22 İyun 2025 09:40
1242
Mədəniyyət
A- A+
Baxışlar, baxışlar...

Baxışlar, baxışlar...


Baxışlardan söz düşəndə özümüz də hiss etmədən bir anlıq xəyallara dalırıq, ötənlərdən, keçənlərdən göz yaddaşımızda qalanları xatırlayırıq. Bu anlar sanki göz yaddaşımız ötən illərin xatirələrini üzü keçmişə doğru vərəqləyir. Yaddaşında olanları, qalanları göz önünə sərgiləyir. Yavaş-yavaş, tələsmədən nələr varsa, bir-bir seçib-seçmələyir, araşdırıb irdələyir. Deyəsən, hərdən də baxışların bəzilərini xəlvət-xəlvət arxasında gizlədib pərdələyir.

Araşdırıb baxanda görürük ki, nələr, hansı baxışlar yoxdur göz yaddaşında. Bir deyil, yüz deyil, min deyil. Vallah, hələ bu da son deyil. Oturub hesablasaq, dilə, ağla gətirdiklərimizdən də çoxdur. Kim bilir, bəlkə də heç sayı-hesabı yoxdur. 

Mehriban, sərt, gülümsər, qıyğacı baxışlar, bunlar adama müxtəlif hisslər bağışlar. Canalan, canverən, qəlbləri yandıran, odlu-alovlu, nazlı-qəmzəli baxışlar. Bu baxışlar qəlbimizə, ürəyimizə sevgi, məhəbbət qığılcımı bağışlar. Kədərli, qəmli, nəmli, bədbin, dolğun baxışlar - bunlar bir an içində gözlərimizdən yağdırar yağışlar. 

Yavaş-yavaş gedək irəli, keçək başqa baxışlara. İncə, qönçə, çiçək, ləçək, göyçək... Acı, şirin, dayaz, dərin, isti, soyuq, bir az da sərin baxışlar. Mənalı-mənasız, çəpəki-düz baxışlar. Yorğun, oğrun, həsrətli, nisgilli, gizlin, solğun baxışlar. Heç vaxt üzümüzə baxmasın, görməyək belə baxışlar. 

Tərs, oğrun, kinli baxışlar - heç vaxt qarşımıza çıxmasın belə baxışlar. Sevgi, eşq dolu baxışlar - nə gözəldir, nə fərəhlidir belə baxışlar. Dost, sirdaş, qardaş, yoldaş baxışlar - qoy olsun həmişə belə baxışlar. Eşidək həmişə yalnız ürəkdən süzülüb gələn alqışlar. Uzaq olsun, qaçaq düşsün həmişə bizdən nifrət dolu, qəzəbli, əsəbli, qanlı, həyəcanlı, dumanlı, gümanlı, umanlı baxışlar. Bunlardan ürəyimizə toxunmasın, dəyməsin kədərli, qəmli naxışlar.

Çəpəki, ötəri, keçəri baxışlar, bəzən ötməyən, keçməyən, həmişə ürəyimizə, qəlbimizə sancılıb qalan baxışlar. Bir-birinə bənzəməyən nigaran, narahat, üzüntülü, nisgilli, ürəkdağlayan, qisasdan, intiqamdan istilik alıb qaynayan, nifrətə hesablanan, dava-dalaşa yol açan baxışlar. Sevinclə aşıb-daşan gözlərə göz-qaş süzən,  daş atan baxışlar. Heç istəmirəm görəm belə baxışlar. İstəməklə deyil ha, təəssüf ki, hərdən qarşımıza çıxır xoşumuza gəlməyən, ruhumuzu oxşamayan, qəlbimizə yatmayan belə baxışlar. 

Heç bilmirdim, sən demə, belələri də var imiş - arlı-arsız, duzlu-duzsuz, qanlı-qansız, şaxtalı-qarlı baxışlar. Amma belələri də var - qartal kimi, şahin kimi, aslan kimi iti, ötkəm baxışlar. Kaş həmişə belə ola baxışlar. Olmaya heç vaxt məsum, yazıq, fağır, kasıb, ölüvay, üzücü, bezdirici, zəhlətökən, ürəkçəkən baxışlar. Bu cür baxışlar vurmasın ürəyimizə qara naxışlar, yara naxışlar, yağdırmasın üstümüzə yayın istisində soyuq yağışlar.

Həmişə, hər yerdə qarşımıza çıxsın yalnız və yalnız axtardığımız, həsrətində olduğumuz baxışlar. Üzümüzə həmişə baxsın sevgi yağan, məhəbbətdən doğan, xoş sözlərdən qığılcım alıb bir andaca alışıb yanan, eşqdən, sevdadan odlanan baxışlar.  Ömrümüzə, günümüzə qismət olmasın məzlum baxışlar. Kənar dursun bizdən könlümüzə sevinc, fərəh qatmayan baxışlar.

Başım saymağa, yazmağa o qədər qarışdı ki, heç bilmədim neçə oldu, necə  oldu baxışlar. Əvəzində saydıqlarım baxışların hamısı olmasa da, çoxu mənə doğmadı, tanışdı. Budur, yenə vərəqlərin üzərinə bir-birinin ardınca səpələnir, qəlpələnir naxışlar. Onlardan da doğulur bir-birinə bənzəməyən gözəl-gözəl baxışlar.   


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Azərbaycan–Gürcüstan Media Forumu keçirilib YENİLƏNİB

16:41
05 Dekabr

Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində media savadlılığı mövzusu müzakirə edilib  

16:38
05 Dekabr

Horovlu kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub

16:36
05 Dekabr

ETX: “Cloudflare” xidmətindən istifadə edən bir çox veb-resurslarda xidmətlər tam bərpa edilib  

16:35
05 Dekabr

Milli Məclisin deputatı İranda Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib  

16:26
05 Dekabr

Bakıda TDT-yə üzv və müşahidəçi ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib YENİLƏNİB  

16:12
05 Dekabr

Şuşada Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib YENİLƏNİB

16:07
05 Dekabr

Deputat: Hazırkı mürəkkəb qlobal mühitdə parlament diplomatiyasının rolu getdikcə artır  

15:33
05 Dekabr

Maia Paçkoriya: Media təhsili Azərbaycan və Gürcüstan üçün strateji prioritetə çevrilir  

15:13
05 Dekabr

Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa olunub  

15:13
05 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə 11 avtomat hidroloji, 6 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılıb  

15:11
05 Dekabr

Beynəlxalq konfransda Qərbi azərbaycanlıların qeyri-maddi mədəni irsinin bərpası məsələləri müzakirə olunub  

15:06
05 Dekabr

Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüb  

14:54
05 Dekabr

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

14:53
05 Dekabr

TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanıb  

14:52
05 Dekabr

Ermənistandan didərgin düşmüş azərbaycanlıların mədəni irsinin bərpası məsələsi müzakirə edilib  

14:49
05 Dekabr

Azərbaycan-Gürcüstan Media Forumunda media ekosisteminin gücləndirilməsi yolları müzakirə edilib 

14:17
05 Dekabr

Amerikalı professor: Ermənistan kontekstində azərbaycanlılara aid toponimlər ciddi dəyişikliklərə məruz qalıb  

14:16
05 Dekabr

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb  

14:15
05 Dekabr

İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti: Qərbi Azərbaycana qayıdış yalnız fiziki əşyaların bərpası ilə məhdudlaşmamalıdır  

14:15
05 Dekabr

Carlo Marino: Beynəlxalq ictimaiyyətin dəstəyi Qərbi azərbaycanlıların geri qayıdışını sürətləndirəcək  

14:14
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!