09 Dekabr 2024 16:04
523
PARLAMENT
A- A+
Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları müəyyən olunur

Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları müəyyən olunur

Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları müəyyənləşir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin dekabrın 9-da keçirilən birgə iclasının gündəliyinə daxil edilmiş “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Sənəd layihəsinə əsasən, diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri aşağıdakılardır:

- Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ-hüquqi aktlarına, eləcə də Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə riayət etmək;

- vəzifə funksiyalarını yerinə yetirmək, rotasiya qaydalarına riayət etmək və məhdudiyyətlərə əməl etmək;

- rəhbərlərinin öz səlahiyyətləri hüdudlarında verdikləri əmrləri, sərəncamları və göstərişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;

- diplomatik nümayəndəlikdə və konsulluqda xidmət, eləcə də xidməti ezamiyyətlər dövründə qəbul edən dövlətin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmaq və daxili işlərinə qarışmamaq, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə etməmək, o cümlədən onunla birlikdə yaşayan ailə üzvlərinin də eyni şəkildə davranmalarını təmin etmək;

- diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirən əməllərə yol verməmək, eləcə də həmin hərəkətləri və əməlləri dəstəkləməmək və ya təşviq etməmək;

- dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətlərinə qanunla müəyyən edilmiş qaydada baxmaq;

- normativ-hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada öz xidməti vəzifələrinin icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi müayinədən keçmək;

- etik davranış qaydalarına, əmək və icra intizamına riayət etmək;

- diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin olunduqda təyinat tarixində və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə təyin olunduğu diplomatik nümayəndəliyə və ya konsulluğa gəlmək, həmçinin diplomatik nümayəndəlikdən və ya konsulluqdan tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda) azad edilmə (geri çağırılma) tarixindən etibarən 10 (on) iş günü müddətində və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmaq;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərildikdə vəzifə səlahiyyətlərinin icrasına başlayacağı tarixdə və ya müvafiq beynəlxalq təşkilatın orqanı ilə razılaşdırılmış tarixdə həmin orqana gəlmək və öz vəzifələrinin icrasına başladığı tarixdən etibarən 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) yazılı şəkildə məlumatlandırmaq;

- beynəlxalq təşkilatın orqanında fəaliyyətini bitirdikdə və ya fəaliyyətinin bitmə müddətindən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geri çağırıldıqda fəaliyyətin bitmə və ya geri çağırılma tarixindən etibarən 10 (on) iş günü müddətində, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmaq;

- əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə keçirilən görüşlər barədə xidmətdə olduğu diplomatik xidmət orqanının rəhbərini və ya tabeliyində xidmət keçdiyi vəzifəli şəxsi məlumatlandırmaq;

- əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda, həmçinin əməkdaşın övladları tərəfindən belə nikah bağlandıqda, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) 10 (on) iş günü müddətində məlumatlandırmaq;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) və ya tabeliyində xidmət keçdiyi vəzifəli şəxslə razılaşdırmaqla qəbul edən dövlətin ərazisini tərk etmək;

- diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə qəbul edən dövlətdə silahlı münaqişə baş verdikdə, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, fəaliyyət və hərəkətlərini xidmət keçdiyi diplomatik xidmət orqanının rəhbəri ilə razılaşdırmaq, onun və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaranmış vəziyyətlə bağlı göstərişlərini yerinə yetirmək;

- vəzifə borcunun yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların şəxsi, ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamaq, eləcə də hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasını və işlənilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirmək;

- “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş dövlət sirrini təşkil edən məlumatların daşıyıcıları ilə iş qaydalarına əməl etmək, dövlət sirrini və qanunla mühafizə edilən digər sirləri həmişə, o cümlədən diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdən sonra da saxlamaq, onlardan diplomatik xidmət orqanlarında xidmətlə bağlı olmayan məqsədlər üçün istifadə etməmək.


Eyni zamanda, diplomatik xidmət orqanının əməkdaşları aşağıdakı əsas hüquqlara malikdirlər:


- xidməti vəzifələrini yerinə yetirmək üçün həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən xidmət şəraiti ilə təmin olunmaq;

- Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə etmək;

- xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icrası məcburi olan göstərişinin və ya əmrinin qanuniliyi və ya dürüstlüyü şübhə doğurursa, onların yazılı şəkildə verilməsini tələb etmək;

- dövlət məvacibi almaq;

- əlavə təhsili və xidməti vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla xidmətdə irəli çəkilmək iddiasında olmaq;

- öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, onların surətlərini əldə etmək, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;

- şərəf və ləyaqətinə xələl gətirən məlumatların təkzib edilməsi üçün xidməti araşdırmanın aparılmasını tələb etmək;

- müvafiq orqanlarda və məhkəmədə öz hüquqlarını və qanuni mənafeyini müdafiə etmək;

- elmi və yaradıcılıq fəaliyyəti ilə, həmçinin xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;

- əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək (əgər bu, maraqların toqquşması və korrupsiya hüquqpozmalarına səbəb olmursa);

- həmkarlar ittifaqlarında birləşmək;

- normativ-hüquqi aktlarda başqa hal nəzərdə tutulmayıbsa və bu, diplomatik xidmət orqanı əməkdaşının vəzifələrinin icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərə üzv olmaq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada dövlət vəsaiti hesabına əlavə təhsil almaq və müvafiq təlim keçmək;

- normativ-hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada məzuniyyət və sığorta hüquqlarından istifadə etmək, pensiya, müavinət və kompensasiyalar almaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab nəşr olunub

17:13
23 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

17:11
23 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

17:10
23 Dekabr

Rumıniya Prezidenti yeni hökuməti formalaşdırmaq üçün Baş nazir Çolakuya göstəriş verib

17:09
23 Dekabr

Cozef Bayden edam cəzasına məhkum edilən 37 məhbusun cəzalarını yüngülləşdirib

16:39
23 Dekabr

“AzerGold” QSC-də 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirilib  

16:38
23 Dekabr

Rusiya Notariuslar Assosiasiyasının sədri Natiq Ağamirovdan

16:34
23 Dekabr

Mars missiyaları üçün nəzərdə tutulmuş yeni dron sərgilənib

16:33
23 Dekabr

Sablya və şpaqada Azərbaycan çempionlari müəyyənləşib

16:13
23 Dekabr

Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

16:07
23 Dekabr

Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

16:01
23 Dekabr

Almaniyada Milad bazarında hücumla hədələyən şəxs həbs edilib

16:00
23 Dekabr

Bu il ən çox ziyarət olunan milli parklar: Göygöl, Şahdağ və Abşeron

15:43
23 Dekabr

Serbiyanın xarici işlər naziri Qarabağda və Şərqi Zəngəzurdakı layihələr barədə məlumatlandırılıb

15:41
23 Dekabr

İlon Mask: 2025-ci ilin sonunadək süni intellekt insan qabiliyyətlərini üstələyəcək

15:29
23 Dekabr

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, ailələrə evlərinin açarları təqdim olunub FOTO

15:14
23 Dekabr

Səfirlər Müşavirəsində Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərindən bəhs edilib  

15:10
23 Dekabr

Fəxri ad alan məşqçi: Prezident İlham Əliyev idmanı daim diqqətdə saxlayır və uğurları qiymətləndirir

15:00
23 Dekabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

14:58
23 Dekabr

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

14:25
23 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

14:23
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!