13 Oktyabr 2024 08:15
739
SİYASƏT
A- A+
Məkrli oyunların arxasında ABŞ və Fransa var

Məkrli oyunların arxasında ABŞ və Fransa var


Azərbaycan COP29-a yüksəksəviyyəli evsahibliyi ilə onlara gözdağı verəcək


"COP29 kimi mötəbər, beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi, 200-ə yaxın ölkənin bu qərarı dəstəkləməsi ölkəmizə olan inamın, etibarın və etimadın təzahürüdür. Dünya ölkələri Azərbaycanın uğurlu inkişafını, tərəqqisini görür və bəyənir. Bu mənada ölkəmizin belə tədbirə evsahibliyi dost ölkələri sevindirməkdədir". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Azərbaycanı sevməyən qüvvələrin olduğunu deyən siyasətçi qeyd edib ki, Ermənistan, havadarları, bəzi beynəlxalq təşkilatlar, antiazərbaycançı qüvvələr bu qlobal tədbir öncəsi aktivləşməyə başlayıblar. 

Prezident İlham Əliyev çıxışlarında bu məsələyə toxunaraq söyləyib ki, COP29 konfransı yaxınlaşdıqca Azərbaycana qarşı təzyiqlər artacaq. Həqiqətən də, son vaxtlar Ermənistan başda olmaqla, havadarları bu və ya digər formada Azərbaycana təzyiqləri artırmağa başlayıblar. "Hazırda bu ölkələrin başında Amerika durur. ABŞ Dövlət Departamenti hər vəchlə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana təzyiq rıçaqlarını işə salmağa cəhd edir. Prezident 

İlham Əliyevin qətiyyəti, uğurlu siyasəti təsirlərin qarşısını almaqdadır. Son zamanlar ABŞ Konqresinin, Parlamentinin Dövlət Departamenti ilə məktublaşması, departamentin sifarişinin yerinə yetirilməsi Prezident İlham Əliyev tərəfindən də konkret faktlarla qeyd edilib. Bu məsələ, demək olar ki, ifşa olundu", - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, ABŞ-nin adətən COP konfranslarını təşkil edən ölkələrə müxtəlif formalarda təzyiqlər göstərdiyinin şahidi olmuşuq. Amerika bununla həm transmilli şirkətlərini qorumağa, həm də bu təsirlər vasitəsilə həmin ölkəni təzyiq altında saxlayaraq hər hansı qərarların verilməsində öz gücünü göstərmək və digər maraqlarını güdmək siyasətini həyata keçirir. Qərbin, ABŞ-nin son zamanlarda COP29-la bağlı Azərbaycana qarşı cəfəng fikirləri tirajlaması həm ABŞ deputatlarının, siyasilərinin, həm də Fransanın bu sahədə aktivliyində, konfransın keçirilməsi ilə bağlı cürbəcür dezinformasiyaların yayılmasında özünü açıq-aydın göstərir.

V.İskəndərov bildirib ki, ölkəmizi dəstəkləyən yüzlərlə dövlət var: "Azərbaycanın yanında olan dövlətlər, transmilli şirkətlər bu tədbirin də digərləri kimi ən yüksək səviyyədə təşkil olunacağını bilirlər. Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsindəki təcrübəsi dünyaya yaxşı məlumdur. Biz də əminik ki, dövlət başçısının, vacib sahələrə rəhbərlik edən Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilat komitəsinin, yaradılan vacib institutların birgə fəaliyyəti nəticəsində COP29 indiyədək keçirilən tədbirlərdən daha yüksək səviyyədə hazırlığı ilə yadda qalacaq". 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!