19 İyun 2026 02:16
865
Nazirlər Kabineti
A- A+
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə


№ 182


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 222 (Cild I); 2024, № 9, maddə 1090) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və birinci hissədə “aparılması” sözü “formalaşdırılması, aparılması və istifadəsi” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissədə “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcə təşkilatlarına” sözləri “Dövlət xidmətini göstərən dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə, digər büdcə təşkilatlarına, habelə qanuna əsasən inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslərə” sözləri ilə, “elektron imza” sözləri “təkmil sertifikatlı gücləndirilmiş elektron imza” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları” üzrə:

1.3.1. adında “aparılması” sözü “formalaşdırılması, aparılması və istifadəsi” sözləri ilə əvəz edilsin;

1.3.2. 1.2.1-1.2.4-cü və 1.2.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2.1. dövlət xidməti (bundan sonra – xidmət) – xidmət təminatçıları tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar göstərilən və müəyyən hüquqi nəticənin yaranmasına, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsinə səbəb olan hərəkətlərin məcmusu;

1.2.2. xidmət təminatçısı – dövlət xidmətini göstərən dövlət orqanı və yerli özünüidarəetmə orqanı, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs, dövlət adından yaradılan publik hüquqi şəxs, digər büdcə təşkilatı, habelə qanuna əsasən inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;

1.2.3. xidmət istifadəçiləri – dövlət xidmətindən istifadə üçün müraciət etmiş və ya xidmət göstərilən dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər, o cümlədən dövlət mülkiyyətində olan, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, digər büdcə təşkilatları və Azərbaycan Respublikasının qanunlarında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, habelə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları, beynəlxalq təşkilatların bölmələri, nümayəndəlikləri və orqanları;

1.2.4. Dövlət Xidmətlərinin Elektron Reyestri (bundan sonra – Elektron Reyestr) – dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemi;

1.2.7. dövlət xidmətinin reqlamenti – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət xidmətinin reqlamentinin nümunəvi forması”na uyğun olaraq xidmət təminatçısı tərəfindən təsdiq edilən, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı normativ hüquqi aktların tələblərini əks etdirən rəsmi sənəd.”;

1.3.3. 1.3.1-ci yarımbənddə “qurumların” sözü “xidmət təminatçılarının” sözləri ilə, “fiziki və hüquqi şəxslərə, qurumlara və s.” sözləri “xidmət istifadəçilərinə” sözləri ilə əvəz edilsin;

1.3.4. 1.3.10-cu yarımbənddə “vətəndaşların” sözü “xidmət istifadəçilərinin” sözləri ilə əvəz edilsin;

1.3.5. 1.3.11-ci yarımbənddə “qurumların” sözü “xidmət təminatçılarının” sözləri ilə əvəz edilsin;

1.3.6. 2.2.2-1-ci yarımbənddə və 4.1-ci bənddə “qurumlar” sözü “xidmət təminatçıları” sözləri ilə əvəz edilsin;

1.3.7. 2.2.3-cü yarımbənddə, 4.5-ci və 4.6-cı bəndlərdə “qurum” sözü “xidmət təminatçısı” sözləri ilə əvəz edilsin;

1.3.8. 2.3-cü bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“2.3. Bu Qaydaların 2.2.1–2.2.2-1-ci yarımbəndlərində nəzərdə tutulmuş bölmələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı”nda göstərilən məlumatlar əlavə edilir.”;

1.3.9. 2.3.4-cü, 2.3.5-ci, 2.5.1-ci, 2.5.2-ci və 2.5.3-cü yarımbəndlərdə və

3.3-cü bənddə “qurumun” sözü “xidmət təminatçısının” sözləri ilə əvəz edilsin;

1.3.10. 3.2.13-cü yarımbənddə “qurumlara” sözü “xidmət təminatçılarına” sözləri ilə əvəz edilsin;

1.3.11. 4.2-ci bənddə “Qurum” sözü “Xidmət təminatçısı” sözləri ilə əvəz edilsin;

1.3.12. 4.2.2-ci yarımbənddə “qurumun” sözü “xidmət təminatçısının” sözləri ilə əvəz edilsin;

1.3.13. 4.5.2-ci, 4.5.4-cü və 4.5.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.5.2. məsul şəxs vasitəsilə bu Qaydaların 2.3-cü və 2.5-ci bəndlərinə uyğun olaraq xidmətlər barədə məlumatları elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edərək Elektron Reyestrə göndərir;”;

“4.5.4. Elektron Reyestrin operatorundan bildirişi aldıqdan 7 (yeddi) iş günü müddətində aşkar edilmiş çatışmazlıqları aradan qaldırır və məlumatları yenidən Elektron Reyestrin operatoruna göndərir;

