06 Mart 2026 09:00
853
Mədəniyyət
A- A+
Əlişir Nəvai: bütün zamanların söz memarı

Əlişir Nəvai: bütün zamanların söz memarı


Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvai dünya ədəbiyyatı tarixində  mühüm yer tutan, adı hörmət və ehtiramla çəkilən şəxsiyyətlərdəndir. Böyük şairin yazdığı əsərlər özbəklərlə yanaşı, dünyanın bir çox xalqları tərəfindən də sevilə-sevilə oxunur. 

Onun yaradıcılığı dərinliyi, genişliyi, məna çalarlılığı və poetikliyi ilə elə ilk misralarından oxucunun qəlbinə yol tapır. Zamanından asılı olmayaraq, Nəvainin əsərləri bədii gücü, məna dərinliyi, axıcılığı ilə oxuyanları sehrinə salır və onu dünya xalqlarına sevdirən, ədəbiyyat tarixində əbədi olaraq yaşadan da  bu amillərdir.   

Bu günlər Əlişir Nəvainin 585 illik yubileyi həm doğma Özbəkistanda, həm də dünyanın bir çox ölkəsində təntənə ilə qeyd olunur. Türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk "Xəmsə"nin müəllifi olan Nizaməddin Mir Əlişir Nəvainin həyat yolu yaradıcılığı qədər maraqlıdır. Şərqin dünya ədəbiyyatına bəxş etdiyi dahilərdən biri olan Əlişir Nəvai 9 fevral 1441-ci ildə Heratda Teymurilər sarayına yaxın zadəgan ailəsində anadan olub. İlk təhsilini Herat, Məşhəd və Səmərqənd şəhərlərində alıb. Aldığı təhsil, yaşadığı şəhərlər, keçdiyi həyat yolu onun dünyagörüşünə müsbət təsir göstərib, həm şair, həm də şəxsiyyət kimi formalaşmasına böyük təkan verib. 

Hələ kiçik yaşlarından Əlişir Nəvaidə şairlik istedadı özünü göstərib. O, özbək və fars dillərində yazdığı ilk şeirləri ilə ətrafındakı insanları heyrətləndirməyi bacarmışdır. İstedadı və qabiliyyəti sayəsində 15 yaşında şair kimi şöhrət qazanmışdır. Sonra yavaş-yavaş onun şöhrəti dünyanın hər yerinə yayılmışdır. 

Tarixi mənbələrdən məlumdur ki, Əlişir Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur Hüseyn Bayqaranın atası Əmir Qiyasəddin Mənsurla süd qardaşı olub. Buna görə də onların uşaqları bir yerdə böyüyüb, eyni məktəbdə oxuyublar. 1468-ci ildə məktəb yoldaşı Hüseyn Baykara hakimiyyətə gəldikdən sonra Nəvaini saraya dəvət edərək möhürdar vəzifəsini ona tapşırıb. Sarayda çalışan Nəvai bacarığı ilə 1472-ci ildə vəzir rütbəsinə yüksəlib, əmir titulu alıb.

Nəvai vəzir olduğu illərdə dövlət adamı kimi dövrünün görkəmli alim, şair, musiqiçi, rəssam və xəttatlarını himayə edir, onları qorumağa çalışırdı. Bundan başqa o, öz hesabına mədrəsə və xəstəxanalar açır, yollar, körpülər saldırır, karvansaralar tikdirirdi. Amma nə edəsən ki, onun belə nəcib, xeyirxah əməlləri yuxarı dairələrdə müəyyən narazılıqlar yaradırdı. Buna görə də şər qüvvələr şair haqqında həqiqətdən uzaq  böhtan və iftiralar yayırdılar. Bütün bunlardan təngə gələn Əlişir 1476-cı ildə vəzirlikdən imtina edir. Bundan sonra şairi Astrabad vilayətinin hakimiyyətinə göndərirlər. Amma Nəvai bir il bu vəzifədə çalışdıqdan sonra  Herata qayıdaraq ömrünün sonunadək burada yaşayır, yaradıcılıqla məşğul olur. Şair 1501-ci il yanvarın 3-də doğulduğu  Herat şəhərində dünyasını dəyişir. 

