12 Oktyabr 2024 09:47
483
SİYASƏT
A- A+
İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub

İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub

İsveç və Danimarkanın eyni adlı “Altinget” qəzetlərində Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və sədrlik edən ölkə kimi Azərbaycanın təklif etdiyi təşəbbüslərə həsr olunmuş məqalələri dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə diplomat qeyd edir ki, iqlim konfransının Bakıda keçirilməsi regionda ən son nailiyyətləri, o cümlədən Azərbaycanın COP29-a ev sahibliyi etmək istəyini dəstəkləyən Ermənistanla münasibətləri normallaşdırmaq səylərini göstərir.

Geosiyasətin iqlim fəaliyyətinə kölgə sala biləcəyi ilə bağlı narahatlıqlar fonunda Azərbaycan Paris Sazişinin məqsədlərinə nail olmaq üçün diqqəti konkret tədbirlərə yönəltməkdə qərarlıdır.

Z.Əhmədov vurğulayıb ki, Azərbaycan ev sahibi ölkə kimi bütün maraqlı tərəflərin, o cümlədən yerli xalqların, gənclərin və vətəndaş cəmiyyətinin səsini və ehtiyaclarını nəzərə alan inklüziv iqlim idarəçiliyinin təşviqinin tərəfdaşıdır. Köhnəlmiş 100 milyard dollarlıq hədəfi əvəz edəcək iqlim maliyyəsi üçün Yeni kollektiv kəmiyyət məqsədinin müəyyən edilməsi isə əsas prioritetdir.

Bu məqsəd inkişaf etməkdə olan ölkələrə dəstəyi gücləndirməyə kömək olacaq və iqlim böhranı şəraitində ən mühüm ehtiyacların ödənilməsi üçün resursların səfərbər edilməsini təmin edəcək. Bundan əlavə, Azərbaycan ən həssas icmaların ehtiyaclarını daha yaxşı ödəmək məqsədilə itkiləri və zərərləri kompensasiya etmək üçün fond tətbiqinin vacibliyini vurğulayacaq.

Diplomat həmçinin sədr ölkə kimi Azərbaycanın konfransın keçirilməsi zamanı atəşkəs, “İqlim Üçlüyü”nün yaradılması və iqlim maliyyələşdirilməsi üzrə İqlim Fəaliyyət Fondunun təsis edilməsi kimi təşəbbüslərindən yazır.

“Müasir Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına və qazıntı yanacaqdan asılılığı azaltmaq üçün enerji səmərəliliyinə üstünlük verərək, əhəmiyyətli yaşıl keçid dövrü yaşayır. Bu strategiyanın mühüm hissəsi Qara dənizin dibi ilə kabel vasitəsilə Avropaya yaşıl elektrik enerjisinin ixracı planıdır ki, bu da Avropanın təmiz enerjiyə artan tələbatını ödəməyə kömək edəcək”, - deyə Z.Əhmədov yekun olaraq yazıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!