4.5.5. 7 (yeddi) iş günü müddətində Elektron Reyestrin operatoruna Elektron Reyestrdə olan məlumatlarda dəyişikliklərin edilməsi barədə bildiriş göndərir və ya onların Elektron Reyestrdən çıxarılması (Elektron Reyestrin operatorunun çıxarılma ilə bağlı bildirişi əsasında isə 3 (üç) iş günü müddətində) üçün müraciət edir;”;

1.3.14. 4.5.6-cı yarımbənddə “1 (bir) aydan gec olmayaraq Elektron Reyestrin müvafiq elektron anketləri üzrə məlumatları təqdim edir” sözləri “30 (otuz) iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamentini Elektron Reyestrə daxil edilməsi üçün təqdim edir” sözləri ilə əvəz edilsin;

1.3.15. 4.5.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5.9-cu yarımbənd əlavə edilsin:

“4.5.9. Elektron Reyestrin operatorundan Elektron Reyestrdə qeydə alınmış dövlət xidmətləri haqqında məlumatlarda dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 7 (yeddi) iş günü müddətində müvafiq dəyişiklik edərək bu barədə Elektron Reyestrin operatoruna elektron formada bildiriş göndərir.”;

1.3.16. 4.7.1-ci, 4.7.2-ci və 4.7.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.7.1. 7 (yeddi) iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyünü yoxlayır və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndərir;

4.7.2. yoxlama zamanı çatışmazlıq aşkar edilmədikdə, habelə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məlumatların tamlığı və düzgünlüyünü təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edir;”;

“4.7.4. Elektron Reyestrdə qeydə alınmış dövlət xidmətləri haqqında məlumatların dəyişiklik edilməsi zərurətini aşkar etdikdə xidmət təminatçısına bu barədə 1 (bir) iş günü müddətində elektron formada bildiriş göndərir və bu Qaydaların 4.5.5-ci və 4.5.9-cu yarımbəndlərində qeyd olunan bildirişi aldıqdan sonra Elektron Reyestrdə dəyişiklik edilməsi üçün bu Qaydaların 4.7-ci bəndinə uyğun olaraq tədbirlər görür;”;

1.3.17. 4.7.3-cü yarımbənd ləğv edilsin;

1.3.18. aşağıdakı məzmunda 4.7.5-ci, 4.7.6-cı yarımbəndlər və 4.13-cü bənd əlavə edilsin:

“4.7.5. xidmət təminatçısının Elektron Reyestrdən çıxarılması barədə müraciəti əsasında 1 (bir) iş günü müddətində xidməti Elektron Reyestrdən çıxarır;

4.7.6. xidmətin Elektron Reyestrdən çıxarılması əsaslarını aşkar etdikdə bu barədə 7 (yeddi) iş günü müddətində xidmət təminatçısına elektron bildiriş göndərir. Xidmət təminatçısı isə xidmətinin Elektron Reyestrdən çıxarılması üçün 3 (üç) iş günü müddətində Reyestrin operatoruna elektron müraciət etdikdə 3 (üç) iş günü müddətində xidməti Elektron Reyestrdən çıxarır. Xidmət təminatçısı tərəfindən xidmətin Elektron Reyestrdən çıxarılması üçün 3 (üç) iş günü müddətində Reyestrin operatoruna elektron müraciət edilmədikdə xidməti Elektron Reyestrdən çıxarır.”;

“4.13. Xidmət təminatçısı olan qurumun ləğv edilməsi halında xidmətin həyata keçirilmə səlahiyyəti digər xidmət təminatçısına verildikdə müvafiq xidmətlə bağlı hüquq və vəzifələr bu Qaydaların 4.5-ci və 4.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada həmin xidmət təminatçısı tərəfindən həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 813) ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənddə “olunduqdan sonra EHİS vasitəsilə göstərilir” sözləri “edilməklə EHİS üzərindən və ya rəsmi internet informasiya ehtiyatında EHİS-ə keçid verildikdən sonra göstərilir” sözləri ilə əvəz edilsin;

2.2. 2.3-cü bəndə “göstərilməsi” sözündən sonra “Dövlət xidmətləri haqqında” və” sözləri əlavə edilsin və həmin bənddə “Qanununa” sözü “qanunlarına” sözü ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. İstifadəçilərə göstərilən xidmətlər haqqında məlumatları, habelə barələrində sorğu edilən məlumatları əldə etmələri üçün onlara EHİS vasitəsilə elektron kabinetlərində imkan yaradılmalıdır.”;

2.4. aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin:

“2.12. Dövlət Xidmətlərinin Elektron Reyestrində qeydiyyata alınan xidmətlərin elektronlaşdırılması barədə məlumatlar real vaxt rejimində “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə ötürülür.”.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 16 ” “ iyun ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!