08 Yanvar 2026 09:10
903
Mədəniyyət
A- A+
Daşlara ömür bəxş edib

Daşlara ömür bəxş edib


Heykəltaraş Akif Əsgərovun yaradıcılıq yolu


Onun müəllifi olduğu monumental heykəllər ölkəmizlə yanaşı, bir sıra xarici dövlətlərdə də ucaldılıb. O, həmçinin maraqlı dəzgah heykəltaraşlığı nümunələrinin müəllifidir. Əsərlərinin qəhrəmanları sırasında tanınmış mədəniyyət adamlarının, ictimai siyasi xadimlərin diqqəti cəlb edən  bədii obrazlarını görmək olar. Bundan başqa, heykəltaraşın ömrü boyu sadiq qaldığı və sevə-sevə yaratdığı balerinaların surətləri gözdən yayınmır. Söhbət 85 illik yubileyi tamam olan Xalq rəssamı, tanınmış heykəltaraş Akif Əsgərovdan (1940-2023) gedir.

Akif İzzətulla oğlu Əsgərov Naxçıvan şəhərində anadan olmuşdur. Əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə İ.Repin adına indiki Sankt-Peterburq Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda professor M.K.Anikuşinin sinfində ali təhsilini davam etdirmişdir. A.Əsgərov hələ tələbəlik illərində öz istedadı ilə fərqlənmişdir. Sənətkarın müəllifi olduğu "Su içərkən" adlı heykəltaraşlıq kompozisiyası 1978-ci ildə Rusiya Rəssamlıq Akademiyasının diplomu ilə mükafatlandırılmışdır. Bu, gənc heykəltaraşın istedadından xəbər verirdi. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də digər xarici ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. A.Əsgərov ölkəmizin Əməkdar incəsənət xadimi (2002), Xalq rəssamı (2018) fəxri adlarına və 2-ci dərəcəli "Əmək" ordeninə (2020) layiq görülmüşdür.  

Tanınmış sənətkarın monumental heykəltaraşlıq əsərləri  obrazın bədii ifadə həllinin ustalığı ilə diqqət çəkir. Heykəltaraşın belə işlərindən Bakı şəhərində yerləşən "Akademik Yusif Məmmədəliyevin heykəli" (tunc, qranit, 1998), "Vokal ifaçısı Bülbülün heykəli" (tunc, qranit, 2013), heykəltaraşın həmmüəllifliyi ilə Ulu Öndər Heydər Əliyevin heykəlləri  ölkəmizin Bakı, Şamaxı, Xaçmaz, Quba, Balakən, Zaqatala şəhərlərində və Türkiyə, Gürcüstan (2004-2012-ci illər), "Xocalı" (2011, Berlin), "Dostluq" (2012, Qnezdo), Əlimərdan bəy Topçubaşovun Parisdə qəbirüstü abidəsi və başqaları nümunə gətirilə bilər. A.Əsgərovun bir sıra heykəl əsərləri Xalq rəssamı, professor Salxab Məmmədovun birgə həmmüəllifliyi ilə yaradılıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş akademik, kimya elminin zirvəsinə yüksələn Yusif Məmmədəliyevin heykəl abidəsində üz cizgilərinin ciddiliyi və obrazın statikliyi ilə, vokal ifaçısı, məşhur müğənni Bülbülün obrazı isə öz lirikliyi və emosional ifadəliliyi ilə diqqətimizi cəlb edir. 

Akif Əsgərovun dəzgah heykəltaraşlığı əsərləri özünün bədii ifadə həlli və emosional təsir gücü ilə fərqlənir. Heykəltaraşın belə işlərindən "Avtoportret", "Məmməd Səid Ordubadi", "Hüseyn Cavid", "Bahar", "Özündən razı", "Yarıçılpaq", "Balerina", "Kompozisiya", "Model", "Fasilə" adlı əsərlərini qeyd etmək olar. 

Heykəltaraşın süjetli dəzgah heykəltaraşlığı nümunələri maraqlı kompozisiya quruluşu və orijinal bədii həlli ilə yadda qalır. Bu sırada "Məhsəti məclisi", "Aleksandr Düma və Natəvan", "Ailə", "Ştillər", "Uşaqlar və göyərçinlər", "Yaşlı insanlar", "Nərd oyunu", "Axşam" və başqalarını göstərmək olar. Süjetli kompozisiyalarda həm tarixi, həm əmək və həm də adi həyat səhnələrini özündə yaşadan mövzular heykəltaraş tərəfindən bədii görüntüyə gətirilmişdir. Bu əsərlərdə insan həyatının müxtəlif anları, yaşantıları ustalıqla canlandırılmışdır. Bu mənada Akif Əsgərovun əsərlərini heykəltaraşlıq sənətimizin impressionist (təəssürat) üslublu nümunələri adlandıra bilərik.

Ötən il mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, heykəltaraş Akif Əsgərovun 85 illik yubileyinə həsr olunmuş "Ruhun sədası" adlı fərdi sərgisi təşkil olunmuşdu. Təntənəli açılış mərasiminə ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri, heykəltaraşın sənət dostları qatılmışdılar. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu. Sərgidə 60-dək dəzgah heykəltaraşlığı nümunəsi, eləcə də qrafik rəsmlər yer almışdır. 

Bundan başqa, ötən il Naxçıvan televiziyası tərəfindən heykəltaraşın həyat və yaradıcılığından bəhs edən "İmza: Akif Əsgərov" adlı sənədli televiziya filmi çəkilmişdir.

Xalq rəssamı Akif Əsgərovun heykəltaraşlıq və dəzgah əsərləri bütün ictimaiyyət və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır. 


Əsəd QULİYEV,

sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!