05 Oktyabr 2024 08:25
651
COP29
A- A+
BƏƏ, Azərbaycan, Braziliya: məqsəd bu "üçlük" arasında körpü salmaqdır

BƏƏ, Azərbaycan, Braziliya: məqsəd bu "üçlük" arasında körpü salmaqdır


Bunun təşəbbüskarı isə ölkəmizdir


Sirr deyil ki, Azərbaycan bərpaolunan enerjiyə keçidə yönəlmiş innovativ yanaşmalar üzrə regionda liderə çevrilib və iqlim dəyişmələrinin təsirləri ilə mübarizəyə ciddi töhfə verərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı üzərinə düşən vəzifəni ən yüksək səviyyədə yerinə yetirir. Demək olar ki, qlobal tədbirin hazırlıq işləri başa çatmaq üzrədir. 

COP29 sədrliyi ilk günlərdən hazırladığı fəaliyyət proqramı üzrə hərəkət edir.  COP28-in ev sahibi olmuş Birləşmiş Ərəb Əmirlikləri, COP29-un ev sahibi Azərbaycan və COP30-a evsahibliyi edəcək Braziliya arasında üçlüyün yaranması isə qlobal tədbirin vacib əhəmiyyətindən xəbər verir. "Missiya 1.5" kampaniyasını dəstəkləmək üçün COP28-in gedişatında  yaradılan  COP sədrlikləri üçlüyü Dubayda razılaşdırılmış BƏƏ Konsensusuna uyğun fəaliyyət göstərir. Məlumat üçün bildirək ki,  BMT-nin İnkişaf Proqramı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2020-ci il fevralın 14-də "Missiya 1.5" kampaniyasına start verib. "Missiya 1.5" kampaniyasının məqsədi 20 milyon insana iqlim dəyişikliyinin məhdudlaşdırılması üçün müəyyən tədbirlərin görülməsi barədə mövqelərini hökumət rəhbərlərinə bildirməsinə imkan yaratmaqdır.

Qeyd edək ki, ötən il noyabrın 30-dan dekabrın 12-dək  Dubayda keçirilən COP28  İqlim görüşünün təyin olunmuş prezidenti, ADNOC şirkətinin rəhbəri Sultan Əl-Caber sammit ərəfəsində dünya hökumətlərini 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin gücünü 3, 11000 qiqavatadək və 2030-cu ilə qədər hidrogen istehsalını 2 dəfə artırmağa çağırıb. Bundan başqa, sessiyada 20-yə yaxın ölkə, o cümlədən ABŞ və Birləşmiş Ərəb Əmirlikləri birgə bəyannamədə 2050-ci ilədək dünyada nüvə enerjisinin gücünü 2020-ci illə müqayisədə 3 dəfə artırmağa çağırıblar. Məqsəd indiki iqlim sammiti ilə eynidir: kömürdən və qazdan asılılığı azaltmaq. Məhz həmin ərəfədə COP30-a qədər 3 COP prezidenti arasında əməkdaşlıq yaratmaq üçün üçlüyün razılaşması əldə edilib. 

Əslində, sözügedən üçlüyün təsis edilməsinin təşəbbüskarı Azərbaycan olub. Buna qədər belə bir mexanizm mövcud deyildi. Təqdirəlayiq haldır ki, təklif Birləşmiş Ərəb Əmirlikləri və Braziliya tərəfindən dəstəklənib. Çünki COP sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir və qarşıdakı illərdə də fəaliyyət göstərəcək. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil, real addımlar atılmalıdır və onlar koordinasiyalı həyata keçirilməlidir. Prezident İlham Əliyev iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin açılışıda çıxış edərkən üçlük haqqında fikirlərini belə bildirmişdir: "İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a evsahibliyi edəcək Braziliya ilə birlikdə "üçlük" təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bir təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyənnamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətiləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq". Dövlət başçısı bu fikirlərinin davamı olaraq  II Qlobal Şuşa Forumunda  belə demişdir: "Biz inkişafda olan kiçik ada ölkələri üçün fond yaratdıq. Ancaq biz inkişaf etməkdə olan hər bir ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur. Əlbəttə, bu işdə həmrəylik olmalıdır və digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər". Prezidentin söylədiklərindən çıxış edib deyə bilərik ki, Azərbaycanın məqsədi COP29-un məhz həmrəylik tədbiri kimi tarixə düşməsinə nail olmaqdır. 

Ötən aylarda "üçlük" dəfələrlə görüşüb  COP29-la bağlı müxtəlif məsələləri müzakirə edib. Bu qəbildən olan görüşlərdən biri sentyabrın 27-də Nyu Yorkda baş tutub. BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində COP "üçlük" prezidentlərinin növbəti yüksəksəviyyəli iclası keçirilib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un  təyin olunmuş prezidenti Muxtar Babayev  tədbirdə çıxış edərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üçlük ölkələrinin əməkdaşlığını önə çəkərək qeyd edib ki, COP29 Bakı sammiti dünya ölkələri üçün kritik bir məqam olacaq: "Elmi nəticələr göstərir ki, hazırda dünya Paris Sazişinin hədəflərinə çatmaq üçün kifayət qədər sürətlə irəliləmir. Biz 1,5°C hədəfinin reallaşması üçün milli səviyyədə müəyyən edilən töhfələrin hədəflərini artırmalıyıq". 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!