Fransızların 70 faizi Makronun fəaliyyətindən narazıdır
Ölkənin problemləri onun prezidentliyi üçün ciddi təhlükə yaradır
Avropa Parlamenti seçkilərinə iki həftə qalmış "bir neçə cəbhədə" yaranan problemlər Fransa prezidenti Emmanuel Makron üçün ciddi təhlükə yaradır. Seçkilərdə onun "Dirçəliş" partiyasının ifrat sağçı siyasətçi Marin Le Penin "Milli Birlik" fraksiyasına uduzacağı proqnozlaşdırılır. Bu barədə "Bloomberg" telekanalı məlumat yayıb.
Bildirilir ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar, bir məhbusun qaçması və iki həbsxana zabitini öldürməsi, Parisdə məşhur "Harry Winston" zərgərlik mağazasının qarət edilməsi və digər kriminal hadisələr son vaxtlar Fransa seçicilərinin prioritetlərinin yenidən konfiqurasiyasına təsirsiz ötüşməyib.
"Le Figaro" qəzetinin son sorğusuna görə, bu hadisələrdən sonra fransızlar üçün təhlükəsizliyin vacibliyi kəskin artıb. Eyni zamanda əhalinin 70 faizi prezident Makron və onun komandasının ölkədə təhlükəsizliyin təmin olunmasında zəif iş gördüyü qənaətindədir.
Fransada yaranmış böhranla əlaqədar "Milli Birliy"in prezidenti Jordan Bardella deyir: "İndi biz dövlət tərəfindən təmin edilməyən ictimai asayişin böyük dəyərə malik olduğunu və genişmiqyaslı, habelə idarəolunmaz zorakılığın Fransa cəmiyyətini ələ keçirə biləcəyini artıq bilirik".
"Ipsos-Fiducial" təşkilatının sorğusu göstərib ki, ifrat sağçı "Milli Birlik" partiyası Avropa Parlamenti seçkilərində Makronun "Dirçəliş" partiyasının nəticəsini iki dəfə (32 faiz 16 faizə) üstələyəcək. Eyni zamanda Marin Le Pen prezidentin partiyasının Avropa Parlamentində uduzacağı təqdirdə Makronu Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası - red.) buraxmağa və yenidən seçkilər təyin etməyə çağırıb. Bundan əvvəl isə ölkə mətbuatında fransızların Makrona inamının itirilməsi barədə məlumatlar yayılıb. Məlumatlarda qeyd edilir ki, Fransa öz liderinə inamını sürətlə itirdiyindən, prezidentin mərkəzçi alyansının iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə məğlubiyyəti qaçılmazdır.
Aptıq hamıya bəllidir ki, Makronun xalqın dəstəyini itirməsi Fransadakı dərin sosial, siyasi və regional parçalanmaları əks etdirir.
Öz növbəsində, fransalı politoloq və filosof Emmanuel Lerua "İzvestiya" qəzetinə müsahibəsində deyib ki, Fransa prezidenti Makron beynəlxalq danışıqlarda, xüsusən də Ukrayna ilə bağlı danışıqlarda fəallıq nümayiş etdirir, çünki çox zəif reytinqlərə görə "xal qazanmaq" məcburiyyətindədir. Politoloq həmçinin vurğulayıb ki, iyunda Fransada Avropa Parlamentinə seçkilər keçiriləcək və Marin Le Penin "Milli Birlik" partiyası "Dirçəliş" partiyasını nəzərəçarpacaq dərəcədə qabaqlayır.
Xatırladaq ki, bir müddət əvvəl "Le Figaro" qəzetinin yazdığına əsasən, Fransa sakinlərinin təxminən 70 faizi Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı mövqeyini bəyənmir.
"Odoxa-Backbone Consulting" tədqiqat institutunun keçirdiyi sorğunun nəticələrinə görə isə, fransızların 68 faizi dövlət başçısının belə mövqe nümayiş etdirməsinin yanlış olduğunu düşünür.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
N.S.Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında
26 Iyun
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında...
26 Iyun
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haq...
26 Iyun
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq ed...
26 Iyun
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsd...
26 Iyun
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Res...
26 Iyun
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsd...
26 Iyun
“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
26 Iyun
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında...
26 Iyun
“Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında...
26 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplant...19 Iyun 2024
![](/uploads/img/posts/2024/06/19/17187769371325838156_1200x630jpg-1718778398.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
Qurtuluşun Zəfər təntənəsi14 Iyun 2024
![](/uploads/img/posts/2024/06/14/PHOTO-2024-05-07-10-25-03jpg-1718316714.jpg)
Qurtuluşdan başlayan yeni neft strategiyası13 Iyun 2024
![](/uploads/img/posts/2024/06/13/1jpg-1718222449.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!