02 Oktyabr 2024 08:25
711
COP29
A- A+
COP29 qlobal iqlim dəyişmələrinə qarşı birgə mübarizə vəd edir

COP29 qlobal iqlim dəyişmələrinə qarşı birgə mübarizə vəd edir


Bütün dünya kimi, Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə ölkə ərazisində orta illik temperaturlar 0,4-1,30 C-yə qədər artıb. İqlim dəyişmələri fonunda Azərbaycan da daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. 

İqlim dəyişmələri həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır. Üstəlik, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu  və xroniki xəstəlikləri artırır. Təsadüfi deyil ki, Dünya Səhiyyə Təşkilatı XXI əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və  turşululuğunun yüksəlməsi kimi neqativ halların bir qismi əsrlər boyu davam edəcək. 

Sadalanan bu problemlər 200 ildir  bəşəriyyətin başı üzərində kabusa çevrilən iqlim dəyişmələrinə qarşı mübarizə aparmağı tələb edir. Bu səbəbdən illərdir milyardlarla insan üçün aktual olan bu təhlükəli kabusa qarşı dünya "qalxan" tutub. Təkcə böyük və nəhəng dövlətlər deyil, inkişaf etməkdə olan kiçik ada dövlətlərindən tutmuş ən az inkişaf etmiş dövlətlərə qədər bu təhlükənin ön xəttində olan insanların taleyini düşünür, xilas yolları axtarır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il bir ölkədə keçirdiyi sessiyalarında iqlim dəyişmələrinin fəsadlarının dağıdıcı təsirlərinin aradan qaldırılması yolları müzakirə edilir, planetin bu kabusdan xilas olması üçün konkret layihələr həyata keçirilir. Qətiyyətlə deyə bilərik ki, dünya dövlətlərinin apardığı bu iqlim fəaliyyəti, xüsusilə işə başlayacağı vaxta təxminən 6 həftə qalmış COP29 hər kəs üçün ekoloji cəhətdən təmiz gələcək vəd edir.

Ona görə də dünya ictimaiyyəti COP29-da iştirak etmək üçün Azərbaycana toplaşdığı bir zamanda hər kəsin iqlim böhranı ilə mübarizədə vəzifəsi kollektiv maraqlara diqqət yetirməkdir. COP müxtəlif tərəflərin idarə etdiyi bir prosesdir və milyardlarla insan  bu məsələdə əlbir olarsa,  gözlənilən nəticə tam əldə olunmasa da, ona yaxınlaşmaq mümkündür. Bunun üçün sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) siyasətinə ciddi əməl etmək lazımdır ki, iqlim dəyişmələrinə qarşı mübarizədə qarşıya çıxan təhlükəni adlamaq fürsəti olsun.

COP29 Əməliyyat Şirkəti bunu yüksək standartlar, şirkətin inkişafı və işçilərin təhlükəsizliyi baxımından vacib və ayrılmaz  şərt olaraq qəbul edib. Azərbaycan qanunvericiliyə və beynəlxalq SƏTƏMM standartlarına tam əməl etməklə bütün işçilər üçün təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi, hər hansı bir işçinin, podratçının və digər maraqlı tərəfin xoşagəlməz, yaxud da  bədbəxt hadisələr və xəsarətlər nəticəsində səhhətinin pozulmasının qarşısının alınması prinsiplərinə sadiqlik nümayiş etirməklə yanaşı, ətraf mühitin mühafizəsi və çirklənməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görməyi hədəfləyib. COP29-un SƏTƏMM baxımından qarşıya qoyduğu hədəfə çatması üçün 3 prioritet sektorun - su, kənd təsərrüfatı və sahilyanı ərazilərin iqlim dəyişmələrinin təsirindən xilasını ləngitmək olmaz. Bunun yollarından biri qeyd olunan sektorların iqlim dəyişmələrinə uyğunlaşmasıdır.  

Yüksək standartları rəhbər tutan COP29 komandası bu və digər məsələləri özündə ehtiva edən təklif və təşəbbüslərlə BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, 79-cu sessiya çərçivəsində Nyu Yorkda bütün dünyanı cəlb edən bir neçə böyük, o cümlədən "Gələcəyin Forumu" keçirilib: "Forumda çoxlu qərarlar qəbul olunub. Bundan başqa, Nyu Yorkda həm də "İqlim Həftəsi" keçirilir. "İqlim Həftəsi"ndə Azərbaycanın COP29 komandası böyük heyətlə iştirak edir. Çox gərgin cədvəlimiz var. COP29 komandasına, Bakıda keçiriləcək tədbirə çox böyük maraq var. Ona görə də onların istəklərinə, gözləntilərinə cavab vermək üçün biz hər bir tədbirdə aktiv iştirak etməyə çalışırıq". 

İqlim dəyişmələrinin fəsadları planetin istənilən bucağında "dişlərini qıcayıb". O dişləri sındırmağa dünyanın əlində gücü çatacaq qədər mexanizm var. Noyabrın 11-də  Bakıda işə başlayacaq COP29 həmin mexanizmlərin işə salınma yollarını arayacaq.


Züleyxa ƏLİYEVA.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!