21 Noyabr 2026 08:45
721
İQTİSADİYYAT
A- A+
Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı


İqtisadi inkişafın davamlı olması  bir qədər də dövlətlə özəl sektor arasında sıx əməkdaşlıqdan  asılıdır. Biznesin iqtisadi və sosial proseslərdə fəal iştirakı, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Əmək bazarında dəyişən tələblər, yeni peşə və bacarıqlara ehtiyac dövlət və biznesin birgə fəaliyyətini daha da vacib edir.  Bu günlər Azərbaycanda ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumu bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı dialoqun gücləndirilməsi baxımından önəmli  addımdır.

Bu baxımdan dövlət və biznes arasında birbaşa dialoqun qurulması, tərəflərin əməkdaşlıq imkanlarının genişləndirilməsi və ortaq təşəbbüslərin dəstəklənməsi vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə "Məşğulluq həftəsi" çərçivəsində "Gülüstan" sarayında keçirilən, "İmkanlar və inam" devizi daşıyan forumda  dövlət qurumları, işəgötürənlər, sosial tərəfdaşların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi qeyd etdiyimiz sahədə birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı artırmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığını genişləndirmək və əmək bazarının aktual problemlərinin birgə həlli üçün təkliflər müəyyənləşdirmək olub. 

Forumun əhəmiyyətini şərtləndirən əsas məqamlardan biri dövlətin məşğulluq siyasətində işəgötürənlərə münasibətin  yeni məzmun qazanmasıdır. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər həyata keçirilən sosial islahatlar fonunda dövlət məşğulluq siyasətinin də əmək bazarının müasir çağırışlarına uyğun olaraq əhəmiyyətli dəyişikliklərə məruz qaldığını vurğulayıb. Nazirliyin işəgötürənlərlə münasibətlərini daha çox xidmət modeli əsasında qurması və əməkdaşlığın gücləndirilməsi bu prinsiplərin əsas istiqamətlərindəndir.

Dövlət və biznes əməkdaşlığının əhəmiyyətini konkret nəticələr üzərindən qiymətləndirmək daha məqsədəuyğundur. Forumda təqdim olunan statistik göstəricilər məşğulluq proqramlarının əhatə dairəsinin genişləndiyini göstərir. Belə ki, son illər işlə təmin olunanların illik sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 4,1 dəfə artıb. Kvota üzrə işlə təmin edilənlərin sayında 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayında isə 3,5 dəfə artım qeydə alınıb. Bu rəqəmlər məşğulluq siyasətinin müxtəlif istiqamətlərində fəaliyyət miqyasının genişləndiyini nümayiş etdirir. 

Dövlət-biznes əməkdaşlığının digər mühüm istiqaməti əmək münasibətlərinin rəsmiləşdirilməsi və qeyri-formal məşğulluğun azaldılmasıdır. Forumda səsləndirilən məlumatlara əsaslanaraq deyə bilərik ki, özəl sektorda cari ilin ilk 10 ayında əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 min artıb. Bu göstərici əmək bazarının şəffaflaşdırılması istiqamətində aparılan işlərin nəticələrindən biri kimi diqqət çəkir. Əmək müqavilələrinin sayının artması işçilərin sosial təminatının gücləndirilməsi, əmək hüquqlarının qorunması və biznes fəaliyyətinin daha şəffaf müstəvidə qurulması baxımından əhəmiyyətlidir.

Məsələnin digər tərəfi isə dövlət nəzarəti ilə biznesə dəstək arasında düzgün balansın yaradılmasıdır. Əmək qanunvericiliyinin tələblərinə əməl olunması üçün işəgötürənlərə yalnız nəzarət etmək kifayət deyil. Onları qanunvericiliyin tələbləri barədə məlumatlandırmaq, maarifləndirmək və lazımi dəstək göstərmək vacibdir.  "Əmək və Məşğulluq" altsistemi, "DOST müfəttiş" və "Nümunəvi müəssisə" layihələri məhz bu istiqamətdə həyata keçirilən  mexanizmlərdir. Onların tətbiqi işəgötürənlərin müvafiq xidmətlərdən istifadəsini, əmək qanunvericiliyinin tələbləri barədə məlumatlılığını və əmək münasibətlərinin daha səmərəli təşkilini dəstəkləyir.

Dövlət-biznes əməkdaşlığının iqtisadi nəticələri ilə yanaşı, onun sosial tərəfi də xüsusi əhəmiyyət daşıyır. Çünki məşğulluq siyasətinin əsas hədəflərindən biri müxtəlif sosial qrupların əmək bazarına çıxış imkanlarının genişləndirilməsidir. Forum çərçivəsində gənclərin və qadınların, müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin məşğulluğunun təminatında  böyük rolu  olan 5 özəl sosial tərəfdaşın mükafatlandırılması bu baxımdan vacib mesajdır. Bu təşəbbüs biznesin sosial məsuliyyətinin konkret fəaliyyətlə ifadə olunmasının əhəmiyyətini göstərir. Özəl sektor üçün sosial məsuliyyət, sadəcə, xeyriyyəçilik və korporativ imic məsələsi olmamalıdır. İnsan kapitalına sərmayə qoymaq, əmək bazarında bərabər imkanların yaradılmasına dəstək vermək və cəmiyyətin müxtəlif təbəqələrinin iqtisadi fəallığını artırmaq mütləqdir.

Tədbirdə həyata keçirilən panel müzakirələri dövlət-biznes münasibətlərinin müxtəlif istiqamətlərini əhatə edib. İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları, qurumların fəaliyyəti, əmək bazarının aktual məsələləri, biznes birliklərinin rolu və sosial məsuliyyət mövzularının müzakirəsi dövlət və özəl sektor arasında qarşılıqlı anlaşmanın güclənməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Belə platformaların əsas üstünlüyü ondadır ki, dövlət qurumları əmək bazarının real iştirakçılarının ehtiyaclarını birbaşa öyrənmək, biznes nümayəndələri isə mövcud dəstək və təşviq mexanizmləri barədə daha ətraflı məlumat əldə etmək imkanı qazanırlar. Həmin dialoq nəticəsində ortaya çıxan təkliflər gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə də töhfə verə bilər.

Lakin hər bir forumun və müzakirə platformasının əsl dəyəri səsləndirilən fikirlərin sonradan hansı praktik nəticələrə çevrilməsi ilə ölçülür. İşəgötürənlərin təkliflərinin nəzərə alınması, dövlət dəstəyi mexanizmlərinin daha əlçatan olması, peşə hazırlığının biznesin real tələblərinə uyğunlaşdırılması və sosial tərəfdaşlığın genişləndirilməsi bu əməkdaşlığın davamlılığını təmin edən əsas amillərdir. İlk Dövlət-Biznes Əməkdaşlığı Forumu da məhz belə bir əməkdaşlıq mədəniyyətinin inkişafı üçün yeni platformadır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!