15 Noyabr 2025 08:15
1028
SİYASƏT
A- A+
İlk səfər, ilk təməl

İlk səfər, ilk təməl


Beş il əvvəl Prezident İlham Əliyev tərəfindən bünövrəsi qoyulan Zəfər yolu Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin məhək daşı oldu 


Düz beş il əvvəlin payızında Qarabağın səmalarında məğrur Azərbaycan qartallarının süzməyini seyr etdik. Tarixi Xudafərin körpüsünə qəhrəman oğullarımızın yol almalarının, qalibiyyət qalamız Şuşada bayrağımızı qürurla dalğalandırmalarının tamaşasına durduq.  Sanki 2020-ci ilin payızından elimizə bahar nəfəsi yayıldı, yaz ətri çiləndi. 30 illik Qarabağ həsrətimizə son qoyuldu. İllərdir ki, röyalarımızın bəzəyi, ümidlərimizin zirvəsi olan bu arzuları Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmənin başına endirdiyi "dəmir yumruq" zərbəsi ilə çin etdi. 

16 noyabr 2020-ci ildə qalib lider İlham Əliyevin işğaldan azad edilən torpaqlarımıza, Cəbrayıla, Füzuliyə qalibiyyət səfəri etməsi isə bir daha dünyaya "Qarabağ Azərbaycandır!" haqq nidasını çatdırdı. 

Qələbə günündən 8 gün, Ermənistanın kapitulyasiya, məğlubiyyət aktını imzalamasından 6 gün keçəndən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli-Şuşa avtomobil yolunun təməlini qoyması Qarabağ və Şərqi Zəngəzurun dirçəldiləcəyinin, onilliklərdir vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərimizin bu Zəfər yolu ilə tezliklə yurdlarına dönəcəklərinin müjdəsini verdi.


Bu yurdlarda əbədi yaşayacağıq!


16 noyabr 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular, min illərin şahidi Xudafərin körpüsünə baş çəkdilər.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu torpaqlarda yolboyu vandal düşmənin yurdumuza qarşı törətdiyi vəhşiliklərə ürək ağrısı və təəssüf hissi ilə baxdılar. Törədilən vandallıqları görən və qəzəb hissini boğa bilməyən dövlətimizin başçısı elə sükan arxasından söylədi ki, bütün dünya bunu görüb bilsin ki, necə bir düşmənlə üz-üzəyik: "Baxın, baxın Cəbrayıl şəhərini nə günə salıb mənfur düşmən. Bütün dünya bunu görsün, görsün və bilsin, hansı yaramaz düşmənlə biz üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, heç vaxt bundan sonra burada azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını". 

Prezident İlham Əliyev həmin vaxt Cəbrayıldan bu vəhşilikləri törədənlərin tezliklə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini bəyan etdi.

Hər kəs xatırlayır, Azərbaycan Kəlbəcər, Laçın və Ağdamı boşaltması üçün düşmənə vaxt vermişdi. Ancaq ermənilər ərazilərimizi tərk edən zaman öz çirkin xislətlərini yenidən göstərirdilər. Kəlbəcərdə meşələri yandırır, ağacları kəsib Ermənistana daşıyır, evlərə od vurur, alban məbədlərini talan edirdilər. 

 16 noyabr 2020-ci ildə Qarabağ və Şərqi Zəngəzura səfər edən Müzəffər Ali Baş Komandan Kəlbəcərdə ermənilərin törətdikləri yanğınların cavabının veriləcəyini dedi: "Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik".


İşğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihə


Sözügedən tarixdə Mehriban xanım Əliyeva ilə birgə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrasının gedişi ilə tanış olduqları zaman Prezident İlham Əliyev söylədi ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür: "Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır… 

…Eyni zamanda bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir".

Şuşa Zəfərindən cəmi bir həftə sonra qalib lider İlham Əliyev "doğma torpaq səsləyir bizi", deyərək düşmən caynağından qurtardığı yaralı yurdlarımıza üz tutdu. Qarabağın xilaskarı xalqımızın ürəyində bu yerlərin tezliklə dirçəldiləcəyinin, Qarabağ və Şərqi Zəngəzura həyatın qaytarılacağının böyük inamını yaratdı.

