15 Aprel 2025 22:30
296
CƏMİYYƏT
A- A+
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib


Aprelin 15-də Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iclasın gündəliyində duran məsələ - “2026–2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsi barədə Şura üzvlərinə məlumat verib. Bildirib ki, rəsmi statistika məlumatlarının beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə onun rəhbərliyi ilə başlanan və sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın da inkişafına güclü təkan verib, statistika sisteminin hüquqi bazası yaradılıb. Bu sahədə ardıcıl olaraq icra edilən 6 dövlət proqramı çərçivəsində milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətlərində mühüm tədbirlər görülüb.

T.Budaqov vurğulayıb ki, qeyd olunanlarla yanaşı Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, qəbul edilmiş müxtəlif dövlət proqramları və strategiyalar üzrə qarşıya qoyulmuş hədəflərə, habelə dayanıqlı inkişaf məqsədlərinə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi, artan istifadəçi tələbatının qarşılanması, eləcə də beynəlxalq müqayisəliliyin təmin olunması üçün tətbiq olunan statistik metodologiya, təsnifat və digər standartlarda baş verən dəyişiklik və təkmilləşmələr rəsmi statistikanın inkişafı ilə bağlı yeni strateji hədəflərin müəyyənləşdirilməsini və reallaşdırılmasını şərtləndirir. Bu məqsədlə hazırlanan “2026–2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsinə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması, əldə edilən statistik məlumatların yayımı, ümumilikdə rəsmi statistika qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə statistik istehsalın hüquqi və informasiya təminatının, beynəlxalq əməkdaşlığın, statistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, habelə milli statistika sisteminin növbəti çoxillik dövr üzrə strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi məsələləri daxil edilib.

Komitə sədrinin müavini Yusif Yusifov Statistika Şurasının üzvlərinə Dövlət Proqramının strukturu, hədəf göstəriciləri və prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihəyə ümumilikdə 42, o cümlədən sosial, iqtisadi və çoxsahəli statistika sahəsində müşahidələrin təşkili və onlara dair metodologiyaların təkmilləşdirilməsi üzrə 24, rəsmi statistika istehsalının hüquqi və informasiya təminatı üzrə 4, beynəlxalq əməkdaşlıq üzrə 3, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi üzrə 8, milli statistika sisteminin strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi üzrə 3 tədbir daxil edilib.

Sonra Statistika Şurasının üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı öz müsbət fikirlərini bildirib, sənədin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, beynəlxalq trendlər nəzərə alınmaqla növbəti dövr üçün milli statistika sistemi qarşısında duran vəzifələri əhatə etdiyini qeyd edərək onun aidiyyəti üzrə təqdim olunmasını məqsədəuyğun hesab ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında

01:15
26 Aprel

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə

01:14
26 Aprel

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında

01:13
26 Aprel

Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında

01:12
26 Aprel

"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:11
26 Aprel

"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:08
26 Aprel

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə

01:05
26 Aprel

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:03
26 Aprel

“Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında

01:01
26 Aprel

ELAN

00:59
26 Aprel

Çinli ekspert: Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri üçün yaxşı modeldir  

21:00
25 Aprel

Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ  

20:55
25 Aprel

Çin şirkətinin nümayəndəsi: Vizasız rejim Çin və Azərbaycan arasında turizm mübadiləsinə təkan verəcək  

20:17
25 Aprel

Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar  

20:12
25 Aprel

Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək  

20:10
25 Aprel

AZAL Hindistanın daha bir şəhərinə birbaşa uçuşlara başlayır  

19:46
25 Aprel

Ceyhun Bayramov: ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq  

19:45
25 Aprel

BƏƏ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

19:27
25 Aprel

Baş katib: ATƏT minaların təmizlənməsində dəstək göstərməyə hazırdır

19:24
25 Aprel

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularına orden və medallar təqdim olunub  

19:21
25 Aprel

ATƏT Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə etdi 

19:17
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!