18 Noyabr 2025 11:49
7322
Səhiyyə
A- A+
Mütəxəssis: Xəstəlik ocaqlarında sanitar-gigiyenik və əksepidemik tədbirlər aparılır  

Mütəxəssis: Xəstəlik ocaqlarında sanitar-gigiyenik və əksepidemik tədbirlər aparılır  


Xəstəlik ocaqlarında sanitar-gigiyenik və əksepidemik tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, yoluxucu xəstəlik aşkar edildikdə onun yayılmasının qarşısını almaq üçün həkim və ya tibb işçisi həmin halı dərhal yerli gigiyena və epidemiologiya mərkəzinə bildirir: “Xəstə haqqında tam məlumat toplanır, yaşayış, iş və təhsil yerləri, xəstəliyin başlama tarixi, ilkin simptomlar və kimlərlə təmasda olduğu qeyd edilir. Bu məlumatlar əsasında epidemioloji araşdırma aparılır. Yoluxucu xəstəliyin digər insanlara keçməməsi üçün xəstə evdə və ya xəstəxanada təcrid olunur. Təcrid müddəti xəstəliyin növündən asılı olaraq dəyişir. Xəstə olan evdə və ya müəssisədə dezinfeksiya işləri aparılır. Xəstənin olduğu otaq, əşyalar, qab-qacaq və geyimlər xüsusi vasitələrlə dezinfeksiya edilir. Xəstə ilə təmasda olan şəxslər (ailə üzvləri, iş yoldaşları, sinif yoldaşları və digər) epidemioloji müşahidə altına alınır, lazım gələrsə, analizlər verilir və ya profilaktik müalicə və ya peyvənd tədbirləri aparılır”.

Aygün İsmayılova bildirib ki, əhali arasında maarifləndirmə işləri davam edir. “Yoluxucu xəstəliklərin yayılma yolları, əllərin yuyulmasının və şəxsi gigiyenanın əhəmiyyəti, qida və suyun təmiz saxlanması və tibbi maskadan düzgün istifadə qaydaları izah edilir. Eyni zamanda, yaşayış yerlərində sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması (zibilin vaxtında yığılması, su təmizliyi, kanalizasiya sisteminin işlək vəziyyətdə olması və digər) təmin olunur. Bütün tədbirlərdən sonra ocaqda epidemioloji vəziyyət qiymətləndirilir. Əgər yeni yoluxma qeydə alınmazsa, ocaq epidemioloji cəhətdən təhlükəsiz hesab olunur”,- deyə A.İsmayılova əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ABŞ-də azərbaycanlı qadınların güclü platforması formalaşır  

16:29
10 Mart

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Ukrayna Milli Qvardiyasının tərkibində hücum alayları yaradılır

15:53
10 Mart

Ötən həftə 23 mina və 743 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:49
10 Mart

Yaxın Şərq ölkələrində neft hasilatı kəskin azalıb

15:40
10 Mart

Əlcəzairin İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri təxliyə olunublar

15:39
10 Mart

SOCAR Abşeronun “Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatına başlayır

15:28
10 Mart

Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb  

15:18
10 Mart

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır  

15:17
10 Mart

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!