13 Avqust 2026 13:03
411
SİYASƏT
A- A+
Naxçıvan Azərbaycanın yeni regional strategiyasının əsas dayaqlarından birinə çevrilir 

Naxçıvan Azərbaycanın yeni regional strategiyasının əsas dayaqlarından birinə çevrilir 


Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibədə diqqətçəkən əsas məqam ondan ibarətdir ki, muxtar respublika artıq Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı düşmüş bir bölgə kimi deyil, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirə biləcək strateji qovşaq kimi nəzərdən keçirilir. Prezidentin Zəngəzur dəhlizi, TRIPP, Naxçıvan dəmir yolunun yenidən qurulması, enerji xətləri və gələcək ixrac imkanları haqqında səsləndirdiyi fikirlər məhz bu yanaşmanın göstəricisidir. Xüsusilə dəmir yolunun gələcəkdə ən azı 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması hədəfi göstərir ki, söhbət, sadəcə, Azərbaycanı Naxçıvanla birləşdirən yoldan getmir. Məqsəd daha böyük Avrasiya nəqliyyat sisteminin mühüm həlqəsini yaratmaqdır.

Bu fikirləriAZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

O bildirib ki, Prezidentin müsahibəsində başqa mühüm siyasi məqam da var. Azərbaycan artıq regional kommunikasiyaların açılmasını yalnız öz milli ehtiyacı kimi deyil, bütün bölgənin iqtisadi maraqlarına cavab verən layihə kimi təqdim edir. Zəngəzur dəhlizindən dəmir və avtomobil yolu ilə yanaşı, elektrik xətlərinin, fiber-optik kabelin, perspektivdə isə digər enerji infrastrukturlarının keçməsi imkanının nəzərdən keçirilməsi bu layihənin miqyasını tamamilə dəyişir.

"Prezidentin müsahibəsində Ermənistana ünvanlanan mesaj da diqqətdən yayınmamalıdır. Yeni kommunikasiya sistemi Ermənistan üçün də iqtisadi və enerji imkanları yarada bilər. Yəni Bakı İrəvana faktiki olaraq seçim təqdim edir: Regional əməkdaşlığın iştirakçısına çevrilmək və onun dividendlərindən faydalanmaq, yaxud prosesləri ləngidərək yaranmaqda olan böyük iqtisadi coğrafiyanın kənarında qalmaq. Müsahibənin digər mühüm xətti Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsidir. Bu, təkcə inzibati yanaşma deyil. Mən bunu Azərbaycanın qərb bölgələrinin yeni iqtisadi və geostrateji məkan kimi formalaşdırılması siyasəti hesab edirəm. Prezident xüsusi nümayəndəlik modelinin Naxçıvanda tətbiqini də məhz Qarabağ və Şərqi Zəngəzurda əldə olunmuş idarəetmə təcrübəsi ilə əlaqələndirdi. Naxçıvanın böyük Günəş enerjisi potensialının yaradılması, Türkiyə və İran istiqamətində elektrik ixracının genişləndirilməsi, gələcəkdə Avropa bazarına çıxış imkanları da göstərir ki, bu bölgənin funksiyası dəyişir. Naxçıvan təkcə enerji ilə təmin olunan ərazi deyil, gələcəkdə enerji istehsal və ixrac edən mərkəzlərdən birinə çevrilə bilər”, - deyə Umud Mirzəyev diqqətə çatdırıb.

BAMF-ın prezidentinin sözlərinə görə, bütün bunların fonunda Prezident İlham Əliyevin müsahibəsindəki ən mühüm mesajlardan biri də budur: Azərbaycan artıq müharibədən sonrakı reallığı yalnız siyasi və hərbi nəticələrlə möhkəmləndirmir, onu dəmir və avtomobil yolları, enerji xətləri, investisiyalar və qarşılıqlı iqtisadi maraqlar sistemi ilə uzunmüddətli regional reallığa çevirməyə çalışır:”Bu baxımdan Naxçıvanın inkişafı yalnız bir bölgənin inkişaf proqramı deyil. Naxçıvan Azərbaycanın yeni regional strategiyasının əsas dayaqlarından birinə çevrilir. Nəzərdə tutulan layihələr tam həyata keçirildikdən sonra bunun nəticələri təkcə Azərbaycan və Ermənistan münasibətlərinə deyil, Türkiyə, İran, Mərkəzi Asiya və daha geniş Avrasiya məkanındakı nəqliyyat və enerji xəritəsinə təsir göstərə bilər. Başqa sözlə, bu gün söhbət Naxçıvana yol açmaqdan daha çox, Naxçıvan üzərindən Azərbaycana və bütövlükdə regiona yeni imkanlar açmaqdan gedir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycanın aqrar ixracı: artımdan keyfiyyətə

09:30
23 Sentyabr

Erməni saxtakarlığı dünyada ifşa olunur

09:20
23 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:10
23 Sentyabr

Dəyişən dünyanın ritmində Dördüncü Sənaye İnqilabı

09:00
23 Sentyabr

Yeni dünya nizamında Bakının güclənən mövqeyi

08:50
23 Sentyabr

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!