28 Noyabr 2025 09:10
4799
Səhiyyə
A- A+
Möcüzənin tükənən gücü

Möcüzənin tükənən gücü


Antibiotiklərdən yersiz istifadə orqanizmə zərər gətirir


Antibiotiklər tibb tarixinin ən möhtəşəm nailiyyətlərindən biri kimi insan həyatını dəyişdirib, bir vaxtlar ölüm hökmü sayılan infeksiyaları adi xəstəlik səviyyəsinə endirib. XX əsrin ortalarında antibiotiklərin kütləvi istifadəsi milyonlarla insanın həyatını xilas etdi, əməliyyatları təhlükəsizləşdirdi, doğuşdakı ölüm hallarını azaltdı, müharibələrdə itkilərin qarşısını aldı və tibb elminin inkişafına misilsiz sürət verdi. Lakin bu möcüzənin arxasında görünməyən bir təhlükə də yavaş-yavaş böyüyürdü - mikroblar  müqavimət göstərirdi.

Bu gün dünyada antibiotiklərə davamlı infeksiyalar hər il 1,2 milyon insanın ölümünə səbəb olur. Alimlər xəbərdarlıq edirlər ki, əgər yeni antibiotiklər hazırlanmasa və mövcud olanlar məsuliyyətsiz şəkildə istifadə olunmağa davam edilsə, 2050-ci ildə antibiotik müqaviməti hər il 10 milyon insanın ölümünə yol açacaq. Bu isə nəinki tibb elminin, hətta bəşəriyyətin əldə etdiyi bütün nailiyyətləri risk altına qoyur.

Təəssüf ki, həkim təyinatı olmadan antibiotik qəbul etmək, virus infeksiyalarında belə antibiotikə "əl atmaq", bir az hərarət yüksələn kimi antibiotik qəbul etmək problemi daha da dərinləşdirir. Bakteriyalar hər dəfə yanlış şəkildə istifadə olunan antibiotikdən "dərs alır", güclənir, nəticədə adi boğaz ağrısı, sidik yolu infeksiyası və ya pnevmoniya belə uzun sürən, çətin müalicə olunan təhlükəli xəstəliklərə çevrilir.

 

Yalnız bakterial infeksiyalara qarşı təsirlidir

 

XX əsrin əvvəllərinə qədər sadə bir boğaz infeksiyası ölüm hökmü demək idi, pnevmoniya yüz minlərlə insanın həyatına son qoyurdu. Cərrahlar əlcəksiz əməliyyat edirdi, doğuşlarda infeksiya səbəbindən ölüm halları 50 faizdən çox idi. Mikroblar sürətlə yayılır, onları dayandıra bilən effektiv vasitə isə yox idi.

1928-ci ildə Londondakı Müqəddəs Məryəm Xəstəxanasında şotlandəsilli Böyük Britaniya bakterioloqu Aleksandr Fleminqin təsadüfən kəşf etdiyi penisilin tibb tarixinin dönüş nöqtəsi oldu. Göbələk koloniyasının ətrafındakı bakteriyaların məhv olduğunu görən Fleminq "Penicillium notatum"un bakteriya öldürücü maddə ifraz etdiyini müəyyənləşdirdi. Bunun praktiki istifadəyə verilməsi illər çəkdi, lakin 1940-cı illərdə Flori və Çeyn kimi alimlərin sayəsində penisilin İkinci Dünya müharibəsinin görünməyən qəhrəmanına çevrildi.

1940-1970-ci illər "antibiotiklərin qızıl dövrü" kimi tarixə düşdü. Streptomisin, tetrasiklin, eritromisin, sefalosporinlər və onlarla digər antibiotik növü həyatları xilas etdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, antibiotiklərin tətbiqi yoluxucu xəstəliklərdən ölüm hallarını 80 faizdən çox azaltdı. Artıq pnevmoniya, meningit, sifilis, vərəm ölüm hökmü deyildi, qeysəriyyə əməliyyatları, orqan transplantasiyası, kimyaterapiya kimi riskli tibbi prosedurlar təhlükəsiz həyata keçirilə bilirdi.

