24 Aprel 2025 16:13
662
İDMAN
A- A+
İstanbulda UEFA nümayəndəliyi açılıb

İstanbulda UEFA nümayəndəliyi açılıb

İstanbulda Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nümayəndəliyi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndəliyin ölkə futbolu üçün xeyirli olmasını diləyib.

Türkiyə Futbol Federasiyasının 1962-ci ildən etibarən UEFA-nın tamhüquqlu üzvü olduğunu qeyd edən ölkə başçısı bildirib ki, 63 ildir Avropa futbol qurumu ilə sıx əməkdaşlıq edirlər.

“Türkiyə son 20 ildə - 2005 və 2023-cü illərdə Çempionlar Liqasının finallarına, 2009-cu ildə UEFA Kubokunun finalına, 2013-cü ildə FIFA U-20 dünya çempionatına, 2019-cu ildə isə UEFA Superkuboku oyununa uğurla ev sahibliyi edib. Türkiyə klubları da hər il UEFA yarışlarında yer alır. Türkiyənin əsas milli komandası tarixində ilk dəfə 2025-ci ildə Millətlər Liqasının A Liqasinda iştirak etmək hüququ qazanıb. Ölkə 2026-cı il UEFA Avropa Liqası və 2027-ci il UEFA Konfrans Liqasının həlledici qarşılaşmalarını qəbul edəcək. Türkiyə 2032-ci ildə keçiriləcək Avropa çempionatını isə İtaliya ilə birlikdə təşkil edəcək”, - Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Son 23 il ərzində ölkəsinin idman infrastrukturu üzrə aparılan islahatları xatırladan Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Olimpiadalar da daxil olmaqla, bütün beynəlxalq idman tədbirlərini həyata keçirmək potensialına sahibdir: “Türkiyə idman investisiyalarında da fərqli bir səviyyəyə çatıb. Sahə üzrə idman obyektlərinin sayı 1575-dən 4470-ə yüksəlib. Futbol meydançalarının sayı da artırılaraq 595-dən 1365-ə çatdırılıb”.

İstanbulda da önəmli layihələrə imza atıldığını deyən Prezident Ərdoğan qeyd edib ki, nümayəndəliyin açılması ilə Türkiyə futbolunun inkişafı üçün UEFA ilə daha sıx əməkdaşlıq qurulacaq, birgə layihələr həyata keçiriləcək.

Sonra nümayəndəliyin rəsmi açılışı olub.

Mərasimdə UEFA rəhbəri Aleksander Çeferin və bir sıra federasiya nümayəndələri iştirak ediblər. Ölkəmizi isə tədbirdə AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edib.

Qeyd edək ki, İstanbul ofisi UEFA-nın London və Brüsseldən sonra üçüncü xarici nümayəndəliyidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!