25 Sentyabr 2026 09:30
1056
Mədəniyyət
A- A+
Beşik başından laylalarımız niyə perik düşüb?

Beşik başından laylalarımız niyə perik düşüb?


...Öz şəxsi minik maşını ilə şəhərdən təbiət qoynuna istirahətə gələn gənc ailənin təxminən bir yaşlı körpəsinin yolda yorulduğundanmı, yoxsa havasını-suyunu dəyişdiyindənmi yuxusu pozulmuşdu. Valideynlərin narahatlığı qonşu kottecdəki yaşlı qadının diqqətindən yayınmadı, odur ki, onlara sarı gəldi.

- Evdə bu uşağı necə yuxuya verirsən, qızım?, - deyə qadın körpənin anasından xəbər aldı.

Uşağın anası cavab verməyə macal tapınca atası əlində tutduğu mobil telefonun ekranını sığallamaqla oradan mahnı səsi gəldi:


Dandini, dandini dastana, 

Danalar girmiş bostana...


Lakin "bostana girən danalar" balaca oğlanı daha da ürkütdü.  

"Ay lüli, ay lüli, ay da lüleçki lüli", - deyə yutubdan dad qoparan rus nənə də uşağı uyuda bilmədi. Növbə çatdı "Beybi şarka". Körpə totuq əlini telefona uzadaraq  orada ingiliscə oxuyan qızı sanki özündən uzaqlaşdırmaq istəyirdi. 

Öz nəvələri çoxdan böyümüş yaşlı qadın birinci dəfədir belə bir çoxdilli popuri dinlədiyindən mat-məəttəl qalmışdı. Birdən nə fikirləşdisə, əllərini uşağa sarı uzadıb onu anasından aldı, ehmallıca qucağına götürüb kəlağayısının ucu ilə körpənin alnını sığallaya-sığallaya həzin səslə oxumağa başladı:


Layla dedim yatasan,

Qızılgülə batasan,

Qızılgüllər içində

Şirin yuxu tapasan.


Göz qapaqları yavaş-yavaş qovuşmağa başlayan körpə elə bil, doğrudan da, qızılgül ətrindən məst olurdu... 

Bu, laylalarımızın saçdığı ətir idi.  Bu, analarımızın saf duyğularının, balası ilə bağlı tükənməyən arzularının əks-sədası olan bənzərsiz bir nəğmə idi. Bu, ana südü ilə bərabər qanımıza, canımıza hopan  sonsuz sevginin, yaşamaq eşqinin ifadəsi, izahı çətin olan bir hikmət, bir həyat fəlsəfəsi idi. Bu, ana laylası idi!

Təəssüf ki, bu gün laylalarımız unudulur. Gənc analar layla deyə bilmirlər, bəlkə də, sadəcə, demək həvəsində deyillər. Mübahisə edə bilərik ki, heç universitetin filologiya fakültəsini bitirmiş, yəni folklorla yaxından tanış olan xanım da balasına layla çalmır. Bunu maraq üçün yeddi gənc ana arasında keçirdiyimiz kiçik sorğu da təsdiqlədi. 


Nərgizi üzüm layla,

Telinə düzüm layla,

Sən böyü, mən qocalım, 

Toyunda süzüm layla.


Bayatı şəklində belə gözəl laylalarımız olduğu halda nə üçün uşaqlarımıza yutub kanallarından əcnəbi mahnılar səsləndiririk? Üzərində düşünməli hal deyilmi?


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!