04 Fevral 2025 14:51
2975
Təhsil
A- A+
Milli Aviasiya Akademiyasında “Fevral məruzələri 2025” beynəlxalq konfransı öz işinə başlayıb

Milli Aviasiya Akademiyasında “Fevral məruzələri 2025” beynəlxalq konfransı öz işinə başlayıb


Builki konfransa doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib


Fevralın 4-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Gəncləri Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb.

Əvvəlcə konfrans iştirakçıları “MAA-nın yaradıcı tələbələrinin innovativ layihələri” adlı sərgi ilə tanış olublar. Sonra “Texnoritm Mərkəzi - MAA-nın innovativlik göstəricisi kimi” mövzusunda təqdimat olub.

Konfransı giriş nitqi ilə açan MAA-nın birinci prorektoru professor Ədalət Səmədov MAA-nın rektoru akademik Arif Mir Cəlal oğlu Paşayevin konfrans iştirakçılarına salamlarını və təbrikini çatdırıb.

Qeyd olunub ki, “Fevral məruzələri 2024”dən keçən 1 il ərzində MAA-nın gənc alimləri və tədqiqatçıları Azərbaycanda, eləcə də beynəlxalq miqyasda keçirilən bir sıra tədbirlərdə və layihələrdə, o cümlədən 75-ci Beynəlxalq Astronavtika Konqresində, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29), digər beynəlxalq konfrans və simpoziumlarda uğurla iştirak edib, nüfuzlu jurnallarda məqalələr çap etdirib, beynəlxalq patentlər alıblar.

Builki “Fevral məruzələri”nə doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib.

Elmi müzakirələrlə yanaşı, konfransın proqramında “İT tədrisinin istehsalatla uyğunlaşması problemləri”, “Tətbiqi optoelektronikanın aktual məsələləri”, “Süni intellektin hüquq elmində tətbiqi” mövzularında dəyirmi masalar, həmçinin “Yaşıl logistika” mövzusunda ustad dərsi, eləcə də “Kainat haqqında düşüncələr” (müəllif: Əhəd Canəhmədov) kitabının geniş təqdimatı da nəzərdə tutulub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətini vurğulayıb, aviasiya sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir. Aviasiya sahəsində aparılan işlər ölkənin siyasətinin göstəricisidir . Son 20 ildə ölkədə 8 yeni aeroport tikilib istifadəyə verilib və yenidən qurulub. Bundan sonra yeni aeroportlar Qəbələdə, Zaqatalada, Fizulidə, Zəngilanda və bu il Laçında tikilib istifadəyə veriləcək. Ölkəmiz bu sahədə yeni investisiyalar həyata keçirməyə hazırdır.

Nazir müavini bu sahənin inkişafında gənc kadrların rolunu qeyd edib, bu istiqamətdə MAA-nın fəaliyyətini yüksək qiymətləndirib.

Plenar iclasda Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri Məsud Əfəndiyev "Xaricdə yaşayan azərbaycanlı alimlərın Azərbaycan elm və təhsilinə inteqrasiyası", Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) direktor müavini Soltan Bayramov "Sənaye 4.0 texnologiyaları və aerokosmik sənaye”, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov “Kritik informasiya infrastrukturunun təhlükəsiziyinə təhdid yaradan əməllərin kriminallaşdırılması: beynəlxalq və milli hüquqi yanaşma" mövzularında çıxış ediblər.

Konfransın təşkilatçıları MAA, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”), “Azərbaycan Hava Yolları” QSC və Azərbaycan Mühəndislik Akademiyasıdır.

“Fevral məruzələri 2025” beynəlxalq konfransı fevralın 6-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!