"Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 20-ci və 26-cı bəndlərini rəhbər tutaraq, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il
5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.20-ci maddə aşağıdakı redaksiyada verilsin:
"1.0.20. bioloji aktiv qida məhsulları - qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsulu;";
1.2. 13.3-cü maddədə "uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri" sözləri "xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları" sözləri ilə əvəz edilsin;
1.3. 14-1-ci maddə üzrə:
1.3.1. adında, 14-1.1-ci maddənin birinci və ikinci cümlələrində, 14-1.3-cü və 14-1.7-ci maddələrdə ismin müvafiq hallarında "fəallığa malik qida əlavələri" sözləri ismin müvafiq hallarında "aktiv qida məhsulları" sözləri ilə əvəz edilsin;
1.3.2. 14-1.2-ci maddə üzrə:
1.3.2.1. birinci və ikinci (hər iki halda) cümlələrdə ismin müvafiq hallarında "fəallığa malik qida əlavələri" sözləri ismin müvafiq hallarında "aktiv qida məhsulları" sözləri ilə əvəz edilsin;
1.3.2.2. üçüncü cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Bioloji aktiv qida məhsulları eyni zamanda "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.";
1.3.2.3. dördüncü cümlədə "fəallığa malik qida əlavələrinin" sözləri "aktiv qida məhsullarının" sözləri ilə əvəz edilsin;
1.3.3. 14-1.4-cü maddə üzrə:
1.3.3.1. birinci cümlədə "fəallığa malik qida əlavələrinin" sözləri "aktiv qida məhsullarının" sözləri ilə əvəz edilsin və həmin cümləyə "tələblərə" sözündən sonra ", habelə "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə" sözləri əlavə edilsin;
1.3.3.2. ikinci cümlədə "fəallığa malik qida əlavələri" sözləri "aktiv qida məhsulları" sözləri ilə əvəz edilsin;
1.3.3.3. üçüncü cümlədə "FƏALLIĞA MALİK QİDA ƏLAVƏLƏRİ" sözləri "AKTİV QİDA MƏHSULLARI" sözləri ilə əvəz edilsin;
1.3.4. 14-1.5-ci maddə üzrə:
1.3.4.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilməli, habelə "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilməlidir.";
1.3.4.2. ikinci cümlədə (hər iki halda) "fəallığa malik qida əlavəsinin" sözləri "aktiv qida məhsulunun" sözləri ilə əvəz edilsin;
1.3.5. 14-1.6-cı maddənin birinci cümləsində "fəallığa malik qida əlavələrinin" sözləri "aktiv qida məhsullarının" sözləri ilə, ikinci və üçüncü cümlələrində "fəallığa malik qida əlavəsinin" sözləri "aktiv qida məhsulunun" sözləri ilə əvəz edilsin;
1.4. 16-1-ci maddə üzrə:
1.4.1. 16-1.2.7-ci maddədə "fəallığa malik qida əlavəsi" sözləri "aktiv qida məhsulu" sözləri ilə əvəz edilsin;
1.4.2. 16-1.8-ci maddədə "fəallığa malik qida əlavələrinin" sözləri "aktiv qida məhsullarının" sözləri ilə əvəz edilsin.
Maddə 2. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD və 5 aprel tarixli 1127-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 29.2.7-si maddədə "fəallığa malik qida əlavəsi" sözləri "aktiv qida məhsulu" sözləri ilə əvəz edilsin;
2.2. 30-cu maddə üzrə:
2.2.1. adında, 30.1-ci maddənin birinci abzasında, 30.4 - 30.6-cı maddələrdə "fəallığa malik qida əlavələrinin" sözləri "aktiv qida məhsullarının" sözləri ilə əvəz edilsin;
2.2.2. 30.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
"30.7. Bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilməli, habelə "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilməlidir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb
30 Iyun
Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb
30 Iyun
Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib
30 Iyun
Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub
30 Iyun
"Heç kim məni Messi ilə müqayisə edə bilməz"
30 Iyun
Arda Gülər Ronaldunu qabaqladı
30 Iyun
Mikautadze "Monako"ya transfer edilir
30 Iyun
Taktiki zəfər
30 Iyun
26 yaşlı zabitin 26 günlük döyüş yolu
30 Iyun
"Rəsm çəkmək ruhumun qidasıdır"
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!