11 Aprel 2025 16:08
403
CƏMİYYƏT
A- A+
Daşkəsən rayonunda mövcud olan abidələrə məlumat lövhələri quraşdırılıb  

Daşkəsən rayonunda mövcud olan abidələrə məlumat lövhələri quraşdırılıb  


“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Daşkəsən rayonunda tarixi-mədəni abidələrin tanıdılması” layihəsi çərçivəsində rayon ərazisində mövcud olan ölkə və yerli əhəmiyyətli tarix-memarlıq və arxeoloji abidələr üçün məlumat lövhələri hazırlanaraq quraşdırılıb.

“AzerGold”dan AZƏRTAC-a bildirilib ki, QSC-nin sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində icra edilən layihədə əsas məqsəd aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirilən Daşkəsən rayonunun təkcə faydalı qazıntı yataqları ilə zəngin bölgə kimi deyil, həmçinin füsunkar təbiətə, memarlıq və arxeoloji abidələrə malik qədim yaşayış məskənlərindən biri kimi tanıdılmasına, mədəni irs nümunələrimizin mühafizəsinə töhfə verməkdir. Bu məqsədlə icra edilən layihə Daşkəsən rayonunda yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş 46 ədəd tarix-memarlıq abidəsini əhatə edib.

Belə ki, layihə çərçivəsində “AzerGold” QSC və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə 34 ədəd ölkə əhəmiyyətli arxeoloji abidə, 10 ədəd yerli əhəmiyyətli memarlıq abidəsi, 1 ədəd ölkə əhəmiyyətli memarlıq abidəsi və 1 ədəd yerli əhəmiyyətli monumental və xatirə abidəsi məlumat lövhəsi ilə təmin edilib.

Qeyd edək ki, icrasına 2022-ci ildə başlanılan “Daşkəsən rayonunda tarixi-mədəni abidələrin tanıdılması” layihəsi çərçivəsində rayon ərazisindəki qədim memarlıq və təbiət abidələrinin fotoçəkilişi həyata keçirilib, həmin materiallar əsasında “Daşkəsən abidələri” adlı təqvim-kataloq hazırlanıb və geniş ictimaiyyətə təqdim edilib. Təqvim-kataloqda qədim yaşayış məskənləri, mağaralar, körpülər, məbəd və türbələr, eləcə də onlar haqqında müxtəlif mənbələrdən toplanmış məlumatlar öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!