Tədqiqatçıların verdikləri məlumatlara görə, Əlişir Nəvai yalnız ölkəsinin elm və sənət sahəsində deyil, mədəni həyatında da, həmçinin iqtisadiyyatının güclənməsində də böyük xidmətlər göstərmişdir. Buna görə də həm əvvəlki illərdə, həm də bu günümüzdə nəşr olunan bütün ədəbiyyat kitablarında onun elmi və dini baxışları geniş işıqlandırılır.  

Əlişir Nəvai ərəbcə və farscanı ana dili qədər təmiz bilirdi. Bu dillərdə gözəl əsərlər yazmaq bacarığına sahib idi. Amma şirin laylası ilə böyüdüyü ana dilinə xüsusi hörmət və rəğbət göstərirdi. Yaşadığı dövrün dəbi ilə gedərək ərəb, xüsusilə fars dillərində yazan türk şairlərinə qarşı çıxırdı. Türk dilinin başqa dillərin kölgəsində qalmaması üçün haqq səsini qaldırırdı. Şair türk dilinin də məcazlar, cinaslar, qafiyələr və fellər dili olduğunu, səs və məna incəlikləriylə çatdırılan qüdrətli ifadə imkanlarının əcnəbi dillərdən üstün olduğunu bilirdi. Yazdığı bir-birindən maraqlı əsərlərində bunu sübut etməyə çalışırdı. Şair "Mühakəmət-ül-Lüğəteyn" adlı əsərini bu məqsədlə yazmışdır.  Ədib bu əsərində türk və fars dillərini müqayisə edir. Türk dilinin başqa dillərdən hansı baxımdan üstün olduğunu aydın şəkildə açıqlayır və bunu gətirdiyi əsaslı nümunələrlə sübuta yetirirdi. Şair həmin əsərində yazır: "…fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. İncə fərqlər, ən yüksək mənalar üçün elə sözlər yaradılmışdır ki, elmli adamlar tərəfindən açıqlanmazsa, asan anlaşıla bilməz".

Müxtəlif illərdə qələmə aldığı əsrələri ilə dünya ədəbiyyatı tarixində silinməz izlər qoymuş Əlişir Nəvai 16-sı mənzum, 16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır. Şair türkcə yazdığı əsərlərinə "Nəva", farsca yazdığı əsərlərini isə "Fani" təxəllüsü qoymuşdu. Nəvai yaradıcılığı boyu 6 divan yaradıb. Gənclik illərinin məhsulu olan ilk şeirlərini "Bədaye ülbidayə" adlı divanında toplayıb. İkinci divanını "Nəvadir ülnəhayə" adlandırıb. 1498-1499-cu illərdə özbək dilində yazdığı lirik şeirlərini "Çahar divan" adlanan 4 cilddə - "Qəraib üs-sifər" ("Uşaqlığın qəribəlikləri"), "Nəvadir ül-səvab" ("Gənclik nadirlikləri"), "Bədaiy ül vəsət" ("Orta yaşın gözəllikləri"), "Fəvaid ül kibar" ("Böyüklüyün faydaları") yerləşdirib. 

Şairi daha çox məşhurlaşdıran və sevdirən yaradıcılığının zirvəsi olan özbək dilində yazdığı "Xəmsə"dir. Nəvai "Xəmsə"sində dövrünün ictimai həyatında baş verən hadisələrdən ətraflı bəhs edib. "Xəmsə"yə daxil olan "Möminlərin heyrəti", "Fərhad və Şirin", "Leyli və Məcnun", "Yeddi səyyarə", "Səddi İsgəndər" poemalarında şair həyatın dərinliklərinə baş vuraraq bəşəri ideyaları dolğun şəkildə nəzmə çəkib, dünyanın əbədi olmadığını müxtəlif məzmunlu hekayətlərlə insanlara aşılamağa çalışıb. Oxucularını xeyirxahlığa, insani dəyərlərə hörmətlə yanaşmağa çağırıb.

