28 Iyun 2024 20:35
235
SİYASƏT
A- A+

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq  

 

Gürcüstan 2030-cu ilə qədər enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırır. Bunun üçün yeni elektrik stansiyalarının tikintisi həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdəki çıxışı zamanı məlumat verib.

Bununla əlaqədar hökumətin qarşısında strateji vəzifə olduğunu diqqətə çatdıran Baş nazir deyib: “2030-cu ilə qədər enerji sahəsində milli istehsal istehlakdan çox olmalıdır və bu məqsədə çatmaq üçün hər şey edilir”.

Kobaxidzenin sözlərinə görə, ölkə ərazisində yeni elektrik stansiyalarının tikintisi ilə bağlı 284 müqavilə imzalanıb. Onlardan 214-ü su elektrik stansiyası, 26-sı külək, 44-ü isə Günəş elektrik stansiyası olacaq.

O, həmçinin diqqətə çatdırıb ki, yeni elektrik verilişi xətlərinin tikintisi də fəal şəkildə davam etdirilir.

“Biz Qara dənizin sualtı elektrik ötürücü kabeli layihəsi üzərində fəal işləyirik, onun texniki-iqtisadi əsaslandırması iyulda tamamlanacaq”, - deyə Kobaxidze vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video