Təəssüf ki, uzun illər sonra Fleminqin 1945-ci ildə etdiyi "İnsanlar penisilindən ehtiyatsız istifadə etsələr, mikroblar davamlı olacaq" xəbərdarlığı reallaşdı. Antibiotiklərin həddən artıq, lazımsız və nəzarətsiz istifadəsi bakteriyalara özlərini qorumağı öyrətdi. Vaxtilə möcüzə sayılan penisilin bir çox bakteriyaya təsir etmir, çünki mikroblar penisilini parçalamağı bacaran fermentlər hazırlamağı öyrəndi.

Bilmək lazımdır ki, antibiotiklər yalnız bakterial infeksiyalara qarşı təsirlidir. Amma insanlar soyuqdəymə, qrip, laringit kimi virus infeksiyalarında antibiotik qəbul etdikcə, bakteriyalar daha da güclənir. Antibiotik yarımçıq dayandırıldıqda isə sağ qalan bakteriyalar daha aqressiv və davamlı nəsil yetişdirir. Nəticədə adi infeksiya həftələrlə çəkir, ağırlaşmalar artır, immun sistemi zəifləyir, bağırsaq florası pozulur və yeni sağlamlıq problemləri yaranır.

 

Mövcud 200 antibiotik növündən bu gün cəmi 60-ı istifadə olunur

 

Bu gün dünya "superböcəklər" adlandırılan çox davamlı bakteriyaların təhlükəsi ilə üz-üzədir. MRSA, VRE, MRGN kimi bakteriyalar bir neçə antibiotik sinfinə eyni anda davamlıdır. Onların yaratdığı infeksiyalar bir çox hallarda müalicəyə tabe olmur. İmmun sistemi zəif olan xəstələr - xərçəng xəstələri, transplantasiya olunanlar, yeni doğulmuşlar və yaşlılar  xüsusilə risk altındadır.

Bakteriyalar antibiotiklərə qarşı çox ağıllı strategiyalar qurur: hüceyrə divarını dəyişdirir, antibiotiki parçalayır, hüceyrədən xaric edən nasoslar yaradır və ya digər bakteriyalardan müqavimət genlərini "alış-veriş" edir. Bu isə problemin miqyasını daha da dərinləşdirir, çünki davamlılıq bir növdən digərinə keçərək sürətlə yayılır. Elə buna görə də mövcud 200 antibiotik növündən bu gün cəmi 60-ı istifadə olunur. Digərləri isə artıq təsirini itirib.

Müqavimətin qarşısını almaq üçün dünya ölkələri xüsusi strategiyalar hazırlayırlar. ÜST-nin "Antibiotiklərə Müqavimətlə Mübarizə üzrə Qlobal Fəaliyyət Planı", eləcə də bir çox ölkələrdə tətbiq olunan milli antibiotik nəzarət proqramları problemin miqyasını azaltmağa çalışır. Lakin təkcə dövlətlərin səyi yetərli deyil. Hər bir insan bu prosesdə iştirak etməlidir.

Biz nə edə bilərik? Antibiotikləri yalnız həkim tərəfindən təyin olunduğu halda qəbul etməli, soyuqdəymə, qrip kimi virus xəstəliklərində bunu içməməliyik. Əl gigiyenasına ciddi riayət etməli,  qida rasionuna antibiotiksiz və düzgün yetişdirilmiş heyvan ətlərini əlavə etməliyik.

İndiyə qədər milyonlarla insanın həyatını xilas edən antibiotiklər tibb aləminin ən güclü silahlarından biridir. Bu güc isə yalnız doğru istifadə olunduqda təsirini göstərir. 

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ABŞ-də azərbaycanlı qadınların güclü platforması formalaşır  

16:29
10 Mart

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Ukrayna Milli Qvardiyasının tərkibində hücum alayları yaradılır

15:53
10 Mart

Ötən həftə 23 mina və 743 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:49
10 Mart

Yaxın Şərq ölkələrində neft hasilatı kəskin azalıb

15:40
10 Mart

Əlcəzairin İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri təxliyə olunublar

15:39
10 Mart

SOCAR Abşeronun “Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatına başlayır

15:28
10 Mart

Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb  

15:18
10 Mart

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır  

15:17
10 Mart

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!