08 Oktyabr 2024 09:49
754
SİYASƏT
A- A+
Meksika mətbuatında erməni yalanları ifşa olunub

Meksika mətbuatında erməni yalanları ifşa olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik olan “El Universal” qəzetində “Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülh artıq yaxındırmı?” başlıqlı məqalə dərc olunub. Qəzetin fransız əsilli və əsasən Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən müxbiri Jan Meyer tərəfindən yazılmış böhtan xarakterli yazılara cavab olaraq hazırlanmış məqalədə J.Meyerə Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin tarixini unutmamağa və erməniləri “qurban” kimi qələmə verməməyə çağırış edilir.

AZƏRTAC Azərbaycanın Meksikadakı səfirliyinə istinadla xəbər verir ki, yazıda Azərbaycanın 30 il boyunca erməni təcavüzünə məruz qalması, ermənilər tərəfindən həm Ermənistan, həm də Azərbaycan ərazilərində etnik təmizləmə aparılması faktı göz önünə çəkilərək, Ermənistan ərazisində heç bir zaman münaqişənin olmadığı vurğulanır. Qeyd olunur ki, bütün dünya tərəfindən ərazi bütövlüyünün tanınmasına və 1993-cü ildə BMT-nin Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağıran qətnamələrinə baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini yalnız 30 ildən sonra bərpa edib. Eləcə də, işğal dövründə ermənilər tərəfindən bu qətnamələrə məhəl qoyulmadığı üçün daha əvvəl sülh yolu ilə həll oluna biləcək münaqişənin bu zamana qədər uzandığı vurğulanır.

Yazıda J.Meyerin əsassız ittihamlarının böyük narahatlıq doğurduğu və onun şəxsi fikirləri ilə oxuyucuları yanıltmağa çalışdığı qeyd edilir. Həmçinin, Ermənistanın baş naziri və BMT-nin regiondakı iki missiyası tərəfindən Qarabağda hər hansı “etnik təmizləmə”nin aparılmadığının bəyan edildiyi, Azərbaycan tərəfindən orada yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı almaq üçün hər bir şəraitin yaradıldığı, lakin erməni icmasına aşılanan ifrat millətçilik ruhu səbəbindən Qarabağda yaşayan ermənilərin böyük bir hissəsinin “türk dövləti”ndə yaşamaq ideyasından imtina etdiyi vurğulanır.

Məqalədə Azərbaycanın separatizmə və öz torpaqlarının işğalına son qoyduğu, nəticədə həm Azərbaycan, həm də Ermənistan xalqı üçün münasibətlərin normallaşdırılması, sülh və yaxşı qonşuluq münasibətlərində yaşamaları üçün imkanın yaradıldığı qeyd olunur. Hazırda iki ölkə arasında davamlı sülh sazişi, eləcə də regionda bütün kommunikasiyaların bərpası barədə razılaşma üzrə danışıqların aparıldığı bildirilir.

Yazıda həmçinin Qarabağın tarix boyu, istər Qarabağ Xanlığı, istər Azərbaycan Demokratik Respublikası, istərsə də Azərbaycan Sovet Sosialist Respublikası dövründə Azərbaycanın bir hissəsi olduğu, lakin bəzən bu reallığın nəzərdən qaçırıldığı qeyd olunur. Eləcə də, 2020-ci il müharibəsinin ədalətsizlik və ikili standartların nəticəsi, eyni zamanda Azərbaycanın qanuni torpaqlarını azad edə bilməsi üçün son şans olduğu bildirilir.

Məqalənin sonunda mövcud səylərin regionda davamlı sülhə nail olmağa yönəldiyi halda bəzi analitiklərin bu cür ayrı-seçkilik nümayiş etdirən yazılarının təəssüf doğurduğunu bildirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!