28 Yanvar 2025 22:30
317
CƏMİYYƏT
A- A+
ƏƏSMN: Pensiyalarda iki istiqamətdə artım olacaq, gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək

ƏƏSMN: Pensiyalarda iki istiqamətdə artım olacaq, gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək


“Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək. Həmin artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixinə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.

İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötənilki fəaliyyətinin nəticələri diqqətə çatdırılıb. Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində görülən işlərə dair təqdimat edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötənilki fəaliyyətinin nəticələri qeyd olunub. 2024-cü ildə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən edilən 61 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi, gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyi bildirilib.

Əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, “Əmək və Məşğulluq” altsisteminin funksionallığının artırılması, işəgötürənlərin əmək qanunvericiliyi barədə maarifləndirilməsi və s. sahələrdə atılan addımlar diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son bir ildəki fəaliyyətinə dair məlumat verilib. DSMF-nin gəlirlərinin 2024-cü ildə əvvəlki illə müqayisədə 345 mln. manat (5 faiz) çox olmaqla 7 mlrd. 20 mln. manat, Fondun xərclərinin isə əvvəlki ilə nisbətən 808 mln. manat (13 faiz) çox olmaqla 6 mlrd. 889 mln. manat təşkil etdiyi bildirilib. Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ötən il əvvəlki ilə nisbətən 844 mln. manat (10,6 faiz) çox olmaqla 8 mlrd. 846 mln. manat ödənildiyi qeyd olunub.

Nazirliyin digər fəaliyyət sahələrində ötən il görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Teleqrama yeni funksiyalar əlavə edilib

18:37
13 Fevral

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib

18:35
13 Fevral

Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib  

18:35
13 Fevral

ADA məktəbliləri üçün Ədliyyə Nazirliyində infotur təşkil edilib  

18:33
13 Fevral

Münxendə avtomobili insanların üzərinə sürən şəxsin əfqan miqrant olduğu müəyyən edilib  

18:32
13 Fevral

“Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib YENİLƏNİB  

18:31
13 Fevral

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranma gününü qeyd edib

18:28
13 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:27
13 Fevral

Yerin daxili nüvəsinin forması dəyişilir

18:07
13 Fevral

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

17:57
13 Fevral

İƏT mədəniyyət nazirləri Kazan şəhərini 2026-cı il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər  

17:41
13 Fevral

Milli Məclisin sədri və Somali Prezidenti birgə işçi nahar ediblər

17:26
13 Fevral

İtaliya ilə Azərbaycan arasında işgüzar forumların təşkili nəzərdən keçirilib

16:41
13 Fevral

Süni zəka vasitəsilə hazırlanan rəsmlərin sərgisi keçiriləcək

16:33
13 Fevral

Dövlət istiqrazlarından əldə olunan vəsaitlə investorlara 1,9 milyard manat borc ödənişi edilib  

16:25
13 Fevral

Azərbaycan Milli QHT Forumu USAID-lə əlaqədar ABŞ Prezidentinə və DOGE rəhbərinə müraciət ünvanlayıb YENİLƏNİB  

16:24
13 Fevral

İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində görüşlər keçirir: əməkdaşlıq genişləndirilir  

15:51
13 Fevral

Laşa Darsaliya: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı nümunədir

15:49
13 Fevral

Türkiyə və Pakistanın liderləri iki ölkə arasında dostluğun sarsılmaz olduğunu bildiriblər

15:48
13 Fevral

Münxendə avtomobilin mitinq iştirakçılarının üzərinə hərəkət etməsi nəticəsində azı 20 nəfər xəsarət alıb YENİLƏNİB  

15:47
13 Fevral

Türkiyə ordusu son bir həftə ərzində Suriya və İraqda 56 terrorçunu məhv edib

15:46
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!