Həmin gün Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldıran dövlətimizin lideri dedi ki, biz bütün bu yerləri bərpa edəcəyik: "Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var". 

"Allahın köməyi ilə hamısını icra edəcəyik: "Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" - deyə, ölkəmizin  rəhbəri böyük inamla söylədi.

Təməlinin qoyulmasının üzərindən cəmi bir il keçdikdən sonra - 7 noyabr 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərləri çərçivəsində Füzuli rayonunda Zəfər yolunun açılışını etdilər. 

Azadlığından sonra Qarabağ və Şərqi Zəngəzurda ilk icra olunan nəhəng layihə kimi tariximizə düşən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Zəfər yolu adlandırılan avtomobil yolu xalqımız, ölkəmiz üçün düşərli oldu. Qəhrəman Azərbaycan oğullarının misilsiz şücaət göstərərək azad etdikləri Şuşaya açdıqları Zəfər cığırı ilə salınan bu yolun ardınca Qarabağ və Şərqi Zəngəzurda elə bir quruculuq təntənəsi yaşandı ki, tam mübaliğəsiz deyirik ki, dünyada bunun analoqu yoxdur.  


Biz qayıtmışıq…

 

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfərdən dərhal sonra işğaldan azad edilən ərazilərimizin bərpa və quruculuğuna başlayıb. Qarabağı və Şərqi Zəngəzuru öz iqtisadi imkanları hesabına yenidən quran dövlətimiz bu ərazilərdə meqalayihələr gerçəkləşdirir. Böyük qayıdış proqramının icrası üçün "ağıllı şəhər"lər, "ağıllı kənd"lər salınır. Modern infrastrukturun qurulduğu, yolların, körpülərin, tunellərin tikildiyi bu ərazilərdə artıq üç beynəlxalq hava limanı tikilərək istifadəyə verilib: Zəngilanda, Füzulidə və Laçında. 

16 noyabr 2020-ci ildən etibarən Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura saysız-hesabsız  səfərlər edib. Azad edilən tarixi yurdlarımızda həyata keçirilən bərpa-quruculuq işlərinə elə ölkəmizin rəhbəri İlham Əliyevin bu ərazilərə mütəmadi səfərləri zamanı daha yaxından şahidlik edirik. 

Qarabağın qurucu memarı İlham Əliyevin şəxsi nəzarəti altında görülən kompleks işlərin nəticəsidir ki, on minlərlə keçmiş məcburi köçkün artıq öz dədə-baba yurduna qayıdıb.   

Paralel olaraq işğaldan azad edilən yurdlarımızda tarixi abidələr də bərpa olunaraq öz əvvəlki görkəmlərinə qaytarılır. 

16 noyabr 2020-ci ildə Prezident İlham Əliyevlə birgə işğaldan azad edilən torpaqlara səfər edən, düşmənin törətdiyi vandallıqları gözləri ilə görən Birinci vitse-prezident Mehriban Əliyeva həmin il dekabrın 8-də rəsmi "İnstaqram" səhifəsindəki paylaşımında xalqımıza belə bir xoş müjdə çatdırdı: "Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır".

Heydər Əliyev Fondunun Prezidenti paylaşımında vurğulayırdı ki, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik: "Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar".

Beləliklə, işğaldan azad edilən ərazilərimizdə tarixi, dini, mədəni abidələrimiz Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə bərpa olunmağa başlandı. 

Bəli, indi 30 il ərzində viranəyə çevrilən yurdlarımızın hər birində quruculuq dastanı yaşanır. Qarabağ və Şərqi Zəngəzuru dardan qurtararaq işıqlığa çıxaran əzəli sahibləri indi onu abadlaşdırır, yenidən cənnətməkana çevirir. 

16 noyabr 2020-ci ildə işğaldan azad edilən torpaqlara ilk səfərini edən və orada  Zəfər yolunun timsalında quruculuğun ilk möhkəm təməl daşını atan qalib lider İlham Əliyevin həmin tarixdə anonsunu verdiyi kimi:

"Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq… 

…Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq…"  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir

15:01
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!