08 Oktyabr 2024 08:35
670
SİYASƏT
A- A+
Böyük savaşlar arasında kiçik sabitlik "ada"sı

Böyük savaşlar arasında kiçik sabitlik "ada"sı


Prezident İlham ƏLİYEV: "Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik"


Böyük güclərin dünyaya sahiblik etmək istəkləri dinc insanların qanının tökülməsi ilə müşahidə olunur. Rusiya-Ukrayna arasında başlanan müharibə artıq iki ölkə arasında savaş deyil, bu, Qərblə Şərq arasında silahlı qarşıdurmadır. Bu azmış kimi, indi də Yaxın Şərq qaynayır, hətta o dərəcədə ki, Rusiya-Ukrayna savaşı kölgədə qalıb.

İran-İsrail qarşıdurması isə üçüncü dünya müharibəsinin anonsu ola bilər. Bunu tərəfləri dəstəkləyən dövlət və hökumət başçılarının verdiyi bəyanatlar da sübut edir. Müharibə olarsa, Rusiya ilə Çin açıq şəkildə İranın yanında olacaqlarını bildirirlər. Qərb koalisiyası isə İranı hədələyir, İsrailə hər cür dəstək verəcəyini deyir. Bir sözlə, bu gərginliyin aradan qalxmasına Türkiyədən savayı heç bir güclü dövlət mövqe nümayiş etdirmir.

Xüsusən Çinin İranla bağlı siyasəti təəccüb doğurmamalıdır. ÇXR-in Rusiyadan başqa ucuz neft idxal etdiyi ölkə İrandır. Mütəxəssislər deyirlər ki, İsrail İranın neft obyektlərinə zərbələr endirərsə, bunun bədəlini Çin çox ağır ödəməli olacaq. Yəni ÇXR-in iqtisadi inkişafı dayana bilər. O üzdən "əjdahalar ölkəsi" İranı dəstəkləməyə məhkumdur. Bu arada Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edib ki, əgər İranın neft obyektlərinə zərbələr endirilsə, dünyanın çətin iqtisadi duruma düşəcəyi qaçılmazdır. 

O ki qaldı Ukrayna ilə müharibə üzündən Rusiyanın düşdüyü vəziyyətə, onu deyə bilərik ki, bu gün şimal qonşumuza qarşı aparılan bu siyasətin bir məqsədi də gələcəkdə Çinlə aparılacaq haqq-hesaba hazırlıqdır. Məlumdur ki, ÇXR iqtisadi möcüzələri həm ABŞ-ni, həm də Avropanı ciddi narahat edir. ÇXR qlobal iqtisadiyyatda lokomotiv rolunu oynayan Qərbi təkbaşına keçmək istəyir. Dünyanın aparıcı mütəxəssisləri 2030-cu ildən sonra Çinin iqtisadi güc olaraq Amerikanı da ötəcəyini proqnozlaşdırırlar. 

Üstəlik, Çinin hərbi gücü də artır. ÇXR-in ordusu təkcə say cəhətdən deyil, həm də yüksək texnologiyalara malik hərbi silah-sursat arsenalı cəhətdən qüdrətlidir. Çin həmçinin son dövrlər hərbi hava qüvvələrinin və dəniz donanmasının imkanlarını xeyli genişləndirib, nüvə silahı da öz yerində. 

Ona görə də Qərbin Rusiya və Çinlə bağlı apardığı siyasətin məqsədi bu iki gücün birləşməsinin qarşısını almaqdır. Bunu RF və ÇXR də yaxşı başa düşürlər. Həm də yaxşı başa düşürlər ki, Rusiya Ukrayna ilə savaşda Qərbə uduzsa, sıra Çinə çatacaq. O səbəbdən bu cütlüyün daha da möhkəmlənməsi iki ölkənin ortaq marağıdır.

Yaxın Şərqdə və dünyanın müxtəlif yerlərində baş verən bu qarşıdurmalar fonunda Azərbaycan əmin-amanlıq hökm sürən sabitlik "ada"sıdır. Sözsüz ki, bu uğurumuz Prezident İlham Əliyevin apardığı praqmatik xarici siyasətin nəticəsidir. Dövlət başçısı xarici siyasətdə milli mənafeyimizi rəhbər tutaraq tərəflərlə uzlaşmağı bacarır. Nəticəsi isə göz qabağındadır - coğrafiyamızda yenidən müharibə alovunu yandırmaq istəyənlər istəklərinə nail ola bilmirlər.  Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad etdikdən sonra Qərb tərəfindən böyük təzyiqlərə məruz qaldı.  Beynəlxalq və regional təşkilatlar da əleyhimizə qərar və qətnamələrin qəbuluna çalışdılar. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət strategiyası nəticəsində bütün həmlələr neytrallaşdırıldı. 

Buna baxmayaraq, Ermənistanı silahlandırıb revanşist müharibəyə təhrik etmək istəyənlər dinc durmurlar. Dövlət başçısı bununla bağlı qonşu ölkəyə və onun havadarlarına dəfələrlə ciddi xəbərdarlıq edib. Elə bu günlər Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında bir daha bu barədə danışmışdır: "Mən Ermənistana da, bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən, sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən, genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. ...Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə dizüstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblərin qabağında dizüstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik".   

Azərbaycanın sülh gündəliyi bütün dünyaya məlumdur. Ölkəmiz Ermənistana ədalətli və beynəlxalq qanunlara uyğun sülh müqaviləsinin imzalanmasını təklif edir. Əgər ermənilər revanşist müharibəyə qalxarlarsa, nə baş verəcəyi onların özlərinə də, havadarlarına da yaxşı bəllidir.  


Rüstəm KAMAL,

"Azərbaycan"    

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!