20 Noyabr 2024 22:28
360
İQTİSADİYYAT
A- A+
COP29 çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda panel müzakirəsi keçirilib  

COP29 çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda panel müzakirəsi keçirilib  

COP29-un Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” adlı yüksəksəviyyəli panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə baş tutub.

Paneldə hökumət rəsmiləri, sənaye liderləri və müxtəlif sektorlardan olan maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası mövzusunda müzakirəyə qatılıblar.

Tədbiri giriş sözü ilə açan ICAO Baş katibinin COP üzrə nümayəndəsi Ceyn Hyup bildirib ki, beynəlxalq aviasiya qlobal əlaqə və iqtisadi artım üçün əsas rol oynamağa davam etsə də, ICAO və onun 193 üzv dövləti 2050-ci ilə qədər sektorun xalis sıfır karbon emissiyalarına nail olmaq öhdəliyini götürür: “Aviasiyada ekoloji cəhətdən təmiz yanacağın istehsalı, istifadəsi istiqamətində potensialın artırılmasına, maliyyələşməyə çıxış xüsusi səylər və əməkdaşlıq tələb edəcək”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov çıxışında iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan ekoloji cəhətdən təmiz yük dəhlizlərini inkişaf etdirir, beynəlxalq ekoloji standartlara cavab verən aşağı emissiyalı logistikanı və dayanıqlı yükdaşıma əməliyyatlarını dəstəkləyən siyasəti qəbul edir: “Azərbaycan aviasiya sənayesində ekoloji cəhətdən təmiz təcrübələri daha da inkişaf etdirmək və həyata keçirmək üçün beynəlxalq maraqlı tərəflərlə tərəfdaşlığa açıqdır”.

Daha sonra Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyinin Proqram direktoru Məhəmməd Əl-Tayyar çıxışında Səudiyyə Ərəbistanının aviasiya sektorundakı problemləri hərtərəfli həll etmək, eyni zamanda, real və davamlı həlləri təmin etmək üçün göstərdiyi səyləri vurğulayıb: “Səudiyyə Ərəbistanının daha dayanıqlı aviasiya sektoruna sadiqliyi onun aşağı karbonlu aviasiya yanacaqlarının tədqiqinə və inkişafına əhəmiyyətli sərmayə qoymasında, həmçinin ICAO kimi tərəfdaşları vasitəsilə beynəlxalq tanınmada özünü göstərir”.

Panel müzakirəsi ICAO Baş katibinin COP üzrə nümayəndəsi Ceyn Hyupun moderatorluğu ilə keçirilib.

Tədbirdə spiker qismində London İmperial Kollecinin professoru Sergey Kravçenko, “Saudi Aramco” şirkətinin vitse-prezidenti Musaab Məhəmməd Əlmulla, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Davamlılıq üzrə baş vitse-prezidenti Mari Ouens Tomsen, Hava Nəqliyyatı üzrə Fəaliyyət Qrupunun (ATAG) icraçı direktoru Haldane Dodd, Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini Nazim Ziyadov və Asiya İnkişaf Bankının (ADB) Nəqliyyat üzrə direktoru Ceyms Leder çıxış ediblər.

Paneldə aviasiya sektorunda emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı qlobal tədbirlərə və ICAO-ya üzv dövlətlərin xalis sıfır (Net Zero) hədəfinə nail olmaq üçün potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Eyni zamanda, bu istiqamətdə beynəlxalq siyasət və çərçivələrin inkişaf etdirilməsi ilə əlaqədar məsələlər akademik dairələr, sənaye, hökumətlər və beynəlxalq təşkilatların diqqət yetirməli olduğu əsas sahələr barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah hava şəraiti əsasən yağmursuz olacaq  

13:47
22 Noyabr

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!