26 İyun 2026 03:35
522
Qanunlar
A- A+
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu



Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7, № 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527, № 12 (I kitab), maddə 1124; 2026, № 1, maddə 12;Azərbaycan Respublikasının  2026-cı il 3 mart tarixli 376-VIIQD və 17 mart tarixli 381-VIIQD nömrəli qanunları) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

"11-1. Hərbi qulluqçuların hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilməsi "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.".

Maddə 2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4, № 4 (I kitab), maddələr 305, 311, № 6, maddələr 525, 527, № 12 (I kitab), maddə 1124; 2026, № 1, maddə 12; Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 381-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.16-cı maddə əlavə edilsin: 

"2.0.16. şəxsi jeton - həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır.";

2.2. aşağıdakı məzmunda 9.4-cü və 35-1-ci maddələr əlavə edilsin:

"9.4. Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.";

"Maddə 35-1. Hərbi qulluqçuların şəxsi jetonu

Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 26 may 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Metrik Konvensiya"ya qoşulmaq haqqında

01:01
08 İyul

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında

01:00
08 İyul

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
08 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:58
08 İyul

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında

00:57
08 İyul

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 428-VIIQ nömrəli Qanununun tətbiqi barədə 

00:56
08 İyul

“GORAN PAMBIQ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ SƏHMDARLARININ NƏZƏRİNƏ

00:55
08 İyul

DÇ-2026: Argentina Misiri son dəqiqələrdə vurulan qolla mübarizədən kənarlaşdırıb

22:30
07 İyul

Haaqada Azərbaycan və Niderland parlamentləri arasında geniş fikir mübadiləsi aparılıb

22:26
07 İyul

Kraudfandinq fəaliyyətinin hüquqi əsasları yaradılır

21:28
07 İyul

Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb

20:37
07 İyul

Azərbaycan-Rusiya təhsil əməkdaşlığı çərçivəsində 15 magistr məzun diplom alıb

20:34
07 İyul

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

20:06
07 İyul

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

20:03
07 İyul

Azərbaycan və Zimbabve siyasi dialoq və parlamentlərarası əməkdaşlığı genişləndirmək niyyətindədir

19:47
07 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:43
07 İyul

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

19:35
07 İyul

Milli Məclisin komitəsində sığorta, innovasiya və rəqəmsal iqtisadiyyatla bağlı dəyişikliklərə baxılıb

19:10
07 İyul

İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 

19:05
07 İyul

Avropadakı qaz anbarlarının doluluq nisbəti ötənilki göstəricidən 8,3 faiz azdır

19:00
07 İyul

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib

18:55
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!