14 Mart 2025 08:50
184
SİYASƏT
A- A+
Minalanma Vardanyanın Xankəndiyə gəlişindən sonra geniş vüsət alıb

Minalanma Vardanyanın Xankəndiyə gəlişindən sonra geniş vüsət alıb


Planları üzrə, mərhələli şəkildə zəbt etdikləri ərazilərimizdə özlərinə dövlət qurmuş erməni qəsbkarları bununla da qane olmayıblar. "Böyük Ermənistan" uydurmalarını fürsət düşdükcə yalandan həqiqətə çevirməyə cəhd göstəriblər. Tarixin ayrı-ayrı illərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, soyqırımların əsl səbəbi də bu olub. 

"Yersiz gəldi, yerli qaç" prinsipi ilə hərəkət edən erməniləri arxayınlaşdıran, növbəti vəhşiliklərini həyata keçirməyə həvəsləndirən isə cəzasız qalmaları olub. Hər dəfə ara sakitləşəndə azərbaycanlılar ermənilərin dağıtdıqları ev-eşiklərini yenidən tikərək, viran qoyduqları yurdlarını abadlaşdıraraq, şikəst etdikləri doğmalarının, qohum-qonşularının yaralarını bağlayaraq, şəhidlərinə ağlayaraq həyatlarına davam etməyə çalışıblar. Bədxah ermənilər isə dərhal simalarını dəyişib, qınlarına çəkilib yenidən mehribanlıq göstəriblər. 

Məkrli ermənilər XX əsrin sonlarında da ərazilərimizin işğalına hər dəfə olduğu kimi, gizli şəkildə və ciddi hazırlıqlar görmüşdülər. Odur ki, dövrün müasir silahları ilə silahlandırılan, bir çoxu xüsusi hərbi təlim görmüş erməni quldurlarının dinc azərbaycanlılara qarşı hücumları 1980-ci illərin axırları, 1990-cı illərin əvvəllərində də pərakəndə, kortəbii deyil, hərzamankı kimi plana uyğun, mütəşəkkil oldu.

O vaxtdan illər keçib. Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və Şərqi Zəngəzur əraziləri otuz il sonra azad edilib. Birinci və İkinci Qarabağ müharibələrinin təşkilatçıları və icraçıları olan, azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətmiş, soydaşlarımıza vəhşicəsinə işgəncələr verərək onları şəhid və ya şikəst etmiş cinayətkar ermənilərin adları məlumdur. Və onların bir hissəsi həbs olunaraq ölkəmizin paytaxtına gətirilib. Artıq qanun qarşısında əməllərinə görə cavab verirlər. 

Onlardan birinin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 11-də davam etdirildi.

Məhkəmədə iş üzrə dindirilən şahidlər onun qanuna və insanlığa zidd əməllərini bir-bir söylədilər. Şahid qismində ifadə verən Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini dedi. Onun sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirdi: "Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, - mən demirəm ki, o, mənim düşmənimdir, yox, - nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?"

Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparıldığını deyən şahid həmin minaların Laçın yolu ilə Ermənistandan Qarabağa çatdırıldığını açıqladı: "Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb".

Şahid ifadəsində Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradıldığını bildirdi. Yerləşdiyi yerə gedən yol silahlı şəxslər tərəfindən mühafizə edilən anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbçilər fəaliyyət göstəriblər. Ruben Vardanyan tərəfindən həmin anbarlara Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı, eləcə də pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları yığılıb. Xankəndidə çoxunun bu barədə məlumatı olub. Ruben Vardanyan bütün erməni sakinlərinin silahlanaraq azərbaycanlılara qarşı vuruşmasını təbliğ edib. Bu silahlı dəstələri yaratmaqda onun məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.

Şahid Ruben Vardanyan Qarabağa gələnədək erməni sakinlər arasında Azərbaycana inteqrasiya məsələsinin ciddi formada yayıldığını deyib. Onlar Azərbaycanla əlaqələr qurmağa çalışıblar. Bir çoxu Azərbaycanın tərkibində yaşamaq və vətəndaşlıq almaq barədə ciddi fikirləşiblər.

Ruben Vardanyan 2022-2023-cü illərdə Xankəndi şəhərinə gəlib və Azərbaycana qarşı təbliğata başlayıb. Şahidin sözlərinə görə, bundan sonra erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri güclənib: "Ruben Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı".

Məhkəmədə ifadə verən digər erməniəsilli şahid - Qriqoryan Muşeq Qurgenoviç Ruben Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzdlu döyüşçülərdən ibarət dəstələr toplamağa başladığını diqqətə çatdırıb. Həmin şəxslərə Xocalıda yerləşən düşərgədə hərbi təlimlər keçilib: "Əsgərlikdən yeni gəlmiş şəxslərin hərbi xidmətdə olan ixtisaslarını öyrənib və onlardan istifadəyə yararlı olan şəxsləri dəstələrə cəlb edib. Əsasən radiotexniki sahədə hərbi təcrübəsi olan əsgərlərin öz könüllü muzdlu dəstələrinə qoşulmasını həyata keçirib. O, bu məqsədlə Xocalı rayonunun Badara kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə çay kənarında əvvəllər "İdman Turizmi Federasiyası"nın nəzdində olmuş düşərgədə hərbi təlim məntəqəsi yaradaraq əsasən əsgərlikdən yeni gəlmiş gənclər, tələbələr və yuxarı sinif şagirdlərinə hərbi təlimlər keçilməsini təşkil edib. Mən Vardanyanı başa düşmürəm, əgər xalq üçün yaxşılıq edirsənsə, niyə silah alırsan, mina basdırırsan, adamlara pul verirsən, düşərgə açırsan? Əgər silah yaxşı şeydirsə, al apar evinə, övladların döyüşsün. Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb".

Məhkəmədə ifadə verən zərərçəkmişlərdən biri - Səyyad Ələkbərli açıqlayıb ki, Ruben Vardanyanı media vasitəsilə tanıyıb. O, özünün Ermənistandan gətirilərək Azərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını deyib. Bildirib ki, hadisə 2023-cü ilin avqustunda Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verib. Zərərçəkmişlər - Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl, İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanı yaralandıqlarını söyləyiblər. Zərərçəkmişlər məhkəmədən təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini xahiş ediblər.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!