20 Mart 2025 08:20
869
SİYASƏT
A- A+
Maskalar yırtılır, həqiqətlər üzə çıxır

Maskalar yırtılır, həqiqətlər üzə çıxır


Dünya erməniliyinin əsas ruporuna çevrilən "Azadlıq radiosu" və "Amerikanın səsi", eləcə də USAID  layiq olduqları cəzaları alırlar


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işində genişmiqyaslı fırıldaqçılıq sxemləri mövcud olub. Bu barədə "Fox News" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp bildirib. "Çox gözəl səslənir - ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Gözəl deyilmi? Amma bu tam bir fırıldaqçılıqdır", - Vaşinqton administrasiyasının başçısı təfərrüatları açıqlamada bildirib.

Tramp vurğulayıb ki, ABŞ Demokrat Partiyası bu pozuntulara maraq göstərmir və onun administrasiyasının agentliyin işini dayandırmağa yönəlmiş tədbirlərinə qarşı çıxır. "Demokratlar daim deyirlər: "Konstitusiyamız pozulub". Onların heç vaxt danışmadıqları yeganə şey milyardlarla dolların hara yoxa çıxmasıdır. Onlar axtarmaq istəmirlər", - Amerika lideri qeyd edib.

Göründüyü kimi, USAID-in fəaliyyəti ilə bağlı ABŞ-nin yeni administrasiyasında kifayət qədər tənqidi yanaşma var. Son bir aya nəzər yetirsək görərik ki, təşkilatın fəaliyyəti ilə bağlı Donald Tramp administrasiyası addımlar atır. Yeni hökumət USAID-i bir çox məsələlərdə ittiham edir. 

Qeyd edək ki, fevral ayına qədər USAID-in 4765 işçisinin təxminən 90 faizi inzibati məzuniyyətə göndərilib, Ronald Reyqan binasındakı mənzil-qərargahı isə bağlanıb.

"Amerikanın səsi" və "Azadlıq" radiolarının isə əsl üzünü Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra çox yaxşı gördü. Hər iki KİV sanki ölkəmizə qarşı səlib yürüşünə çıxmışdı. Xankəndidə Azərbaycan bayrağı dalğalandıqdan sonra ölkəmizə qarşı antiazərbaycançı şəbəkənin təxribatları daha da artdı. Öz gücünə suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycana qarşı çirkin vasitələrlə təsir göstərmək istəyən korrupsiyalaşmış bəzi beynəlxalq təşkilatlar iyrənc əməllərinə bu media resurslarını da qoşdular. Bütün dövrlərdə erməni lobbisinin maraqlarına xidmət edən "Azadlıq radiosu"  feyk informasiyaları paylaşmaqla Azərbaycanın qazandığı qələbəni, nüfuzunu həm beynəlxalq ictimaiyyətdə, həm də müxtəlif ölkələrin cəmiyyətlərində ləkələməyə çalışdı. 

Ümumiyyətlə, müəyyən xarici qüvvələrin Azərbaycanın inkişafına qısqanclıqla yanaşması yeni məsələ deyil. Bu dairələr, daha dəqiq desək, xaricdəki antiazərbaycançı şəbəkə hər zaman ölkəmizin imicinə zərbə vurmağa çalışıb. Onların ağ yalanlarını, iftira dolu ittihamlarını çox eşitmişik. Amma özləri də yaxşı bilirlər ki, bütün cəhdləri bumeranq effekti verib.   

Azərbaycanda baş verən hər hansısa müsbət hadisəyə, keçirilən mühüm tədbirin əhəmiyyətinə, hətta ölkəmizin qazandığı istənilən uğura belə kölgə salmağa çalışan "Azadlıq" və "Amerikanın səsi" heç zaman ölkəmizə qarşı qarayaxmalarından əl çəkməyiblər. Əslində, Azərbaycanın haqq səsini "təcavüz" sayan, Şuşada, Xankəndidə  bayrağımızın dalğalanmasına etiraz edən bu "media orqanları"ndan ölkəmizlə bağlı normal xəbər gözləmək də sadəlövhlük olardı. 

Xatırladaq ki, "Azad Avropa/Azadlıq Radiosu" Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib. Bu barədə korporasiyanın prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb.

ABŞ Prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik "Azadlıq radiosu" media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına nəzarət edir.

Agentliyin məktubunda "Azadlıq radiosu"nu maliyyələşdirən ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasından bəhs edilib. 

Hələ fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini "Azadlıq radiosu" media korporasiyası və "Amerikanın səsi" radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.

1970-ci illərin əvvəllərinə qədər "Azadlıq radiosu" Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsi hesabına maliyyələşib, çünki Konqresə özəl təşkilatları maliyyələşdirməsi qanunla qadağan edilib. Bu radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxandan sonra qadağa götürülüb və maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa başlayıb.

"Soyuq müharibə" dövründə ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan "Azadlıq Radiosu" və "Amerikanın səsi" uzun illər təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib.

Beləliklə, həm USAID, həm də adıçəkilən "Azadlıq Radiosu" və "Amerikanın səsi" layiq olduqları cəzanı çəkirlər. Nəticə etibarilə USAID-in Azərbaycandakı fəaliyyətinin dayandırılması ilə bağlı qərar bilavasitə milli maraqların və təhlükəsizliyin təmin olunması, xarici qüvvələrin dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması üçün labüd addım idi. Donald Tramp administrasiyasının bu qurumlara layiq olduqları yeri göstərməsi də Azərbaycanın qəbul etdiyi qərarda haqlı olduğunu bir daha sübuta yetirmiş oldu.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!