31 Dekabr 2025 01:53
1154
Nazirlər Kabineti
A- A+
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 2 iyun tarixli 402 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 2 iyun tarixli 402 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında


№ 417


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 2 iyun tarixli 402 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1165 (Cild I); 2025, № 9, maddə 856; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 373 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nın 3.4-cü bəndində, 5-ci hissəsinin səkkizinci abzasında, 8-ci hissəsində və 14-cü hissəsinin üçüncü və dördüncü cümlələrində ismin müvafiq hallarında “fitosanitar sertifikat” sözləri ismin müvafiq hallarında “fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı” sözləri ilə əvəz edilsin.

2. “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 54 (Cild I); 2024, № 1, maddə 82, № 5 (II kitab), maddə 612) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissədə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”nın adında, 1-3-cü, 9-cu, 15-ci, 21-ci, 22-ci, 24-cü, 25-ci (hər iki halda) və 27-ci hissələrində ismin müvafiq hallarında “qeydiyyat” sözü ismin müvafiq hallarında “dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin.

3. “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 58 (Cild I); 2024, № 5 (II kitab), maddə 612; 2025, № 2, maddə 187) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası”nın 5.7-ci bəndində “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması Qaydası”nın 6-cı hissəsində “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1198 (Cild I); 2024, № 4, maddə 437, № 6 (II kitab), maddə 736, № 9, maddə 1106; 2025, № 9, maddələr 868, 879) ilə təsdiq edilmiş 6 nömrəli əlavə - “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri”nin 12-ci hissəsində “fitosanitar sertifikatı” sözləri “fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440 (Cild I); 2024, № 1, maddə 85, № 4, maddə 444, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1.28-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.28. daxili karantin sertifikatı - ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə fiziki və hüquqi şəxslərə Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada verilən rəsmi sənəd;”;

5.2. 11.2.1-ci yarımbənddə “qeydiyyat şəhadətnaməsinin” sözləri və 11.7-ci bənddə “dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamənin” sözləri “dövlət qeydiyyatı haqqında şəhadətnamənin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 7, maddə 911, № 9, maddə 1106, № 12 (II kitab), maddə 1460) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2.6.8-ci yarımbəndində “fitosanitar sertifikat” sözləri “idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1575 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.9-cu bənddə “və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş fitosanitar sertifikatının surətlərini” sözləri “surətini” sözü ilə əvəz edilsin;

7.2. 2.11.2-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.11.3-cü yarımbənd ləğv edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 467 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1929 (Cild I); 2025, № 7, maddə 701) ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”nın 2.1-ci bəndinə “gətirilməsi” sözündən sonra “fitosanitar sertifikatları” sözləri, “fitosanitar” sözündən sonra “(təkrar ixrac fitosanitar)” sözləri əlavə edilsin.


 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 30 ” “ dekabr ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!