18 Avqust 2026 08:40
444
SİYASƏT
A- A+
Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir

Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir


Ermənistanın Azərbaycan torpaqlarında illər boyu yürütdüyü işğalçılıq siyasətinin ölümcül fəsadlarından biri olan mina terroru bu gün də mülki şəxslərin həyatını təhlükə altında qoymağa davam edir. 2020-ci il Vətən müharibəsinin başa çatmasından keçən dövr ərzində minaya düşərək həyatını itirən və ağır yaralanan insanların sayı 436 nəfərə çatıb. Azad edilmiş ərazilərin təxminən 13 faizinin mina və partlamamış hərbi sursatlarla çirkləndiyi ehtimal olunur. Bu dəhşətli faktlar təkcə keçmiş münaqişənin qalığı deyil, həm də birbaşa insan hüquqlarına, dinc əhaliyə və bölgədəki postmünaqişə dövrünün sabitliyinə yönəlmiş davamlı təhdiddir. 

Son günlərdə baş verən hadisələr də mina təhlükəsinin nə qədər ciddi olduğunu bir daha göstərdi. Avqustun 12-də Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində təmizlənməmiş zonada hərəkət edən buldozerin minaya düşməsi nəticəsində mülki şəxslər xəsarət aldılar. Cəmi bir gün sonra, avqustun 13-də Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində oxşar faciə yaşandı. Tərtər rayon sakini, 1953-cü il təvəllüdlü Kamran Süleymanov təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət aldı. 2026-cı ilin birinci yarımilində mina və sursat partlayışları səbəbindən 2 nəfər həyatını itirib, 14 nəfər xəsarət alıb. 

Xarici İşlər Nazirliyi ard-arda baş verən faciəvi hadisələrlə bağlı bəyanat yayaraq bildirib ki, bu xəbərlər münaqişənin ölümcül irsinin insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini acı şəkildə xatırladır. Ermənistanın işğal dövründə, eləcə də təmas xəttindən geri çəkilərkən heç bir hərbi zərurət olmadan yaşayış məntəqələrinə, otlaq sahələrinə, su mənbələrinə və nəqliyyat dəhlizlərinə kütləvi şəkildə minalar basdırması onun dinc əhalini hədəf alan niyyətini aydın göstərir. 

Mina problemi Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işlərini ləngidən, kənd təsərrüfatının dirçəldilməsini, logistik bağlantıları, yeni yaşayış məntəqələrinin salınmasını və ümumilikdə Böyük qayıdış prosesini yavaşladan ən böyük maneəyə çevrilib. Minalanmış sahələr strateji infrastruktur layihələrinin, avtomobil və dəmir yollarının, elektrik və su xətlərinin çəkilişini çətinləşdirir, risk altına alır. Nəticədə bu torpaqların təhlükəsiz hala gətirilməsi zaman, insan resursu və maliyyə tələb edir. 

Azərbaycan minatəmizləmə kimi mürəkkəb prosesi əsasən özünün daxili maliyyə və texniki resursları hesabına həyata keçirir. ANAMA və digər aidiyyəti dövlət qurumlarının səyi ilə aparılan bu genişmiqyaslı işlər öz miqyasına görə dünyada ən iri humanitar minatəmizləmə modellərindən biri kimi dəyərləndirilir. Eyni zamanda ölkəmiz bu prosesi sürətləndirmək və müasir texnologiyaları tətbiq etmək məqsədilə lazımi işlər görür. İnsan itkilərinin qarşısını almaq üçün əhali, xüsusən uşaqlar və azad edilmiş torpaqlara səfər edənlər arasında davamlı maarifləndirmə və hüquqi bilgiləndirmə işləri də aparılır. 

Bütün səylərə baxmayaraq, beynəlxalq birliyin və insan hüquqları təşkilatlarının bu məsələyə münasibətləri ciddi təəssüf doğurur. Mülki insanların həyatına son qoyan mina terroruna qarşı İrəvanın açıq şəkildə qınanmaması, heç bir təzyiqə məruz qalmaması beynəlxalq müstəvidə ikili standartların hələ də davam etdiyini göstərir. Ermənistanın indiyədək təqdim etdiyi azsaylı mina xəritələrinin etibarsızlığı və potensial ölüm tələsi olması faktı da beynəlxalq təsisatların diqqətindən kənarda qalıb. Halbuki BMT, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təsisatlar yalnız bəyanatlarla kifayətlənməməli, Ermənistanın mina terrorunu açıq şəkildə pisləməli, eləcə də minatəmizləmə işlərinə real texniki, maliyyə və institusional dəstək göstərməlidirlər. Humanitar hüququn prinsipləri siyasi maraqlara və ya coğrafi məsafələrə görə dəyişməməlidir. Çünki minaların dinc insanların həyatına son qoyması bütövlükdə qlobal təhlükəsizlik üçün ciddi çağırışdır. 

Azərbaycan bütün çətinliklərə rəğmən, öz torpaqlarını minalardan təmizləmək, vətəndaşlarının doğma yurdlarına təhlükəsiz qayıdışını təmin etmək və regionda dayanıqlı, hüquqa əsaslanan sülh mühitini bərqərar etmək əzmindədir. Bununla belə, Ermənistanın torpaqlarımıza basdırdığı minalar təkcə Azərbaycanın daxili problemi deyil, insanlığa və beynəlxalq humanitar hüquqa qarşı törədilmiş böyük cinayətdir. Ona görə də beynəlxalq ictimaiyyət bu faciələrə qarşı nümayiş etdirdiyi susqunluğa son qoymalı, insan həyatını hər şeydən üstün tutan prinsipial mövqe sərgiləməlidir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq

16:46
04 Sentyabr

Doqquz gün sonra gələn möcüzə

16:43
04 Sentyabr

Naxçıvanın sənaye xəritəsi yenidən cızılır

16:40
04 Sentyabr

Bakı metrosunda sərnişin sıxlığı: avqustun lideri “Koroğlu” oldu

16:34
04 Sentyabr

Birol Akgün: “Bakı bu il Türk dünyasının və türkologiyanın nəbzinin döyündüyü mühüm mərkəzlərdən birinə çevrilib “

15:47
04 Sentyabr

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb

15:45
04 Sentyabr

Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq

15:43
04 Sentyabr

Medianın yeni dövrü: süni intellektlə ayaqlaşan jurnalistika

15:41
04 Sentyabr

Seneqallı nazir: "İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq"

14:48
04 Sentyabr

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib

14:46
04 Sentyabr

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

14:38
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!