22 Yanvar 2026 08:15
270
CƏMİYYƏT
A- A+
Bölgələrdə də hüzn qürura qarışdı

Bölgələrdə də hüzn qürura qarışdı


20 Yanvar hadisələrindən 36 il keçir. Bu tarix Azərbaycanda ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Bakıda və digər şəhərlərdə onlarca insan öldürüldü, yüzlərlə soydaşımız ağır xəsarət aldı. 

O zaman Ümummilli Lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış etdi. 1994-cü il mart ayında isə Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclisdə ilk dəfə hüquqi-siyasi qiymət verildi.

20 Yanvar hadisələrindən 36 il keçsə də, xalqımız o müdhiş gecəni xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Gəncədə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir. Anım mərasimində şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, ali məktəblərin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Onlar Şəhidlər Memorial Kompleksində şəhidlərin məzarlarını ziyarət etmiş, üzərlərinə gül dəstələri qoymuşlar. 

20 Yanvar faciəsi Göygöl rayonunun Şəhidlər xiyabanına toplaşan minlərlə rayon sakininin keçirdiyi anım mərasimində də yad edilmişdir.

Mərasimə toplaşanlar o vaxt informasiya blokadasında olan Azərbaycanda baş verən qanlı faciəyə ilk siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyevin cəsarətindən danışmışlar. Bildirmişlər ki, belə ağır günlərdə xalqına həyan olan, SSRİ rəhbərliyinin min fitnə-fəsadı ilə siyasi səhnədən kənarlaşdırılan Ulu Öndər özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, faciənin səbəblərini və təşkilatçılarının adlarını açıqlamışdır.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında uyuyan şəhid məzarlarını ziyarət edərək üstünə tər qərənfillər düzmüş, Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ehtiramlarını bildirmişlər.

Qanlı Yanvarın ildönümü Ağstafada da qeyd edilmişdir. Şəhidlər xiyabanında keçirilən ümumrayon tədbirində əvvəlcə şəhidlərin ruhuna dualar oxunmuş, Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş mərd oğulların məzarları ziyarət olunaraq üstünə qərənfillər düzülmüşdür. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək Azərbaycan xalqının başına gətirilən faciəni əsl cinayət kimi dəyərləndirmiş və qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib ölkədir və torpaqlarımız 30 illik işğaldan sonra azad edilmişdir. Bununla da Ulu Öndər Heydər Əliyevin arzuları gerçəkləşmişdir. Sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

 Gədəbəydə keçirilən anım mərasimində icra hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev çıxış edərək qeyd etmişdir ki, azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi: "Baş verən hadisələr xalqımızın azadlıq arzusunun 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi".

Sonra anım mərasiminin iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət etmişlər.

Tovuzda xalqımızın qan yaddaşına qürur günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 36-cı ildönümü yüzlərlə rayon sakininin qatıldığı anım mərasimi ilə qeyd edildi.

Yanvarın 20-də səhər tezdən insanlar Şəhidlər xiyabanına gələrək onların xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə və şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoymuşlar.

Ümumxalq Hüzn Günü ilə əlaqədar Samux rayon ictimaiyyəti Şəhidlər xiyabanına gələrək qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad etmişdir. Rayon icra hakimiyyətinin, şəhid ailələrinin, idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən anım mərasiminin iştirakçıları Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin hüznlə yad edərək kompleksin önünə tər qərənfillər qoymuşlar. Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq salnaməsi və milli qürur günü kimi səciyyələndirərək şəhid ailələrinə ehtiramını ifadə etmiş, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən və ölkəmizin suverenliyinin bərpa olunmasından söz açmışdır. Sonra 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunmuşdur. 


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!