17 Aprel 2025 12:23
398
DÜNYA
A- A+
BMT: İqlim sərmayəsinin artırılması dayanıqlı inkişaf məqsədlərinə xidmət edir

BMT: İqlim sərmayəsinin artırılması dayanıqlı inkişaf məqsədlərinə xidmət edir


Vyetnamın paytaxtı Hanoyda “P4G” stenoqramı ilə tanınan “Yaşıl inkişaf naminə tərəfdaşlıq” mövzusunda beynəlxalq forumun açılışında çıxış edən BMT Baş katibinin müavini Əminə Məhəmməd çərşənbə günü qlobal iqlim və inkişaf məqsədlərinə cavab vermək üçün intensiv fəaliyyətin zəruriliyini vurğulayıb.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, həm BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM), həm də əlamətdar Paris Sazişinin onuncu ildönümünü qeyd edən BMT Baş katibinin müavini son on ildə əldə edilmiş əhəmiyyətli irəliləyişləri vurğulayaraq, eyni zamanda, hələ də mövcud olan əsaslı problemlərdən danışıb. O, Paris Sazişinin qəbulundan sonra əldə olunan tərəqqini yüksək qiymətləndirib, eyni zamanda, dünyanın hələ də iqlim hədəflərindən uzaq olması reallığını vurğulayıb. “Hazırda dünyada elektrik enerjisinə çıxışı olmayan 750 milyon insan var və 2 milyard nəfər təmiz qidadan məhrumdur”, -deyən Əminə Məhəmməd, həmçinin diqqəti qazıntı yanacağı emissiyaları səbəbindən dünyada uşaqlara təsir edən hava çirkliliyinin artmasına çəkib.

Mənfi göstəriciləri olan statistikaya baxmayaraq, BMT Baş katibinin müavini ümidini itirmədiyini deyib: “Ümid vacibdir, çünki o, indiki anda dözməyi asanlaşdıra bilər. Əgər sabahın daha yaxşı olacağına inansaq, bu gün çətinliyə dözə bilərik”.

BMT Baş katibinin müavini üç ümid mənbəyini sadalayıb:

Qlobal Öhdəlik: Sammitdə hökumətlərin, biznes qurumlarının, investorların və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı daha davamlı, möhkəm, inklüziv və firavan cəmiyyətlər qurmaq üçün kollektiv öhdəliyi nümayiş etdirib;

Əməkdaşlıq: Enerji, su və qida sistemlərinin transformasiyasında əməkdaşlığın gücünü nümayiş etdirən “Just Energy Transition Partnerships” və “P4G” dövlət-özəl tərəfdaşlıqları kimi təşəbbüslərin irəli sürülməsi;

İqtisadi perspektivlər: İqlimlə bağlı fəaliyyətin iqtisadi faydaları; iqlim uyğunlaşmasına yatırılan hər dollar 10 dəfəyə qədər gəlir gətirə bilər.

Əminə Məhəmməd, həmçinin külək, günəş enerjisi və batareyanın saxlanması texnologiyalarının xərcləri xeyli azaltmasına diqqət çəkib və qeyd edib ki, bu texnologiyalar bir çox bazarlarda elektrik enerjisinin ən ucuz mənbələrinə çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!