik həyatında qida, içki və hava vasitəsilə az miqdarda mikroplastik qəbul edən insanlar dəri quruluğu, qızartı və qıcıqlanma hiss edirlər. Tez-tez qablaşdırılması plastik olan emal edilmiş qidalar və dəniz məhsulları istehlak edən, neylon və polyester paltar geyən insanlar yağlı dəri, daha sürətli qocalma, qızartı gözlər və tənəffüs problemləri ilə qarşılaşırlar. Plastik istehsalı və ya tullantıların idarə edilməsi sahəsində çalışanlar, keyfiyyətsiz içməli su istehlak edənlər və daim sintetik paltar geyənlər isə ən yüksək risk qrupuna daxildirlər. Yüksək məruzqalma nəticəsində bu insanlarda dəri ləkələri, sağalmayan yaralar, dodaqlarda və barmaq uclarında göyərmələr, saç tökülmələri müşahidə edilir.

Mikroplastiklərin təsirləri təkcə dəri ilə məhdudlaşmır, həm də qana qarışaraq beyin, böyrək və plasenta kimi həyati orqanlara çatır. ABŞ-nin Nyu-Meksiko Universitetinin alimləri son 8 il ərzində insan beynindəki mikroplastik hissəciklərin miqdarının 50 faiz artdığını müəyyən ediblər. Bu nəticəyə gəlmək üçün tədqiqatçılar alın payından götürülmüş 52 beyin nümunəsini analiz ediblər. 

Araşdırma nəticəsində beyindəki mikroplastik hissəciklərin konsentrasiyasının qaraciyər və böyrəklərlə müqayisədə daha yüksək olduğu aşkar edilib. Tədqiqat mikroskopik vizuallaşdırma və molekulyar analizlər vasitəsilə aparılıb, bunun sayəsində kimyəvi tərkib dəqiq müəyyən edilib. Ümumilikdə beyində 12 müxtəlif polimer, o cümlədən polietilen aşkarlanıb. Mütəxəssislər hesab edirlər ki, mikroplastikin əsas hissəsi insan orqanizminə qida, xüsusilə ət vasitəsilə daxil olur. Belə ki, araşdırma zamanı mağazalardan alınan ət məhsullarında yüksək miqdarda plastik aşkar edilib.

Mikroplastikə rast gəlinən ən qəribə qida isə heç kimin təxmin edəməyəcəyi, hər gün milyonlarla insanın istifadə etdiyi saqqızdır. O, yeni bir elmi araşdırmadan sonra narahatlıq mənbəyinə çevrilib. Böyük Britaniyanın Belfast Kraliça Universitetinin alimləri "avtomatlaşdırılmış Raman spektroskopiyası" adlı texnikadan istifadə edərək çeynəmə zamanı saqqızdan ayrılan hissəcikləri təhlil ediblər. Araşdırmaya görə, yalnız bir saat çeynəmə zamanı 251 min 244 mikroplastik hissəcik tüpürcəyə qarışır. Üstəlik, bu hissəciklərin əksəriyyəti ilk 20 dəqiqədə görünür.

Məlum olub ki, saqqızların əksəriyyətində uzun molekullardan ibarət polimerlər var. Bəzi markalar təbii polimerlərdən istifadə edərkən, digərləri plastikə bənzəyən sintetik polimerlərdən istifadə edirlər. Bəzi saqqızların tərkibində avtomobil şinlərində istifadə edilən stirol-butadien, plastik torbalarda olan polietilen və taxta yapışqan polivinil asetat kimi kimyəvi maddələr var.

Araşdırma çərçivəsində orta yaşlı bir kişi könüllü olaraq bir saat saqqız çeynəyib və hər iki dəqiqədən bir tüpürcək nümunəsi verib. Məlum olub ki, çeynəmənin ilk anlarında mikroplastiklər daha intensiv şəkildə özünü göstərib. 

Hər insan gün ərzində ən azı bir neçə stəkan su içir. Çin alimləri içməli suda getdikcə daha çox aşkar edilən mikroplastikləri suyu qaynatmaqla azaltmağın mümkünlüyünü deyirlər. Tədqiqatçıların fikrincə, bu üsul mikro və nanoplastiklərin sudan çıxarılması üçün uzunmüddətli strategiya ola bilər. Quançjou Tibb Universiteti və Jinan Universitetindən olan bir qrup alim müxtəlif mineral konsentrasiyaları olan suya mikroplastik və nanoplastik əlavə edib və sonra suyu beş dəqiqə qaynadıb. Nəticələr suyun sərtliyindən asılı olaraq mikroplastiklərin əhəmiyyətli dərəcədə azaldığını müəyyən edib.

"Environmental Science & Technology Letters" jurnalında dərc edilən araşdırmaya görə, qaynama prosesi yumşaq suda nanoplastik nisbətini yüzdə 25 azaltdığı halda, çox sərt suda bu nisbət yüzdə 90 olub. Beləliklə, su nə qədər sərt olarsa, qaynama effekti bir o qədər yüksək olar. Tədqiqatçılar hesab edirlər ki, suyun qızdırıldığı zaman tərkibindəki kalsium karbonat kimi minerallar miqyas əmələ gətirir ki, bu da kiçik plastikləri əhatə edib tuta bilir. Buna görə də qaynadılmış suda əmələ gələn çöküntülər mikroplastikləri fiziki olaraq saxlaya bilir.

Tədqiqatda çöküntü ilə əmələ gələn mikroplastiklərin süzülməsi suyun qaynadılması qədər əhəmiyyətli bir addım olaraq göstərilir. Buna görə də plastik olmayan çaydanlar və paslanmayan polad filtrlərdən istifadə etmək tövsiyə olunur.

Plastik tullantılar üzrə mütəxəssislər bildirirlər ki, mikroplastiklərdən qorunmaq üçün birdəfəlik plastiklərin istifadə etməmək, su filtrlərindən yararlanmaq, üzvi qidaları seçmək və dəniz məhsulları istehlakını azaltmaq, neylon və polyester yerinə pambıq və yun paltarlara üstünlük vermək, plastik mətbəx qabları yerinə taxta qaşıq və şüşə qablardan istifadə etmək riskləri azaldır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!