05 Dekabr 2025 17:59
540
SİYASƏT
A- A+
Moskvada MDB İqtisadi Şurasının 108-ci iclası keçirilib YENİLƏNİB 

Moskvada MDB İqtisadi Şurasının 108-ci iclası keçirilib YENİLƏNİB 


Moskvada MDB İqtisadi Şurasının 108-ci iclası keçirilib, burada MDB ölkələri arasında iqtisadi əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsi ilə bağlı geniş məsələlər spektri müzakirə edilib. İclasa Tacikistan Respublikası Baş nazirinin birinci müavini Xokim Xolikzoda sədrlik edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. İclasda iqtisadi gündəliyin əsas istiqamətləri, o cümlədən nəqliyyat inteqrasiyası, tarif siyasəti, statistik məlumat bazasının inkişafı və əməkdaşlığın normativ mexanizmlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

İclasda MDB dövlətlərinin ərazisindən keçən əsas nəqliyyat arteriyalarının inteqrasiyası Konsepsiyasının layihəsi təqdim edilib. Sənəd malların təhlükəsiz, sürətli və səmərəli hərəkətini təmin edən inteqrasiya olunmuş nəqliyyat sisteminin yaradılmasına yönəldilib. İştirakçılar qeyd ediblər ki, bu konsepsiyanın tətbiqi logistika xərclərini əhəmiyyətli dərəcədə azaltmağa və regional marşrutların rəqabət qabiliyyətini artırmağa imkan verəcək.

Bundan əlavə, “MDB statistikasının inkişafı” layihəsinin realizəsinin gedişatı barədə məlumat təqdim edilib. İştirakçılara Birlik ölkələrində sosial-iqtisadi proseslərin dərin təhlilini aparmağa imkan verəcək müasir informasiya və analitik sisteminin yaradılması barədə məlumat verilib. Qeyd edilib ki, statistik məlumatların əlçatanlığı və sistemliliyi iqtisadi siyasətdə əlaqələndirilmiş qərarlarının hazırlanması üçün vacibdir.

İclasda, həmçinin 2030-cu ilə qədər MDB Konqres və Sərgi Fəaliyyəti üzrə Strategiya layihəsi təsdiq edilib. Sənəd sərgi sənayesinin inkişafı istiqamətləri, vahid konqres məkanının formalaşdırılması və ölkələr arasında işgüzar əlaqələri gücləndirən birgə tədbirlərin təşviqi üçün prioritet sahələri müəyyən edir.

İclas iştirakçıları Müstəqil Dövlətlər Birliyinin 35 illiyinə həsr olunmuş Tədbirlər planını təsdiqləyiblər ki, buraya dövlətlərarası əməkdaşlığın inkişafına və MDB fəaliyyətinin təşviqinə yönəlmiş otuzdan çox tədbir daxil edilib. Həmçinin radiasiya təhlükəsizliyi, hidrometeoroloji fəaliyyətin inkişafı, təbii qazın motor yanacağı kimi istifadəsi və dəmir yolu sənayesinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

İclasın yekunlarına görə, MDB İqtisadi Şurasının növbəti - 109-cu iclasının 2026-cı il aprelin 3-də Moskvada “MDB-nin 35 ili: Böyük Avrasiya tərəfdaşlığının inkişafı” adlı MDB Beynəlxalq İqtisadi Forumu ilə birlikdə keçirilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

İqtisadi siyasətimizin əsas istiqamətləri – enerji, logistika, investisiya  

17:37
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!