23 Iyun 2024 15:57
382
Elm və texnika
A- A+

DİM-in rəhbəri: Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilib

 

 

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planında dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə əsas hədəflər və bu hədəflərə çatmaq üçün orta və uzunmüddətli çoxşaxəli, ardıcıl, mərhələli tədbirlər müəyyən edilib. Dövlət qulluqçularının davamlı peşəkar inkişafını təmin etmək məqsədilə həmin fəaliyyət planlarına uyğun olaraq bu sahəyə dövlət orqanlarının marağı artırılmalı, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyəti təkmilləşdirilməli və əlaqələndirilməli, dövlət qulluqçularının təlimə olan tələbatlarını (təlim ehtiyaclarını) hərtərəfli ödəyən və müasir tələblərə cavab verən peşəkar və davamlı təlim sistemi formalaşdırılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM-in rəhbəri deyib ki, dövlət qulluqçularının təlimi dövlət orqanlarının tələbatına və dövlət qulluqçularının maraqlarına uyğun həyata keçirilən, dövlət qulluğunda çalışmaq üçün zəruri bilik, bacarıq, təcrübə və səriştələrin mənimsənilməsindən və təkmilləşdirilməsindən ibarət məqsədyönlü və sistemli prosesə çevrilməlidir.

M.Abbaszadə diqqətə çatdırıb ki, dövlət qulluqçularının təlimə olan tələbatlarının (təlim ehtiyaclarının) müəyyən edilməsi, təlimlərin daha effektiv təşkili, sistemli və əlaqələndirilmiş keçirilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təlim-tədris mərkəzlərinin, elm və təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Mərkəz tərəfindən “Dövlət qulluqçularının təliminin vahid elektron idarəetmə sistemi” yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video