22 Iyun 2024 23:56
568
PARLAMENT
A- A+

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

 

İyunun 22-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev türkmən xalqının böyük şairi Məhtimqulu Fəraqinin 300 illiyi ilə əlaqədar “Xalqları birləşdirən tarixi və mədəni dəyərlər” mövzusunda keçirilən xüsusi onlayn iclasda iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Türkmənistan Məclisinin təşkilatçılığı ilə keçirilən tədbirə bir çox ölkələrin parlamentariləri, beynəlxalq təşkilatların təmsilçiləri, alim və mütəxəssislər, mədəniyyət və incəsənət nümayəndələri qatılıblar.

Türkmənistan Məclisinin vitse-spikeri Qaxrıman Rozıyevin moderatorluğu ilə keçən iclasda Bəxtiyar Əliyev mövzu ilə bağlı çıxış edib. O, Məhtimqulu Fəraqinin türkmən və dünya ədəbiyyatındakı yerini, fikir və fəlsəfi düşüncə tarixindəki rolunu yüksək dəyərləndirib. Komitə sədri böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərildiyini qeyd edib, ölkəmizdə onun irsinin öyrənilməsi, təbliği və nəşri istiqamətində görülən işlərdən danışıb. Fəraqinin Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayan B.Əliyev şairin Azərbaycanda olarkən ölkəmizin insanını, təbiətini və gözəlliklərini vəsf edən “Yaylaqları var” şeirini yazdığını da deyib.

Digər çıxış edənlər böyük türkmən şairi və görkəmli mütəfəkkir Məhtimqulu Fəraqinin ideyaları və ədəbi irsinin bu gün də xalqlar arasında körpü rolu oynadığını, onun humanizmə, xalqlar arasında mənəvi birliyə, dostuq və qardaşlığa çağırış motivlərinin aktuallığı ilə seçildiyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video