02 İyul 2026 16:43
420
Mədəniyyət
A- A+
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub - YENİLƏNİB VİDEO  

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub - YENİLƏNİB VİDEO  

Milli Kitabxanada Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin, “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqlar “Ortaq irs, zəngin xəzinə: Milli Kitabxananın qızıl fondundan” sərlövhəli geniş kitab sərgisi ilə tanış olublar.

Mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinin böyük perspektivlərdən xəbər verdiyini qeyd edib.

O, 1926-cı ilin fevralında Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın türk dilləri, mədəni irsi və elmi əməkdaşlıq perspektivləri üzərində düşünən alimləri geniş şəkildə bir araya topladığını söyləyib, qurultayın tarixi əhəmiyyətindən danışıb. “Birinci Türkoloji Qurultayın 100 illik yubileyi Prezident İlham Əliyevin Sərəncamlarına əsasən həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksək səviyyədə qeyd edilir. Əhəmiyyətli elmi-təşkilati tədbirlər reallaşdırılır, mövzunun müxtəlif aspektlərini sistemli şəkildə işıqlandıran fundamental tədqiqatlar və elmi nəşrlər meydana çıxır. “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin yaradılması da Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir”, - deyə K.Tahirov əlavə edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətlərinin milli kitabxanalarının birliyinin məhz Milli Kitabxanada 2024-cü ilin dekabr ayında təsis edildiyini, birgə ortaq layihələrin həyata keçirilməsi istiqamətində işlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasının Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biri olduğunu, bu təşəbbüsün, eyni zamanda, Qurultayın müəyyən etdiyi məqsəd və prinsiplərin gələcək mərhələdə təşkilatlanmış şəkildə davam etdirilməsinə xidmət edən mühüm platforma olacağını söyləyib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov cəmi 8 gün davam edən möhtəşəm toplantının əslində, bütöv bir əsrin düşüncə və ideya istiqamətlərinə təsir edən hadisəyə çevrildiyini, XX əsr türkoloji fikir tarixinin ən mühüm elmi hadisələrindən biri kimi qiymətləndirildiyini və ideyalarının Türk dünyasında elmi-mədəni inteqrasiyanın inkişafı baxımından aktuallığını qoruyub saxlağını bildirib.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Türk dünyasının son illərdə bir-biri ilə münasibətlərinin, qarşılıqlı səfərlərinin, həmrəyliyinin möhkəmləndiyini, böyük bir gücə çevrildiyini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Türk Dünyası Həftəsi” çərçivəsində dünyanın müxtəlif ölkələrindən nüfuzlu türkoloq-alimlərin, dövlət, elm və mədəniyyət xadimlərinin iştirakı ilə beynəlxalq konfranslar, konqreslər və zəngin mədəni proqramların təşkil olunduğunu deyib.

“Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat”ın “Ön söz” müəllifi, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov nəşrin hazırlanması barədə məlumat verib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu, İstanbul Universitetinin professoru Osman Fikri Sertkaya və digərləri son illər türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənməsindən danışıb, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlərin ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcəyini söyləyiblər.

Tədbirin davamında “Birinci Türkoloji Qurultay” adlı elektron məlumat bazası təqdim edilib.

Tədbirin sonunda Azərbaycandan və digər ölkələrdən bir qrup alim və mütəxəssisə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb

20:37
07 İyul

Azərbaycan-Rusiya təhsil əməkdaşlığı çərçivəsində 15 magistr məzun diplom alıb

20:34
07 İyul

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

20:06
07 İyul

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

20:03
07 İyul

Azərbaycan və Zimbabve siyasi dialoq və parlamentlərarası əməkdaşlığı genişləndirmək niyyətindədir

19:47
07 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:43
07 İyul

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

19:35
07 İyul

Milli Məclisin komitəsində sığorta, innovasiya və rəqəmsal iqtisadiyyatla bağlı dəyişikliklərə baxılıb

19:10
07 İyul

İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 

19:05
07 İyul

Avropadakı qaz anbarlarının doluluq nisbəti ötənilki göstəricidən 8,3 faiz azdır

19:00
07 İyul

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib

18:55
07 İyul

Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin razılıq əldə etmək istədiklərini açıqlayıb

18:50
07 İyul

Gənclər Kitabxanasında “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası istifadəçilərin ixtiyarına verilib

18:47
07 İyul

İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub

18:44
07 İyul

Özbəkistanlı ekspert:Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazın daha sıx inteqrasiyasına şərait yaradır

17:49
07 İyul

Dövlət İdarəçilik Akademiyasında “Məzun günü” qeyd olunub

17:45
07 İyul

Daha iki qanun layihəsi parlamentin iclasına tövsiyə edilib

17:44
07 İyul

Sinqapurun xarici işlər naziri Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa işləri barədə məlumatlandırılıb

17:03
07 İyul

Bu il 19 nəfər sudaboğulma təhlükəsindən xilas edilib

16:59
07 İyul

Ankarada Ərdoğanla Tramp arasında görüş keçirilir

16:59
07 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:56
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!