21 Noyabr 2026 13:01
956
İQTİSADİYYAT
A- A+
ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  

ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  


Amerika Birləşmiş Ştatlarına işgüzar səfər zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Oklahoma Dövlət Universitetinin (OSU) Kənd Təsərrüfatı Elmləri və Təbii Ehtiyatlar Bölməsinin vitse-prezidenti Ceyson Lask və OSU Global-ın dekanı Rendi Kluver arasında görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti (OSU) arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, aqrar təhsil və elmi-tədqiqat sahəsində birgə fəaliyyətin, müasir texnologiyaların tətbiqinin, eləcə də tələbə və mütəxəssis mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd edib. O, 2026-cı ildə Strateji Tərəfdaşlıq Sazişinin yenilənməsi və ikili magistr proqramının həyata keçirilməsinə dair Fəaliyyət Memorandumunun imzalanması barədə məlumat verib. Hazırda proqram üzrə seçim prosesi davam edən beş tələbənin 2027-ci ilin sentyabrında Oklahoma Dövlət Universitetində təhsilə başlaması nəzərdə tutulur. Nazir, həmçinin torpaq və su ehtiyatlarının idarə olunması, heyvandarlıq genetikası və digər aqrar istiqamətlərdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanlarına toxunub.

Görüşdən sonra nümayəndə heyəti universitetin elmi-tədqiqat infrastrukturu ilə tanış olub, bitkiçilik, torpaq və su ehtiyatlarının idarə olunması, heyvandarlıq və yem bitkiləri sahələrində aparılan tədqiqatlar barədə məlumat alıb.

Nümayəndə heyəti, həmçinin Langston Universitetinin nümayəndələri ilə görüş keçirib. Görüşdə aqrar təhsil, elmi-tədqiqat sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Həmçinin Robert M. Kerr adına Qida və Kənd Təsərrüfatı Məhsulları Mərkəzinə (FAPC) səfər çərçivəsində kənd təsərrüfatı məhsullarının emalı, keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi, innovativ texnologiyaların tətbiqi və məhsulların əlavə dəyərinin artırılması sahəsində təcrübə ilə tanışlıq olub.

Sonra heyvandarlıq təsərrüfatına baxış keçirilib, damazlıq, genetik seleksiya və heyvan məhsuldarlığının artırılması ilə bağlı öyrənilib.

Səfər çərçivəsində nümayəndə heyəti Merilend Universitetinin Kənd Təsərrüfatı və Təbii Ehtiyatlar Kollecinin rəhbərliyi ilə də görüşüb. Nazir Məcnun Məmmədov aqrar sektorun müasirləşdirilməsi, rəqəmsallaşma, torpaq və su ehtiyatlarından səmərəli istifadə və peşəkar kadr hazırlığının əsas prioritetlər olduğunu bildirib. Merilend Universiteti ilə elmi-tədqiqat, ikili diplom proqramları, akademik mübadilə və müasir aqrotexnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olmasından bəhs edib.

Tədbirdə nümayəndə heyətinə Rəqəmsal və Dəqiq Kənd Təsərrüfatı Laboratoriyasında süni intellekt, ağıllı suvarma sistemləri və müasir aqrotexnologiyalar sahəsində aparılan tədqiqatlar barədə məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!