23 May 2024 16:20
1611
PARLAMENT
A- A+

Millət Məclisin və TBMM-in parlament aparatları arasında təcrübə mübadiləsi müzakirə edilib  

 

Mayın 23-də Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edən ikitərəfli münasibətlərin dərinləşdirilməsində dövlət başçılarının xüsusi rolu qeyd olunub.

Prezidenti İlham Əliyevin cari il fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkilib, dövlətimizin başçısının “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikrinin yeni tarixi mərhələyə keçiddə strateji məqsəd və vəzifələri müəyyən etdiyi qeyd olunub.

Söhbətdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, həmçinin ölkələrin parlament aparatları arasında əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti vurğulanıb.

Türkiyə Böyük Millət Məclisinin Baş katibinin müavini Naim Çoban isə öz növbəsində bildirib ki, ikitərəfli əlaqələrin dərinləşməsində parlamentlərarası münasibətlərin rolu böyükdür. İşçi qruplarının təmaslarının, qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edən qonaq iki ölkənin parlament aparatlarının arasında həyata keçirilən sıx təcrübə mübadilələri və qarşılıqlı səfərlərdən danışıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, deputat Naqif Həmzəyev və TBMM-in nümayəndə heyətinin üzvləri çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər, parlamentlərarası münasibətlərin dərinləşdirilməsi, həmçinin parlament aparatları arasında təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video