Ən önəmlisi odur ki, Nəvainin "Xəmsə"si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqların ədəbiyyatında ana dilində yazılmış ilk "Beşlik"dir. Şair bu əsəri ilə Nizami ədəbi məktəbinin davamçılarından biri kimi şöhrət qazanıb. Nəvai  "Xəmsə"sini islami əsaslara uyğun olaraq nəqşibəndilik sufi təriqətinin təsiri altında yazmışdır. Şairin "Xəmsə"sinin ümumi həcmi barədə oxucularda təsəvvür yaratmaq üçün qeyd edək ki, "Heyrət ül-əbrar" 3988, "Fərhad və Şirin" 5679, "Leyli və Məcnun" 3622, "Səbayi-səyyar" 5009, "Səddi-İskəndəri" 7215, ümumilikdə 25513 beytdən ibarətdir. Bu, Firdovsinin "Şahnamə" əsərinin təqribən yarısı həcmindədir.

İstedadlı söz nəqqaşı olan Əlişir Nəvai "Xəmsə"sini yazarkən iki dastanın süjet xəttinin Azərbaycanın böyük klassikləri Nizami Gəncəvi və Əşrəf Marağayıdan faydalandığını lütfkarlıqla qeyd etmişdir. "Xəmsə"sinin hər sözündə, hər misrasında Nizami Gəncəviyə baş əyir, cəsarət edib şairin söz meydanına daxil olmaq, onun pəncəsinin üstünə pəncə qoymağın nə qədər çətin olduğunu, bunu hər kəsin bacarmadığını etiraf edərək yazır: 


Bu meydanda sanma asandır durmaq,

Nizami ilə pənçə pənçəyə vurmaq. 

Nizamiyə pəncə uzatsa hər kəs, 

Qırılar pəncəsi, murada yetməz.

Şir pəncəsi gərək şirlə edə cəng, 

Barı şir olmasa, qoy olsun pələng.


Hər il fevralın 9-da Daşkənddə və Nəvai vilayətinin mərkəzi Nəvai şəhərində şairin növbəti doğum günündə beynəlxalq forum keçirilir. Bu onu göstərir ki, Özbəkistanda Əlişir Nəvai irsinə böyük məhəbbət və sevgi var. Görkəmli şairin adını dilə gətirəndə həmişə qarşısına "həzrət" epiteti artırılır. Onun əsərləri hər il yüksək tirajla nəfis şəkildə nəşr edilir. Nəvainin xarici ölkələrdəki əlyazmalarının surəti çıxarılır, haqqında yazılmış elmi əsərlər toplanır. Şairin yaradıcılığının geniş oxucu kütləsinə daha yaxşı tanıdılması üçün 4 cilddə əsərləri və dilinin izahlı lüğəti buraxılmışdır. Onun haqqındakı bütün bilgilər şairin adını daşıyan ensiklopediyada öz əksini tapır. Bütün bu işləri Özbəkistanda şairin adını daşıyan xüsusi Nəvai Fondu icra edir.

Əlişir Nəvai yaradıcılığı boyu yazdığı əsərlərində yüksək poetik ustalıqla, anlaşılan dillə insanlıq, ədalət, elm, irfan və mərhəmət ideyalarını tərənnüm etmişdir. Yazıldığı vaxtdan əsrlər keçməsinə baxmayaraq, şairin əsərləri insanların qəlbində, ürəyində bəşəri duyğular oyatmağa davam edir. Ona görə də Əlişir Nəvai yazdığı əsərləri ilə hər kəsin qəlbində söz abidəsi ucaltmışdır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:09
16 Aprel

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:08
16 Aprel

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
16 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

03:06
16 Aprel

Uşaq hüquqları haqqında

03:05
16 Aprel

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında

03:04
16 Aprel

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

03:02
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş ofis və struktur idarələrində yanğına qarşı sistemlərə illik texniki xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:01
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti dənizdə və quruda yükqaldırıcı, xilasedici, qəza takelajlarının və yedəkləmə avadanlıqlarının yoxlanılması, təmiri, testi və sertifikatlaşması xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:00
16 Aprel

Ağ Ev: İranla danışıqlar davam edir

22:53
15 Aprel

Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar  

22:52
15 Aprel

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

22:51
15 Aprel

“Axios”: ABŞ və İran çərçivə sazişinə yaxınlaşırlar

22:49
15 Aprel

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

22:47
15 Aprel

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var  

22:46
15 Aprel

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!