17 Yanvar 2025 16:25
216
CƏMİYYƏT
A- A+
Multikulturalizm Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Multikulturalizm Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb


Yanvarın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilən tədbir keçirilib.

Mərkəzin mətbuat xidmətindən "Azərbaycan" qəzetinə bildirilib ki, ölkəmizdəki dini və milli icmaların nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəl Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov 20 Yanvar faciəsinin Azərbaycan tarixinin hüznlü, eyni zamanda, şərəfli səhifələrindən biri olduğunu qeyd edib.

20 Yanvar faciəsinə yol açan siyasi səbəblərdən danışan icraçı direktor diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu hadisə nəticəsində çoxlu sayda şəhid versə də onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. “Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”,- deyə R.Həsənov əlavə edib.

20 Yanvar hadisələrinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirildiyini deyən Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, buna baxmayaraq, xalqımız Vətənin suverenliyi və bölünməzliyi uğrunda möhkəm dayandı.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev 20 Yanvarda və sonrakı günlərdə şahidi olduğu acı gerçəklərlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimr Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina və “Samur” Ləzgi Mərkəzinin sədri İmran Rzayev 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu diqqətə çatdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İLAHİ ƏDALƏTİN HÜQUQİ BƏRPASI

08:00
18 Yanvar

Azercell korporativ abunəçilərin nəzərinə!

00:13
18 Yanvar

Azercell korporativ abunəçilərin nəzərinə!

00:12
18 Yanvar

Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar

23:35
17 Yanvar

Premyer Liqa: "Qarabağ" - "Şamaxı"- 3:2

23:09
17 Yanvar

Mbappe də Benzemanın uğuruna nail olub

23:05
17 Yanvar

1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

22:42
17 Yanvar

ABŞ Ali Məhkəməsi TikTok qadağası qanununu təsdiqləyib  

22:13
17 Yanvar

Şitan Cao: Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri bərpa edir

22:01
17 Yanvar

Kvaratsxeliya:"Nə qədər çətin olsa da, vidalaşmaq vaxtıdır"

21:49
17 Yanvar

“44”ün çəkilişləri gedir

21:38
17 Yanvar

Dövlət Neft Fondunda 20 Yanvar hadisələrinin 35-ci ildönümü qeyd olunub

21:32
17 Yanvar

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

21:03
17 Yanvar

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

20:48
17 Yanvar

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalanıb

20:45
17 Yanvar

Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

20:44
17 Yanvar

Bayden və Blinken riyakarlıq və xəyanət nümunələri kimi xatırlanacaqlar

20:36
17 Yanvar

Türkiyənin tanınmış futbol mütəxəssisləri Azərbaycana gəliblər

19:25
17 Yanvar

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüş keçirilib

19:24
17 Yanvar

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

19:23
17 Yanvar

İqtisadi fəal əhalinin sayı açıqlanıb

19:22
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!