20 Noyabr 2024 23:08
359
İQTİSADİYYAT
A- A+
COP29 çərçivəsində “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” tədbiri keçirilib  

COP29 çərçivəsində “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” tədbiri keçirilib  

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) birgə təşkilatçılığı ilə “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycanın lider rolu və dayanıqlı nəqliyyatın təmin edilməsi, xüsusilə dəmiryol şəbəkəsinin karbon emissiyasının azaldılmasına verdiyi həlledici töhfəyə həsr olunub.

Tədbirin əsas müzakirə mövzuları Azərbaycanın tranzit qovşağı olaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yükdaşımaların artırılmasında aktiv fəaliyyəti, dəmir yolları nümunəsində nəqliyyatda dekarbonizasiya səyləri, ADY-nin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri və Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində artan rolu olub.

ADY sədri Rövşən Rüstəmov tədbirdə “Azərbaycanın regional və qlobal iqlim məqsədlərinə nail olunmasında Azərbaycanın rolu: Ölkənin nəqliyyat strategiyasında dəmir yollarının rolu” mövzusunda çıxış edərək ADY-nin qlobal iqlim çağırışlarına uyğun olaraq 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olması, beynəlxalq GRI və SASB standartları əsasında ADY-də müvafiq diaqnostikanın aparılması və bu diaqnostikanın nəticəsi olaraq ilk dəfə “Dayanıqlılıq hesabatı”nın hazırlanaraq ictimaiyyətə təqdim olunması barədə məlumat verib.

Rövşən Rüstəmov qeyd edib ki, son iki ildə ADY karbon emissiyasının azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edib, Azərbaycan dəmiryol şəbəkəsinin 63 faizi elektrikləşdirilib və bərpaolunan enerjinin potensialından geniş istifadə edilib. 2023-cü ildən etibarən ADY enerji istehlakını 5 faiz, təbii qaz istehlakını 16 faiz, su sərfiyyatını 23 faiz, karbon emissiyasını isə 9 faiz azaltmağa müvəffəq olub. Ötən il sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.

ADY sədri bildirib ki, COP29-da əsas gözləntilərdən biri dayanıqlılıq təşəbbüslərinin maliyyələşdirilməsidir: “Bu məsələ, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin gündəliyində yer alıb. ADY-nin 2030-cu ilə qədər strategiyasında yaşıl maliyyələşmə imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icra edilməsi öz əksini tapıb. Ötən ay Asiya İnkişaf Bankı (AİB) ilə dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədinin imzalanması bunun bariz nümunəsidir”.

Sonra Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, Beynəlxalq Dəmir Yolları İttifaqının sədri və Polşa Dəmir Yollarının baş icraçı direktoru Alan Berud, AİB-nin Nəqliyyat Sektoru Qrupunun direktoru Ceyms Leder, “Masdar” şirkətinin Azərbaycan üzrə direktoru Murad Sadıxov və ADY sədrinin müavini Arif Ağayev dəmir yollarının ekodost nəqliyyat növü olması, bərpaolunan enerjidən istifadənin artırılması təşəbbüsünün dəstəklənməsi və beynəlxalq maliyyə institutları tərəfindən bu təşəbbüsün maliyyələşdirilməsi kimi məsələlər ətrafında çıxışlar ediblər.

Daha sonra sual-cavab formatında panel müzakirələri təşkil olunub, nəqliyyat ekspertləri və media nümayəndələri adıçəkilən qurumların rəhbərlərinə beynəlxalq dəhlizlərin inkişafı, rəqəmsallaşma, yükdaşımalarda aşağı karbon göstəricilərinə nail olunması üçün gələcək hədəflər barədə suallar ünvanlayıb və bu istiqamətlərdə səmərəli müzakirələr aparılıb.

Sonda ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!