17 Mart 2025 17:53
226
CƏMİYYƏT
A- A+
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb


Elan üzrə 92 dövlət orqanında mövcud olan 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 778 namizədlə 1055 müsahibənin keçirilməsi planlaşdırılır. Ümumi müsahibə elanı yanvarın 23-də verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ən yüksək müsahibə sayı Dövlət Turizm Agentliyi Aparatında Ümumi şöbənin Vətəndaş müraciətləri və sənədlərlə iş sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 44 nəfər) və İqtisadiyyat Nazirliyinin Maliyyə-təminat və proqnozlaşdırma şöbəsində Mühasibat uçotu və hesabat sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 38 nəfər) vəzifəsi üzrə yaranıb.

Müsahibələrin aprelin 1-dən iyulun 2-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. DİM namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

X.R.Vəliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

00:12
18 Mart

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında

00:12
18 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar cəmiyyəti ASCO-nun Dəniz Nəqliyyat Donanmasının inzibati binasının pilləkən pillələrinə və pəncərə mailliklərinə mərmərin quraşdırılması xidmətlərinin (material və işçilik daxil) satın alınması məqsədilə müsabiqə elan edir

00:10
18 Mart

Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ  

23:18
17 Mart

Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib  

23:11
17 Mart

MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub  

23:03
17 Mart

Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri təşkil edib  

22:09
17 Mart

Azərbaycanla Gürcüstan arasında din sahəsində əlaqələr müzakirə olunub  

21:47
17 Mart

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

21:12
17 Mart

Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərini dünyaya çatdıran mükəmməl platformadır  

20:55
17 Mart

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

20:32
17 Mart

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində videoformatda müşavirə keçirilib

20:11
17 Mart

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

20:08
17 Mart

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

19:56
17 Mart

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib  

19:29
17 Mart

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

19:19
17 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:17
17 Mart

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

19:16
17 Mart

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib  

18:34
17 Mart

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək  

18:07
17 Mart

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

18:05
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!