14 Mart 2025 09:05
177
SİYASƏT
A- A+
Moskva Paşinyanın səmimiliyinə inanmır

Moskva Paşinyanın səmimiliyinə inanmır


Ermənistan ərazisindəki rus hərbi bazalarını çıxarmaq baş nazir Nikol Paşinyanın qarşısında duran prioritetdir və mütəmadi olaraq nəyin bahasına olursa-olsun, bu tələbi reallaşdırmağa çalışdığını açıqlayıb. Şübhəsiz, bu istiqamətdə növbəti addım Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  (KTMT) iştirakını dondurmaq qərarı idi. 

Belə qənaətə gəlmək olar ki, Paşinyan təşkilatı tərk etmək barədə Qərbin qoyduğu tələbi artıq reallaşdırıb. Bundan öncəki açıqlamalarında Ermənistan baş naziri bir çox problemin yaranmasında Rusiyanı günahkar hesab edərək deyib ki, Moskvanın hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır. 

Bu gün isə tam fərqli ssenarinin şahidi olmaqdayıq. Belə ki, Ermənistanın "Hraparak" nəşri yazıb ki, Paşinyan bu gün mövqeləri güclənən Rusiyaya növbəti dəfə reveranslar etmək qərarına gəlib. Qeyd edib ki, bu, referendum layihəsinin 2 ay müddətinə təxirə salınmasına və Rusiya ilə yaxınlaşma istiqamətində addımların atılmasına, xüsusən də idarələrarası münasibətlərin bərpasına dair göstərişin verilməsinə səbəb olub: "Ancaq Rusiyada Paşinyanın səmimiyyətinə inanmırlar və xəbərlərə görə, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfərinin təxirə salınması Paşinyanın hərəkətlərinin səmimiliyini yoxlamaq, Ermənistanın hakimiyyəti ilə əməkdaşlığı necə davam etdirmək lazım olduğunu anlamaq istəmələri ilə bağlıdır. Matviyenko ilkin razılaşmaya görə, fevralın sonunda gəlməli idi, ancaq iyunun 5-6-da gələcəyi deyilib. Rusiyada mayın 9-da Qızıl Meydanda keçiriləcək tədbirlərdə Paşinyanın iştirak edib-etməyəcəyini gözləyirlər. Hökumət mənbələrində onun iştirak edəcəyinə şübhə yoxdur, o, 2023-cü ildə iştirak edib, 2024-cü il mayın 8-də isə Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edib və geri qayıdıb".

Əlavə edilib ki, Matviyenkonun gəlişindən əvvəl Alen Simonyan aprelin 17-18-də MDB Assambleyasının qələbənin 80 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün Rusiyaya yola düşəcək. Dövlət Dumasının sədri Volodinin Ermənistana gətirilməsi ilə bağlı da danışıqların getdiyi barədə məlumatlar var. May ayına kimi Qafanda Rusiya konsulluğu da açılacaq.

"Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure də bunu edəcəyik" deyən baş nazir konkret olaraq Moskvanı təxribata çəkməyə çalışır və müəyyən jestlərlə Kremli qıcıqlandırmağa cəhd edirdi.  Deməli, rəsmi İrəvan çox açıq tezislərlə Rusiya ilə əməkdaşlığı mənasız sayır və ya bu birgə fəaliyyətdən birmənalı formada imtina edirdi. Bütün bunlar Avropa İttifaqının və Qərb institutlarının hazırladığı plana uyğun şəkildə həyata keçirilirdi. Buna görə də Paşinyan maksimum şəkildə diplomatik qaydada Moskva ilə münasibətlərinə son qoymaq üçün ölkəsinin təhlükəsizlik məsələlərinə diqqət çəkirdi. 

"4rd.am" nəşri yazıb ki, Paşinyan və onun komandası siyasi cəhətdən Qərb kosmopolitizmi ilə rusofobiya ideologiyası əsasında formalaşıb və öz elektoratına da bunu aşılaya bilib: "Sələflərinə qarşı nifrətlə və Rusiyanı lənətləməklə siyasi intihara doğru getdiklərini belə anlamırlar. Siyasət sevgi və nifrətlə deyil, soyuq başla idarə olunur. Ən azı böyük geosiyasi alova odun olmamaq üçün Gürcüstan və Ukrayna nümunələri bizə dərs olmalıdır. Qərb və ya başqası bizdən ötrü döyüşmək üçün öz qoşunlarını gətirəcəkmi? Gürcüstan və Ukraynanın nümunələri göstərdi ki, Qərb öz oyununu ustalıqla oynayır və nəticə acınacaqlı olur".

Beləliklə, Ermənistanda hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki İrəvan xarici himayədarlarsız yaşaya bilmək iqtidarında olan ölkə deyil.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!