02 Avqust 2024 15:20
391
CƏMİYYƏT
A- A+
Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib 

Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib 

 

Zəngin tarixi keçmişə, əsrarəngiz təbiətə malik Laçın rayonunda “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılışında Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixindən və diasporumuzun Ana Vətənlə əlaqələrinin möhkəm olmasından bəhs edən videoçarx nümayiş olunub.

Düşərgənin açılış mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış ediblər.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçındakı inkişafla bağlı ümumi məlumat verib, Diaspor Gənclərinin V Yay Düşərgəsinin Laçında keçirilməsini yüksək qiymətləndirib. 60 ölkədən gələn gənclər üçün belə təntənəli bir tədbirin Laçında keçirilməsinin böyük fəxr olduğunu söyləyib.

İştirakçıları salamlayan komitə sədri belə möhtəşəm tədbirin məhz Azərbaycanın gözəl guşələrindən biri Laçında keçirilməsinin önəmindən, torpaqlarımızın işğaldan azad olunmasında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaətindən, sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı məsələlərin həllində gənclərin rolunu xüsusi vurğulayıb. Düşərgənin əhəmiyyətindən danışan sədr komitənin həyata keçirdiyi layihələr haqqında məlumat verib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Buna uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələrin xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, intensivliyinə, onların ana dilini unutmamasına, tarix və mədəniyyətimizin təbliğinə xidmət etdiyini söyləyib. Azərbaycan dövlətinin gənclər siyasətinin harada yaşamasından asılı olmayaraq gənclərimizin inkişafına, vətəndaşlıq borcunu uğurla yerinə yetirməsinə hesablandığını qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva diaspor gənclərinin yay düşərgələrində çox savadlı və vətənpərvər gənclər iştirak etməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Heydər Əliyev Fondunun gənclərin inkişafına və istedadlarının üzə çıxarılmasına böyük töhfələr verdiyini vurğulayaraq, bu mənada düşərgənin də əhəmiyyətinin çox böyük olduğunu deyib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Diaspor Gənclərinin Yay Düşərgələrinin bir platforma olaraq gənclərin inkişafına çox müsbət təsir göstərdiyini bildirib.

Açılış mərasimi rəsmi hissədən sonra Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə xalça guşəsi yaradılıb. Guşədə bütün bölgələrin xalça nümunələri nümayiş olunub.

Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edəcək Diaspor Gənclərinin V Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan V Yay Düşərgəsində 60 ölkədən 115 gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!