30 Aprel 2026 18:05
155
CƏMİYYƏT
A- A+
Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  



Güclü və sağlam ailə institutu, qadınların hüquqlarının qorunması və onların ictimai həyatda fəal iştirakı, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi davamlı və inklüziv inkişafın başlıca şərtləridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən tədbirdə bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. Bu islahatlar aztəminatlı ailələr, qadınlar və uşaqların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.

Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi işlərini qeyd edən Anar Əliyev nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində 1250 uşağın daimi dövlət himayəsində yaşadığını, bu müəssisələrdə uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərildiyini deyib.

Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə övladlığagötürmə, himayədar ailə və uşaqların ailələrə reinteqrasiyası sahəsində mühüm islahatlar həyata keçirilib. Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsinin nazirliyə həvalə olunduğu 2019-cu ildən ötən dövrdə 865 uşaq övladlığa verilib. 2022-ci ildən ölkəmizdə ailə və uşaq siyasətinin mühüm istiqamətlərindən olan himayədar ailə modeli uğurla tətbiq olunur və ötən dövrdə 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşaq himayədar ailəyə verilib. Himayədar ailələrə verilən uşaqlara görə aylıq 650 manat, ildə bir dəfə 800 manatlıq müavinət təsis edilib.

Anar Əliyev müxtəlif səbəblərdən ailələrindən ayrılmış uşaqların ailə mühitində böyüməsini hədəfləyən mühüm mexanizmlərdən birinin də reinteqrasiya tədbirləri olduğunu deyib. O, bu tədbirlərlə 2020-ci ildən sosial xidmət müəssisələrindən 873 uşağın ailələrinə qaytarıldığını diqqətə çatdırıb.

Bildirib ki, qanunvericilik aktlarına son illər edilmiş dəyişikliklər nəticəsində qadınlar üçün əmək bazarında nəzərdə tutulmuş bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Habelə qadınların aktiv məşğulluq tədbirlərində iştirak səviyyəsi ildən-ilə artır. Ötən dövrdə özünüməşğulluq proqramına cəlb olunmuş 113 min nəfərdən 31 faizini və ya 35 min nəfərini qadınlar təşkil edib. Nazirlik tərəfindən peşə hazırlığı proqramına 2018-ci ildən 59 mindən çox şəxs cəlb edilib ki, onların da 61 faizi və ya 36 min nəfəri qadınlar olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Autizmli uşaqlar üçün ümidverici araşdırma

20:06
30 Aprel

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

18:05
30 Aprel

Avropa İttifaqı müdafiə xərclərini sürətlə artırır

17:48
30 Aprel

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti”: Bakıda mühüm konfrans YENİLƏNİB 

17:38
30 Aprel

Hulusi Kılıç: WUF13 Azərbaycanın mövqelərini möhkəmləndirəcək və nüfuzunu artıracaq  

17:24
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!