13 Mart 2026 08:15
532
CƏMİYYƏT
A- A+
Dünyanı narahat edən məsələlər Bakıda müzakirə olunur

Dünyanı narahat edən məsələlər Bakıda müzakirə olunur


Martın 12-dən paytaxtımız XIII Qlobal Bakı Forumuna evsahibliyi edir. Budəfəki forumun mövzusu "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması"dır. 

Qlobal Bakı Forumu beynəlxalq gündəlikdə olan əsas məsələlərin müzakirəsi üçün mükəmməl bir platformadır. Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyada mövcud olan qlobal problemlərin həlli yollarını araşdıran və bu mövzuda beynəlxalq ictimaiyyəti məlumatlandıran əhəmiyyətli təsisata çevrilib. Məhz buna görə də mərkəzin təşkil etdiyi tədbirlərə maraq hər il daha da artır. 

Forumun builki mövzusu da çox aktualdır. Çünki hazırda dünya mühüm və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Soyuq müharibədən sonra formalaşmış təkqütblü dünya sistemi tədricən zəifləyir və onun yerində yeni, çoxqütblü beynəlxalq nizam yaranmağa başlayır. Bu proses isə beynəlxalq münasibətlərdə müxtəlif gərginliklər və fikir ayrılıqları yaradır. Fərqli geosiyasi güclərin məsələlərə müxtəlif yanaşması qlobal idarəetmə mexanizmlərinin fəaliyyətini çətinləşdirir. Mübahisələrin sülh yolu ilə həlli üçün ortaq və təsirli platformaların az olması isə dünyada yeni qarşıdurma risklərini artırır. Dövlətlər arasında etimadın azalması həm siyasi dialoqa, həm də iqtisadi əməkdaşlığa mənfi təsir göstərir. Belə bir şəraitdə beynəlxalq dialoq və qarşılıqlı anlaşma xüsusilə vacib əhəmiyyət daşıyır. Məhz bu baxımdan Qlobal Bakı Forumu kimi beynəlxalq platformalar böyük rol oynayırlar. Belə tədbirlər rəsmi diplomatiyanın bəzən həll edə bilmədiyi məsələlərin daha açıq və çevik müzakirəsinə imkan yaradır. 

Dünən XIII Qlobal Bakı Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev forumun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsini təşkilatın artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir. Sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var". Bu fikirlər həm forumun əhəmiyyətini, həm də bu tədbirin beynəlxalq münasibətlər sistemində tutduğu yeri aydın şəkildə ifadə edir. 

Dövlətimizin başçısının açılış mərasimindəki nitqində təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Müasir dünyada təhlükəsizlik amili dövlətlərin siyasətində əsas prioritetlərdən biri hesab olunur. Azərbaycan da mürəkkəb geosiyasi bölgədə yerləşdiyi üçün bu məsələyə həmişə xüsusi həssaslıqla yanaşır. Bu baxımdan beynəlxalq forumların keçirilməsi və müxtəlif ölkələr arasında dialoqun təşviqi regionda sabitliyin qorunmasına müsbət təsir göstərir. "Təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq birnömrəli məsələ olub. Eyni zamanda forumun əsas məqsədlərindən biri də dini, mədəni və etnik zəmində yaranan qarşıdurmaların azaldılmasına töhfə verməkdir. Azərbaycan isə belə mühüm tədbirlərə evsahibliyi etməklə fərqli maraqlara malik tərəfləri dialoq masası ətrafında toplamağa çalışır. Bu isə ölkəmizin sülhün, əməkdaşlığın və sabitliyin möhkəmlənməsinə verdiyi real töhfənin göstəricisidir", - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb. 

Göründüyü kimi, forumun dini, mədəni və etnik zəmində yaranan qarşıdurmaların azaldılmasına xidmət etməsi mühüm əhəmiyyət daşıyır. Müxtəlif mədəniyyətlərin nümayəndələrinin eyni platformada fikir mübadiləsi aparması qarşılıqlı anlaşmanı gücləndirir və münaqişələrin sülh yolu ilə həlli üçün əlverişli şərait yaradır. Bu isə qloballaşan dünyada dialoq və tolerantlığın vacibliyini bir daha ön plana çıxarır.

Azərbaycan dünyada sabit və təhlükəsiz ölkələrdən biri kimi tanınır. Ölkəmizdə siyasi və ictimai sabitlik qorunur, iqtisadiyyat inkişaf edir və insanların sosial rifahı ildən-ilə yaxşılaşır. Azərbaycanın uğurlu xarici siyasəti ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərir. Bu gün Azərbaycan müxtəlif ölkələr və mədəniyyətlər arasında dialoq və əməkdaşlıq üçün vacib bir məkan kimi qəbul olunur. Forumun Bakıda keçirilməsi isə Azərbaycanın bu sahədəki rolunu və beynəlxalq səviyyədə artan əhəmiyyətini bir daha təsdiqləyir.

Xatırladaq ki, "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumunda dünyanın fərqli regionlarından nüfuzlu siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən sabiq dövlət və hökumət başçıları, alimlər və ekspertlər iştirak edirlər. Azərbaycanın belə forumlara evsahibliyi və iştirakçıların sayının ildən-ilə çoxalması ölkəmizə olan diqqətin və etimadın artdığını göstərir, həmçinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən dəstəyin ifadəsi kimi dəyərləndirilir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!