21 Noyabr 2024 08:30
213
Mədəniyyət
A- A+
COP29-da ən çox diqqətçəkən Azərbaycan pavilyonudur

COP29-da ən çox diqqətçəkən Azərbaycan pavilyonudur


Xalqımızın milli adət-ənənələri ziyarətçilərdə böyük maraq doğurub


Noyabrın 11-də Bakıda açılmış COP-29 konfransında 60-a yaxın dövlət öz pavilyonunu təqdim edib. Bunların arasında ən çox diqqətçəkən və ziyarət olunan isə Azərbaycan pavilyonudur. Burada nümayiş olunan xalqımızın milli adət-ənənələrinə aid  sənətkarlıq nümunələri - toxuculuq, yundan ip əyirmək, misgərlik, habelə musiqi, rəqslər və müxtəlif şirniyyatların təqdimatı ziyarətçilərdə böyük maraq doğurub.

Heydər Əliyev Fondu və Sıfır Atık Fondu COP29-un "yaşıl zona"sında davamlılıq və sosial inkişaf naminə səylərini birləşdiriblər. Bu əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Türkiyənin Birinci xanımı Əminə xanım Ərdoğanın ətraf mühit, sosial inkişaf mövzusundakı təcrübələrinə əsaslanır.

Heydər Əliyev Fondu, ekoloji təşəbbüsləri ilə yanaşı, Azərbaycanın mədəni irsinin qorunmasına, eləcə də təhsil və sosial məsuliyyət layihələrinə dair səylərini artırır. Hər iki fond, cəmiyyətlərinin mədəni dəyərlərinə və təhsil səviyyəsinə töhfə verərkən, davamlı həllər yaratmağı hədəfləyir.

Sıfır Atık Fondu bu platformada resurs səmərəliliyi, tullantıların idarə edilməsi və təkrar emal sahəsindəki qabaqcıl layihələrini nümayiş etdirir. Türkiyənin sıfır tullantı yanaşmasını beynəlxalq arenada təbliğ etmək və ətraf mühitin qorunması üzrə maarifləndirməni artırmaq məqsədilə fond öz tədris proqramlarını və innovativ həllərini təqdim edir.

Pavilyonda Heydər Əliyev Fondu gənc nəslin maarifləndirilməsinə yönəlmiş layihələr və təşəbbüslər vasitəsilə sosial inkişaf öhdəliyini nümayiş etdirir. Sıfır Atık Fondu isə su səmərəliliyi və sıfır tullantı təcrübələrinə fokuslanaraq ətraf mühitin qorunması üzrə təşəbbüsləri vurğulayır. Bu əməkdaşlıq hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində liderliyini önə çəkir.

Pavilyon davamlı inkişaf hədəflərinə töhfə verən layihələri ilə yanaşı, hər iki ölkənin sosial və mədəni sahələrə baxışını təqdim edir. 


"Gənclər evi" pavilyonu


COP29-un "yaşıl zonası"nda Gənlər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən "Gənclər evi" pavilyonunda hər gün müxtəlif tədbirlər və görüşlər keçirilir. Bura bütün gənc liderlərin, fəalların və qonaqların bir araya gəlməsi, fikirlərini bölüşməsi və unudulmaz xatirələr yaratması üçün canlı, rəngarəng və qonaqpərvər bir məkandır. 

"Gənclər evi"ndə davamlılıq, iqlim liderliyi üzrə seminarlar, vörkşoplar və dünyanın hər yerindən gənclərin səslərini əks etdirən panel müzakirələri, yaradıcı sessiyalar, şəbəkə görüşləri, müsabiqələr və maraqlı oyunlar keçirilir. Pavilyonda xüsusi guşə yaradan İdrak liseyi şagirdləri ölkəmizdə keçirilən BMT forumunda iqlim dəyişikliyinə qarşı mübarizədə zəruri addımların atılması, birgə və davamlı inkişafın təminatı ilə bağlı qoyulan bütün öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirirlər. Bu tədris ocağı COP29 layihəsi ilə çıxış edərək iqlim savadlılığının artırılmasına, iqlim həllərinə fəal şəkildə töhfə verə biləcək gəncliyin yetişdirilməsinə önəm verdiyini sərgiləyir. 


"Azərbaycanın təcrübəsindən yararlanacağıq"


COP29-da "SOCAR Green"in pavilyonu SOCAR-ın bərpaolunan və təmiz enerjiyə sadiqliyini nümayiş etdirmək üçün əsas platforma rolunu oynayır. Pavilyon tanınmış beynəlxalq şirkətlər və təşkilatlarla innovativ layihələr, təşəbbüslər və tərəfdaşlıqlar təqdim etməklə şirkətin davamlı enerji gələcəyinə keçidə rəhbərlik etmək missiyasını vurğulayır.

Pavilyonda, həmçinin "SOCAR Green"in aşağıkarbonlu layihələrinin inkişafı və idarə olunması, "yaşıl enerji" sahəsində qabaqcıl təcrübə, biliklərin toplanması və istifadəsi kimi strateji prioritetləri əks olunub.

Digər pavilyonlara gəldikdə isə, Rusiya stendi taxtadan düzəldilmiş ənənəvi qırmızı yuva kuklaları - matryoşkalarla  və buğda sünbülləri ilə bəzədilib.

Qırğızıstan pavilyonu öz milli koloriti ilə seçilir - burada keçədən hazırlanmış qırğız yurtasını görmək olar.

Çin stendində tədbir iştirakçıları üçün yelpiklər rənglənir və onlara hədiyyə verilir.

Oman pavilyonu isə 2025-ci ilin fevralında sultanlıqda iqlim həftəsini elan edir.

Növbəti COP30 konfransı Braziliyada keçiriləcək. Bu ölkənin  rəngarəng stendində "COP30-da görüşənədək" yazısı bunu xatırladır. Braziliyanın Turizm Nazirliyinin baş koordinatoru Karolina Favero de Souza Bakıda qarşılaşdıqları səmimi və mehriban münasibətdən, BMT Forumunun yüksək səviyyədə təşkil olunmasından danışdı: "Bu, iştirakçıların özlərini evdəki kimi hiss etməsinə səbəb olur. Gələn il Braziliyada keçiriləcək COP30 konfransında Azərbaycanın təcrübəsindən yararlanacağıq".

Bakıda keçirilən COP29 noyabrın 22-də öz işini bitirəcək.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib  

10:05
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!