Dövlət Departamentinin hesabatında "erməni barmağı"
ABŞ bu cür "sənəd"lərdən müxtəlif ölkələrə təzyiq aləti kimi istifadə edir
"ABŞ Dövlət Departamenti hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən qərəzli münasibətini davam etdirir. 2023-cü il üzrə insan haqlarına dair hesabat ölkəmizdəki reallığı əks etdirmir, əksinə, ortada çox ciddi qərəz, Azərbaycanın demokratik inkişaf yoluna atılan böhtan var".
Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, həmişə olduğu kimi, bu hesabatda da "erməni barmağı"nın olduğu görünür. Əlbəttə, bütün bunların nədən qaynaqlandığını artıq hər kəs bilir. Səbəblər müxtəlifdir, hər ölkəyə yanaşma fərqlidir və xüsusən də bunda siyasi məqamlar üstünlük təşkil edəndə ABŞ bu cür hesabatları hazırlayarkən reallığı bir kənara qoyaraq bundan ölkələrə təzyiq aləti kimi istifadə edir.
A.Hüseynov qeyd edib ki, Amerikanın oxşar hadisələrə fərqli standartlar tətbiq etməsi yeni deyil, ikili standartlar həmişə göz qabağında olub: "ABŞ-də insan haqları bütün mənalarda ayaqlar altındadır, zorakılıq baş alıb gedir, mitinqlərdə ən qəddar üsullardan istifadə olunmaqla etiraz edənlər "zərərsiz"ləşdirilir. Amma hesabatlar hazırlanarkən bütün bunlar unudulur, demokratik ölkə adı başdan yazılır. Hesabatın Azərbaycana aid hissəsində 2023-cü il sentyabrın 19-20-də Qarabağda nəzarəti tam ələ keçirmək üçün antiterror tədbirlərindən bəhs edilir. Bəli, Azərbaycan bu tədbiri öz suveren ərazilərində separatçılara, azərbaycanlıları 30 il ərzində terrorla təhdid edən, öz evinə, yurduna getməsinə imkan verməyən, ərazilərimizdə soyqırımı törədən, dini, milli ayrı-seçkilik salan terrorçulara qarşı keçirib".
Deputat vurğulayıb ki, müxtəlif vaxtlarda bəzi təxribatçı təşkilatların Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi, sosial, hüquqi islahatlara kölgə salmağa hesablanmış qərəzli hesabatları olub. İstər ABŞ Dövlət Departamenti, istərsə də digər təşkilatlar belə hesabatlar hazırlamaqla özlərini nüfuzdan salırlar. Bu, onlara olan inamı kəskin şəkildə azaldıb. Çünki ədalət prinsipinin pozulduğu yerdə səmimiyyətdən, obyektivlikdən və hörmətdən danışmaq mümkün deyil. Bütün bunlar ölkəmizdə həyata keçirilən sistemli, davamlı islahatlar nəticəsində əldə olunmuş mühüm uğurlara təsir edə bilməz.
A.Hüseynov bildirib ki, ABŞ özünü arbitr rolunda görürsə, öz ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə hesabatla çıxış etməlidir. "ABŞ-də rasizm, islamofobiya, miqrantların hüquqlarının pozulması, həbsxanalarda dözülməz şərait və digər məsələlər barədə faktlar kifayət qədər çoxdur. Əgər Dövlət Departamenti obyektivlik nümayiş etdirmək istəyirsə, bunları da hesabata daxil etsin. Amma bunu etmir. Çünki ifşa oluna bilər. Amerikada keçirilən etiraz aksiyalarının qarşısını alan zaman polisin törətdiyi vəhşiliklər barədə çoxsaylı sübutlar var. Heç bir təhlükə törətməyən qaradərilinin öldürülməsindən sonra ona atəş açan polisin məsuliyyətdən yayınma hallarına da bu ölkədə rast gəlinir", - deyə müsahibimiz əlavə edib.
Deputat qeyd edib ki, hesabatda ölkəmizdəki insan haqları ilə bağlı vəziyyət subyektiv mülahizələrə, ermənipərəst mövqelərə əsaslandığından buradakı iddialar qərəzdən başqa bir şey deyil.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İdman ölkəsinin növbəti uğuru
08 May
"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərb...
08 May
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
08 May
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
08 May
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq ed...
08 May
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" ...
08 May
"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərb...
08 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə t...
08 May
Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
07 May
Luis Suares yeni rekorda imza atıb
07 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!