23 İyun 2026 08:05
208
SİYASƏT
A- A+
"Parlament diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir"

"Parlament diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir"


Ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin xüsusi rolu var. Parlament diplomatiyası dövlətimizin xarici siyasət kursunda mühüm yer tutur. Bu baxımdan Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. 

Məlumdur ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkənin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

Milli Məclisin deputatı Pərvin KƏRİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, parlament bir çox nüfuzlu təşkilatın - Parlamentlərarası İttifaq, ATƏT PA, MDB PA, Asiya PA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı PA, GUAM PA, TÜRKPA və NATO PA-nın işində aktiv təmsil olunur: "Məhz bu təşkilatlar çərçivəsində aparılan uğurlu əməkdaşlıq fəaliyyəti nəticəsində vaxtilə Ermənistanın işğalçılıq siyasətini ifşa edən qərarlar qəbul edilib. Belə təşkilatlar sırasında İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı xüsusi qeyd edilməlidir. Bu təşkilat vaxtilə Ermənistanın işğalçılıq siyasətini dəfələrlə pisləməklə yanaşı, Xocalı soyqırımını da tanıyıb. Hazırda isə Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası keçirilir". 

Milli Məclisin İƏT Parlament İttifaqı ilə də fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran deputat qeyd edib ki, bu qurumda Azərbaycan parlamentinin beş nəfərdən ibarət nümayəndə heyəti təmsil olunur: "Məlumdur ki, müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının artan nüfuzu artıq reallıqdır. Məhz bunun nəticəsidir ki, son illər qanunverici orqan vasitəsilə atılan addımlar Azərbaycanın dövlət siyasətinin mühüm komponentinə çevrilib. Parlament diplomatiyasının məqsədi dövlətlər və regionlar arasında əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsinə nail olmaqdır. Azərbaycan parlamenti hər zaman Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasi kursunu birmənalı şəkildə dəstəkləyib. Görülən işlər nəticəsində ölkəmizin beynəlxalq platformalardakı mövqeyi daha da güclənib, dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri dərinləşib. Hakimiyyətin mühüm qolu olan parlamentin işində beynəlxalq fəaliyyət prioritet istiqamət kimi ön plana çıxır. Bu istiqamətdə ikitərəfli və çoxşaxəli parlament təşkilatları ilə əlaqələrin inkişafı istiqamətində sistemli tədbirlər görülür. Eyni zamanda millət vəkilləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və milli maraqlarımızın təbliği istiqamətində üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər".

P.Kərimzadə bildirib ki, son illər həyata keçirilən parlament diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində və beynəlxalq platformalarda mövqeyi daha da möhkəmlənib: "Azərbaycanda artıq beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi ənənəsi formalaşıb. Son illər parlament diplomatiyası çərçivəsində Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirə və toplantıya evsahibliyi edib. Eyni zamanda dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edirlər. Müxtəlif ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşır. Təbii ki, bu cür əlaqələrin qurulması ölkələr arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəstəklənməsində təsirli amildir". 

Deputat vurğulayıb ki, bu gün Azərbaycan parlamenti qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyası, ikitərəfli və çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər görür: "Sözsüz ki, Azərbaycan parlamentinin fəaliyyət istiqamətləri, parlamentlərarası münasibətlər beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycan parlamenti beynəlxalq təşkilatlarla yanaşı, parlament şəbəkələri ilə sıx təmaslara malikdir. Bu baxımdan Milli Məclisin müvafiq komitələri və parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərirlər. Beynəlxalq parlament tribunalarından Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistanın törətdiyi vandalizm faktları geniş ictimaiyyətə çatdırılır. Milli Məclis bəzi parlament təşkilatlarının yaradılmasında da aktiv iştirak edib. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasını xatırlatmaq yerinə düşər". 

P.Kərimzadə qeyd edib ki, bu gün Azərbaycanın qanunverici orqanı olan Milli Məclis beynəlxalq platformalarda aktiv iş aparır və ölkəmizin haqlı mövqeyinin dünyada parlament səviyyəsində tanıdılmasında xüsusi rol oynayır. Onun sözlərinə görə, hazırda Bakıda keçirilən İƏT Parlament İttifaqının 20-ci Sessiyası da mühüm qərarlar qəbul etməklə təşkilatın tarixində xüsusi yer tutacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!